Məhkəmə qərarları › İş №3(074)-436/2025

Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №3(074)-436/2025

17.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 3(074)-436/2025 17.10.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X1, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə tərtib edilmiş və Suların İstifadəsinə və X2 Xidmətinin 3 saylı X4 Bölməsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Suların İstifadəsinə və X2 Xidmətinin 3 saylı X4 Bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş material onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, iş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin 3(074)-374/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Suların İstifadəsinə və X2 Xidmətinin 3 saylı X4 Bölməsindən daxil olmuş inzibati xəta haqqında materialın geri qaytarılması qərara alınmışdır. İnzibati xəta haqqında materialın geri qaytarılmasına əsas kimi, Şəxs vəzifəli şəxs olduğu halda, səlahiyyətli orqan tərəfindən onun barəsində fiziki şəxs qismində inzibati xəta haqqında protokolun tərtib edildiyi göstərilmişdir. Hazırda isə səlahiyyətli orqan - Suların İstifadəsinə və X2 Xidmətinin 3 saylı X4 Bölməsi Şəxs sahibkarlıq fəaliyyətinin xx.xx.2025-ci il tarixdən dayandırıldığını əsas gətirərək, Şəxs barəsində fiziki şəxs qismində tərtib edilmiş inzibati xəta haqqında protokolu material ilə birlikdə baxılması üçün yenidən məhkəməyə göndərmişdir. İş materiallarında olan İnzibati xəta haqqında MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli protokoldan müəyyən olunur ki, xx.xx.2025-ci il tarixdə keçirilən nəzarət tədbirləri zamanı, Şəxs tərəfindən Şamaxı rayonu, Şəhriyar qəsəbəsində tullantı sularının təyinatsız axıdılması aşkar olunmuşdur. İş materiallarında olan Şəxs izahatından görünür ki, o, ünvan 1 ünvanında yaşayır, Şamaxı rayonu, Şəhriyar qəsəbəsi ərazisində, Bakı-Şamaxı yolunun 121-ci km., yolun sol hissəsində yerləşən avtoyuma məntəqəsini icarəyə götürmüş, xx.xx.2025-ci il tarixdə Suların İstifadəsinə və X2 Xidmətinin 3 saylı X4 Bölməsinin əməkdaşları onun fəaliyyət göstərdiyi avtoyuma məntəqəsində çirkab suların təyinatsız axıldığını aşkar etmişdirlər. İş materiallarından görünür ki, Şəxs fərdi sahibkar kimi (VÖEN **********) 2017-ci ildə 4 saylı Ərazi Vergilər İdarəsində qeydiyyata alınmışdır. İş materiallarında olan 4 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2025-ci il tarixli arayışında qeyd olunur ki, Şəxs sahibkarlıq və ya digər vergi tutulan əməliyyatları xx.xx.2025-ci il tarixdən xx.xx.2055-ci il tarixədək dayandırılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 100.1-ci maddəsinə əsasən, bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. 100.5-ci maddəsinə əsasən, nömrələnmiş blankda tərtib edilmiş inzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: protokolun tərtib edildiyi tarix, vaxt və yer; protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat (fiziki və ya vəzifəli şəxslərin soyadı, adı, atasının adı, fərdi identifikasiya nömrəsi (əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin müvəqqəti, yaxud daimi yaşamaq üçün icazə vəsiqələrinin, habelə qaçqın vəsiqəsinin seriyası və nömrəsi), yaşadığı və olduğu yerin ünvanı, hüquqi şəxsin adı, VÖEN-i, hüquqi və faktiki ünvanları); inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; olduğu halda şahidlərin və zərərçəkmiş fiziki şəxslərin soyadı, adı, atasının adı və onların yaşadığı və olduğu yerin ünvanı, hüquqi şəxsin adı, VÖEN-i, hüquqi və faktiki ünvanları; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül bədən xəsarəti yetirilmişdirsə və ya maddi zərər vurulmuşdursa, bu hallar barədə qeydlər; inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. 101.1-ci maddəsinə əsasən, inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra, inzibati xəta haqqında protokol tərtib edilir. 17-ci maddəsinin “Qeyd”inə əsasən, dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilatisərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Göründüyü kimi, inzibati xətanın aşkar edildiyi tarixdə, yəni xx.xx.2025-ci ildə Şəxs sahibkarlıq fəaliyyəti qüvvədə olaraq, vəzifəli şəxs olduğu halda, həmin tarixdə barəsində fiziki şəxs qismində inzibati xəta haqqında protokol tərtib edilmiş və inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqan - Suların İstifadəsinə və X2 Xidmətinin 3 saylı X4 Bölməsi materialı yenidən məhkəməyə göndərərkən, Şəxs sahibkarlıq fəaliyyətinin xx.xx.2025-ci il tarixdən dayandırıldığına istinad etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 106.0.3-cü maddəsinə əsasən, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən, inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsi məsələləri həll edir. 109.1.6-cı maddəsinə əsasən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 106, 109 və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Suların İstifadəsinə və X2 Xidmətinin 3 saylı X4 Bölməsindən daxil olmuş inzibati xəta haqqında material geri qaytarılsın. Hakim: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar