Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-436/2023 12.10.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon Polis Şöbəsinin İTBnin sahə rəisi X3 oğlunun, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 iştirakları ilə, xx.xx.2000-ci il tarixdə Ağsu rayonu, Elabad kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, Ağsu rayonu, Elabad kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyənetdi: X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şamaxı rayon Polis Şöbəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X10 izahatında göstərdi ki, X7 xx.xx.2023-cü il tarixdə Şamaxı rayonu, Mədrəsə qəsəbəsində Zərərçəkmiş şəxs çənə nahiyyəsindən vurmuşdur. Bu səbəbdən də Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material üzrə X7 barəsində cinayət isinin başlanılması rədd olunmuş, onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi olduğundan inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X7 izahat verib bildirdi ki, Zərərçəkmiş şəxsağa oğlu mənim atasnın bibisi oğludur. X1 isə ölən ögəy anasıdır. Belə ki, o, əslində Rövşən Pənahovun oğlu olsa da əmisi Elşən Pənahov onu övladlığa götürmüşdür. Elşən Pənahov 2017-ci ildə vəfat etdikdən sonra Bahar Pənahova ilə o, oğlu Səyyad Pənahov, nənəsi Anamxanım Pənahova yaşayırlar. Təxminən 25-27 mart 2023-cü il tarixlərdə saat 12 Bahar Pənahova evdə tək imiş. Həmin vaxt Səyyad Pənahovun harada olmasını bilmir, Anamxanım Pənahova kiminsə bağında fəhlə kimi işləməyə getmiş, o, isə Bahar Pənahovanın yaşadığı ünvanda elektrik enerjisinin balansı bitdiyi üçün Rövşən Pənahovgilə saçını fenləmək və qurutmaq üçün getmişdir. Həmin gün təxminən saat 13 radələrində Bahar Pənahovanın yaşadığı evə tərəf qayıdanda Zərərçəkmiş şəxs Bahar Pənahovanın yaşadığı ev tərəfdən öz evləri tərəfə qaça-qaça getməsini görmüşdür. Zərərçəkmiş şəxs hətta onun yanından da tələsik qaçaraq keçmişdir. O, Bahar Pənahovanın yaşadığı evə çatdıqda Bahar Pənahovanın ağlamasını görmüşdür. X6 ağlamasının səbəbini soruşduqdan sonra Ceyhunun onu zorlamaq istədiyini demişdir. Ancaq oğlu Səyyadın bunları eşidəcəyindən qorxduğunu bildirmiş, buna görə ondan bu barədə heç kimə heç bir söz deməməyini istəmişdir. xx.xx.2023-cü il tarixdə X13 Pənahovun onunla olan videogörüntüsünün yayılması barədə məlumat vermişdir. Bundan sonra gecə vaxtı qohumları X8, X9, X5 oğlu və onların arvadları Ceyhunla Baharı üzləşdirmək və məsələnin əslini öyrənmək üçün Bahar Pənahovanın yaşadığı evə gəlmişlər. O, həmin vaxt evin yaxınlığında yerləşən dərədə siqaret çəkmək üçün çıxmışdır. Geri qayıtdıqda Ceyhunun həyət qapısının çöl tərəfində dayanmasını, səs-küy olmasını, qohumların Ceyhunu həyətə salmaq üçün razı salmağa çalışmasını, Ceyhunun qışqıraqışqıra videogörüntüdəki kişinin o olmamasını deməsini görmüşdür. O, heç bir şeydən xəbərsiz Ceyhungil olan yerə yaxınlaşmaq istədikdə Ceyhun haradan götürdüyünü bilmədiyi plastik materialdan olan boru ilə onun sol gözünə vurmuşdur. O, huşumu itirmişdir. Həmin gün Şamaxı şəhərində yerləşən Diaqnostika Mərkəzinə müraciət etmişdir. Həkimlər tərəfindən müayinə olunduqdan sonra evə buraxılmışdır. O, həmin vaxtı Zərərçəkmiş şəxs hərhansısa bir xəsarət yetirməmiş, həmçinin onu vurmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahat verib bildirdi ki, X1 onun dası oğlu Elşən Pənahovun arvadı olmuşdur. Elşən Pənahov 5 ildir ki, vəfat etmişdir. Bahar Pənahovanın onun barəsində bildirdikləri tamamilə şər və böhtandır. Belə ki,o dəfələrlə kənd camaatından Bahar Pənahovanın müxtəlif, çoxsaylı şəxslərlə cinsi əlaqədə olmasını, onun yaşadığı evə yad kişi cinsli şəxslərin gəlib-getməsini, onun pornoqrafik xarakterli videogörüntüsünün müxtəlif şəxslərin mobil telefonunda olmasını eşidirmiş. Buna görə 3-4 ay əvvəl mən Bahar Pənahovanın onun evinə gəlməsinə qadağa qoymuşdur. Bahar Pənahova “whatsapp”mobil tətbiqində ona mesaj yazaraq onu nə üçün evinə buraxmadığının səbəbini soruşmuşdur. O, onun barəsində yaxşı sözlər eşitmədiyini, eşitdiyinə görə əxlaqsız həyat tərzi sürməsini demişdir. X12 heç nəyi sübut etmək demək olar ki, mümkün olmadığı üçün o onunla razılaşmadı və onu söymüşdür. Təxminən 5-10 iyun arası 2023-cü ildə mənim “whatsapp”mobil tətbiqimə hazırda xatırlamadığı şəxs tərəfindən Bahar Pənahovanın bir nəfər kimliyi məlum olmayan kişi cinsli şəxslə cinsi əlaqədə olmasını əks etdirən videogörüntü göndərilmişdir. Həmin videogörüntüdə Bahar Pənahovanın qara rəngli şalvarının dizə qədər endirilməsi, əynində olan xələtinin belinə qədər qaldırılması, onu qucaqlayan bir nəfər kimliyi bilinməyən şəxsin onunla cinsi əlaqədə olması əks edilirdi. O, həmin videogörüntünü öz qohumlarına mobil telefonum vasitəsi ilə göstərmişdir. Onun qohumları isə həmin videogörüntünün çoxdan yayılmasını demişlər və o, həmin şəxslərin də videogörüntü barədə məlumatı olması barədə xəbərdar olmuşdur. Bundan sonra Bahar Pənahova həmin videogörüntünün onun tərəfindən qohumlara göstərilməsini bilmiş və onun barəsində şər, böhtan xarakterli məlumatlar yayaraq guya onun onu zorlamağını, onunla zor yolu ilə cinsi əlaqədə olmağa çalışdığını bildirmişdir. Bildirdi ki, o, heç vaxt Bahar Pənahovam zorlamağa cəhd etməmiş, Bahar Pənahova ilə cinsi əlaqədə olmaq niyyəti və məqsədi olmamışdır. xx.xx.2023-cü il tarixində səhər saatlarında o, otağında olan zaman Bahar Pənahovanın onun yataq otağına daxil olduğunu görmüşdür. Həmin şəxs stolun üzərində olan mobil telefonunu götürüb ondan polisə şikayət edəcəyini bildirmiş və telefonu özü ilə aparan zaman o, pasteldən qalxaraq onun arxası ilə gedən zaman o, mətbəxin çəkməcəsin açaraq oradan bıçaq götürmüş və ona bildirmiş ki, “əgər telefonu ondan alsa onu bıçaqla vuracaqdır”. Həmin vaxtı o, onların evə qaynanası Anamxanı ilə birlikdə gəlmişdir. O, təkidlə ondan telefonunu tələb etdikdə onlar yaxasından yapışaraq onun əynindəki paltarını cırmışlar. Daha sonra uşaqlarına xəsarət yetirməklə onu hədələdilər. X11 bıçaqla hər hansısa bir xəsarət yetirməmişdir. Lakin o, Bahar Pənahovaya həmin gün hər hansısa bir xəsarət yetirməmişdir. xx.xx.2023-cü il tarixində axşam saatlarında Elbrus Pənahov mən Xəyyam Pənahovla videogörüntüdəki şəxsin o, olub-olmamağı barədə söhbətləşən zaman Elbrus Pənahov sağ tərəfində dayanmaqla qəfil onun çənə nahiyəsinə zərbə endirmişdir. Buna görə o, ani olaraq yaxınlığında olan rezin borunu əlinə götürərək Elbrusun üstünə atmış, və qaranlıq olduğu üçün həmin borunun Elbrusun harasına dəyməsini bilməmişdir. O, Elbrus Pənahova rezin borunu atan zaman hadisə yerində o, Xəyyam və Elbrusdan başqa heç kim olmamışdır. O, Elbur adlı şəxsə rezin borunu atdıqdan sonra onunla aralarında mübahisə davam etməmişdir. O, həmin vaxtı çənə nahiyyəsindən xəsarət almış, yəni iki gün çənəsi ağrımış, lakin gedib ekspertizadan keçməmiş, çünki şikayət etmək niyyətində deyildir. Onun onunla hər hansısa bir mübahisəsi olmamışdır. O, Bahar Pənahovanın əmisi ilə söhbət edən zaman Elbrus onu anidən vurduğundan oda onu vurmuşdur. Lakin bir birilərini təhqir etməmişlər. Əvvəllər şikayət etmək istəmədiyindən aldığı xəsarətlə bağlı ekspertizadan keçməmiş, ancaq bir neçə gün çənəsini tərpətməkdə çətinlik çəkmişdir. Həmin vaxt yanlarında Xəyyam Pənahov olmuşdur. İş materiallarında olan 12 oktyabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X7 xx.xx.2023-cü il tarixdə Şamaxı rayonuu, Mədrəsə qəsəbəsində Zərərçəkmiş şəxs yumruqla çənə nahiyyəsinə vurmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə baş vermiş hadisə zamanı X2 əməlində cinayət tərkibi olmasada həmin şəxsin əməlində Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkib əlamətləri olduğundan barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın sürəti RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. Məhkəmə, iş materiallarına və proses iştirakçılarının izahatlarına məcmu halda qiymət verərək hesab edir ki, məhkəmə araşdırması zamanı X2 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, nə inzibati xəta haqqında protokolda, nə də iş materiallarında olan digər sənədlərdə X2 hadisə zamanı Zərərçəkmiş şəxs vurması faktını təsdiq edən heç bir sübut göstərilməmiş, məhkəmə baxışı zamanı da bu barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Zərərçəkmiş şəxs hadisə zamanı yanlarında Xəyyam Pənahovun olduğunu bildirsə də, xx.xx.2023-cü il tarixli “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, Xəyyam Pənahov ifadəsində Elbrusun Ceyhunu vurmasını görmədiyini bildirmişdir. Təqsirsizlik prezumpsiyasına müvafiq olaraq X2 təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşdüyündən, lakin onun təqsirliliyini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən məhkəmə hesab edir ki, X2 Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə əlaqədar inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Bu maddədə nəzərdə tutulmuş əməl sağlamlığa ağır, az ağır və ya yüngül zərər vurmaqla törədildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, X2 əməlində inzibati xəta tərkibi olmadığından, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №3(074)-436/2023
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-436/2023
12.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver