Məhkəmə qərarları › İş №3(074)-433/2023

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-433/2023

19.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-433/2023 19.10.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Qobustan rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis mayoru X1 oğlunun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1985-ci il tarixdə Qobustan rayonu, Sündükəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, Qobustan Rayon İcra Hakimiyyətində sosial-iqtisadi məsələlər üzrə böyük məsləhətçi işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və Qobustan rayonunda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Qobustan rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Qobustan rayon Polis Şöbəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Qobustan Rayon Məhkəməsinə göndərilmişdir. Qobustan rayon Məhkəməsinin 30 avqust 2023-cü il tarixli 3(026)-246/2023 nömrəli qərarı ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib 500 manat məbləğində inzibati cərimə edilməsi qərara alınmışdır. Həmin qərardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs apelyasiya şikayəti verərək Qobustan rayon Məhkəməsinin 30 avqust 2023-cü il tarixli 3(026)-246/2023 nömrəli qərarının ləğv edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin 3(105)-452/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə Şəxs tərəfindən verimiş şikayətin qismən təmin edilməsi, Qobustan rayon Məhkəməsinin 30 avqust 2023-cü il tarixli 3(026)-246/2023 nömrəli qərarı ləğv edilməsi, Şəxs barəsində Qobustan rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis mayoru X2 tərəfindən tərtib edilmiş MN ******* nömrəli, 30 avqust 2023-cü il tarixli inzibati xəta haqqında protokol yenidən baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Qobustan rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis mayoru X2 izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə Qobustan rayon Qurbançı kənd sakini Zərərçəkmiş şəxs DİN-nin 102 XZM-nə və Qobustan RPŞ-nə müraciət edərək Orxan və Azər tərəfindən döyüldüyünü və təhqir olunduğunu bildirmişdir. Bu səbəbdən də Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material üzrə Şəxs barəsində cinayət isinin başlanılması rədd olunmuş, onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi olduğundan inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Eyni zamanda bildirdi ki, yalnız ekspert rəyi və Zərərçəkmiş şəxs izahatı əsasında Şəxs barəsində inzibati xəta haqqında protokolu tərtib etmiş, təhqiqat zamanı izahatları alındığından tərəflərin izahatlarını almamış, inzibati xəta haqqında protokolla tanış etmiş, xəsarətlərin kim tərəfindən yetirilməsini araşdırmamışdır. Şəxs tərəfindən təqdim olunmuş video görüntü ona təqdim edilməmiş, sonradan məhkəmədə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, Xəlgüllah adlı şəxsi-tanıyır. Münasibəti yaxşı olmamışdır. Xəlgüllah onun Sündü kəndindən olduğunu bildirərək Qurbançı kəndində yer əkməməli olduğunu qeyd edir. Onun Qurbançı kənd ərazisində əkin yerləri var. Hər il həmin yerləri əkib-becərir. Xəlgüllah adlı şəxs mütəmadi olaraq onun əkin yerlərinə öz heyvanlarını salır və tutduğu iradlara məhəl qoymur. xx.xx.2023-cü il tarixdə saat 12 radələrində qardaşı Orxan birlikdə əkin yerlərinə baxarkən Xəlgüllah adlı şəxsin heyvanlarının əkin sahəsinə daxil olmasının şahidi olmuş, O, Xəlgüllah adlı şəxsə zəng etmiş, Xəlgüllah mobil telefona cavab verməmişdir. O, qardaşı Orxanla heryvanları əkin yerindən çıxarmış, bundan sonra Xəlgüllah adlı şəxs “Niva markalı avtomobili ilə yaxınlığa gəlmiş, Xəlgüllah ona niyə zəng etməyini soruşmuş, o da heyvanlarının əkin yerinə daxil olduğuna görə zəng etdiyini bildirmişdir. Xəlgüllah onunla söyüşlə danışmağa başlamış, onu hədələmişdir. Bu barədə o, dərhal Azərbaycan Respublikası DİN-nin 102 XZM-nə müraciət etmişdir. Mübahisə Qobustan rayon Qurbançı kənd ərazisində ona məxsus əkin sahəsinin yaxınlığında baş vermiş, təxminən 2-3 dəqiqə davam etmiş, həmin vaxt o, qardaşı Orxan və Xəlgüllah orda olmuşdur. Onun Xəlgüllahla heç bir ədavət və düşmənçiliyi yoxdur. Nə o, nə də qardaşı Orxan Xəlgüllaha toxunmamış, vurmamamış və döyməmişdir. Xəlgüllahın barələrində etdiyi şikayət böhtan xarakterlidir, Xəlgüllah qərəzli olaraq şikayət edir. Onun tərəfindən təqdim edilən video görüntü xx.xx.2023-cü il tarixdə qardaşı tərəfindən çəkilmiş, hadisə zamanı qardaşı da orada olmuş, Xəlgüllahı yaxşı tanıdığı üçün qardaşına hadisəni video görüntüyə almasını bildirmişdir. Xəlgüllah gedərkən ona da bu barədə bildirmişdir. Xəlgüllah avtomobilindən düşən kimi ona bədənin sağ nahiyyəsinin aşağı hissəsini göstərək həmin yerə onun vurduğunu deyəcəyini bildirmişdir. Xəlgüllah hadisə barədə video görüntü olduğunu bildiyindən məhkəməyə də gəlməmişdir. Odur ki, barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində lazımi qaydada xəbərdar olmasına baxmayaraq, zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Bu səbəbdən məhkəmə, zərərçəkmiş şəxsin iştirakı olmadan inzibati xəta haqqında işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə Şəxs ilə Zərərçəkmiş şəxs arasında şəxsi münasibət zəmnində mübahisə yaranmış, həmin vaxt sonuncu dərəcəsi müəyyən olunmayan xəsarətlər almışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə baş vermiş hadisə zamanı Şəxs əməlində cinayət tərkibi olmasada həmin şəxsin əməlində Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkib əlamətləri olduğundan barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın sürəti Qobustan RPŞ-nin İTB-nə göndərilmişdir Həmin qərardan görünür ki, MTE-nin xx.xx.2023-cü il tarixli 90 saylı ekspert rəyində Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı müəyyən olunmuş xəsarətlərsağ və sol bazu oynağı nahiyələrinin, sağ və sol döş qəfəsinin alt nahiyələrinin, sağ və sol baldırın orta 3/1 ön səthlərinin qançırları küt əşya təsirindən törənməklə yetirilmə müddətləri xx.xx.2023-cü il tarixə uyğun gəlirlər. Təsvir olunan xəsarətlər kənar şəxs tərəfindən, eləcə də bədənin əlçatan nahiyələrində yerləşdiyindən, zərərçəkənin özü tərəfindən yetirilməsi mümkündür. Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər ayrı-ayrılıqda və ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. İş materiallarında olan video diskə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, Şəxs Əlisəfa oğlu yerdə dayanıb, avtomobildə olan Zərərçəkmiş şəxs ilə danışır. Bu vaxt Zərərçəkmiş şəxs avtomobildən yerə enərək bədənin sağ nahiyyəsinin aşağı hissəsini göstərək Şəxs sözlər deyir. Bir qədər mübahisə etdikdən sonra Zərərçəkmiş şəxs avtomobilinə minərək oradan uzaqlaşır. Məhkəmə, iş materiallarına və proses iştirakçılarının izahatlarına məcmu halda qiymət verərək hesab edir ki, məhkəmə araşdırması zamanı Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, nə inzibati xəta haqqında protokolda, nə də iş materiallarında olan digər sənədlərdə Şəxs hadisə zamanı Zərərçəkmiş şəxs vurması faktını təsdiq edən heç bir sübut göstərilməmiş, məhkəmə baxışı zamanı da bu barədə sübutlar məhkəməyə təqdim edilməmiş və MTE-nin xx.xx.2023-cü il tarixli 90 saylı ekspert rəyində xəsarətlər kənar şəxs tərəfindən, eləcə də bədənin əlçatan nahiyələrində yerləşdiyindən, zərərçəkənin özü tərəfindən yetirilməsinin mümkünlüyü göstərilmişdir. Təqsirsizlik prezumpsiyasına müvafiq olaraq Şəxs təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşdüyündən, lakin onun təqsirliliyini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə əlaqədar inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar