Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 3(074)-432/2023 11.10.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X1, Şəxs barəsində Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.2, 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şamaxı Rayon Polis Şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokollar baxılması üçün aidiyyəti üzrə Şamaxı Rayon Məhkəməsinə göndərilmiş və həmin iş 11 oktyabr 2023-cü il tarixdə, məhkəməyə daxil olaraq 3(074)-431/2023 və 3(074)-432/2023 nömrə ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən, şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məhkəmə, inzibati xəta haqqında iş üzrə materialları araşdıraraq hesab edir ki, hər iki material eyni şəxs barəsində olduğundan və baxılması Şamaxı Rayon Məhkəməsinin səlahiyyətlərinə aid olduğundan prosessual qənaət baxımından onlar bir icraatda birləşdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin34, 114 və 115-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.2, 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında icraata başlanmış, Şamaxı Rayon Məhkəməsində 3(074)-431/2023 və 3(074)-432/2023 nömrə ilə qeydiyyata alınmış inzibati xəta haqqında icraat materialları bir icraatda birləşdirilsin. Həmin işlərə eyni vaxtda 3(074)-431/2023 qeydiyyat nömrəsi ilə baxılsın. Hakim: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №3(074)-432/2023
Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №3(074)-432/2023
11.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver