Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-437/2023 12.10.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon Polis Şöbəsinin İTBnin sahə rəisi X1 oğlunun, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şamaxı rayon Polis Şöbəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X3 izahatında göstərdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs Şamaxı rayonu, Mədrəsə qəsəbəsində yerləşən evində qol nahiyəsinə armaturla vuraraq dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Bu səbəbdən də Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material üzrə Şəxs barəsində cinayət isinin başlanılması rədd olunmuş, onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi olduğundan inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, Zərərçəkmiş şəxs onun dayısı oğlu Elşən Pənahovun arvadı olmuşdur. Elşən Pənahov 5 ildir ki, vəfat etmişdir. Zərərçəkmiş şəxs onun barəsində bildirdikləri tamamilə şər və böhtandır. Belə ki,o dəfələrlə kənd camaatından Zərərçəkmiş şəxs müxtəlif, çoxsaylı şəxslərlə cinsi əlaqədə olmasını, onun yaşadığı evə yad kişi cinsli şəxslərin gəlib-getməsini, onun pornoqrafik xarakterli videogörüntüsünün müxtəlif şəxslərin mobil telefonunda olmasını eşidirmiş. Buna görə 3-4 ay əvvəl mən Zərərçəkmiş şəxs onun evinə gəlməsinə qadağa qoymuşdur. Zərərçəkmiş şəxs “whatsapp”mobil tətbiqində ona mesaj yazaraq onu nə üçün evinə buraxmadığının səbəbini soruşmuşdur. O, onun barəsində yaxşı sözlər eşitmədiyini, eşitdiyinə görə əxlaqsız həyat tərzi sürməsini demişdir. Lakin Zərərçəkmiş şəxs heç nəyi sübut etmək demək olar ki, mümkün olmadığı üçün o onunla razılaşmadı və onu söymüşdür. Təxminən 5-10 iyun arası 2023-cü ildə mənim “whatsapp”mobil tətbiqimə hazırda xatırlamadığı şəxs tərəfindən Zərərçəkmiş şəxs bir nəfər kimliyi məlum olmayan kişi cinsli şəxslə cinsi əlaqədə olmasını əks etdirən videogörüntü göndərilmişdir. Həmin videogörüntüdə Zərərçəkmiş şəxs qara rəngli şalvarının dizə qədər endirilməsi, əynində olan xələtinin belinə qədər qaldırılması, onu qucaqlayan bir nəfər kimliyi bilinməyən şəxsin onunla cinsi əlaqədə olması əks edilirdi. O, həmin videogörüntünü öz qohumlarına mobil telefonum vasitəsi ilə göstərmişdir. Onun qohumları isə həmin videogörüntünün çoxdan yayılmasını demişlər və o, həmin şəxslərin də videogörüntü barədə məlumatı olması barədə xəbərdar olmuşdur. Bundan sonra Zərərçəkmiş şəxs həmin videogörüntünün onun tərəfindən qohumlara göstərilməsini bilmiş və onun barəsində şər, böhtan xarakterli məlumatlar yayaraq guya onun onu zorlamağını, onunla zor yolu ilə cinsi əlaqədə olmağa çalışdığını bildirmişdir. Bildirdi ki, o, heç vaxt Zərərçəkmiş şəxsm zorlamağa cəhd etməmiş, Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olmaq niyyəti və məqsədi olmamışdır. xx.xx.2023-cü il tarixində səhər saatlarında o, otağında olan zaman Zərərçəkmiş şəxs onun yataq otağına daxil olduğunu görmüşdür. Həmin şəxs stolun üzərində olan mobil telefonunu götürüb ondan polisə şikayət edəcəyini bildirmiş və telefonu özü ilə aparan zaman o, pasteldən qalxaraq onun arxası ilə gedən zaman o, mətbəxin çəkməcəsin açaraq oradan bıçaq götürmüş və ona bildirmiş ki, “əgər telefonu ondan alsa onu bıçaqla vuracaqdır”. Həmin vaxtı o, onların evə qaynanası Anamxanı ilə birlikdə gəlmişdir. O, təkidlə ondan telefonunu tələb etdikdə onlar yaxasından yapışaraq onun əynindəki paltarını cırmışlar. Daha sonra uşaqlarına xəsarət yetirməklə onu hədələdilər. Lakin Zərərçəkmiş şəxs ona bıçaqla hər hansısa bir xəsarət yetirməmişdir. Lakin o, Zərərçəkmiş şəxs həmin gün hər hansısa bir xəsarət yetirməmişdir. xx.xx.2023-cü il tarixində axşam saatlarında Elbrus Pənahov mən Xəyyam Pənahovla videogörüntüdəki şəxsin o, olub-olmamağı barədə söhbətləşən zaman Elbrus Pənahov sağ tərəfində dayanmaqla qəfil onun çənə nahiyəsinə zərbə endirmişdir. Buna görə o, ani olaraq yaxınlığında olan rezin borunu əlinə götürərək Elbrusun üstünə atmış, və qaranlıq olduğu üçün həmin borunun Elbrusun harasına dəyməsini bilməmişdir. O, Elbrus Pənahova rezin borunu atan zaman hadisə yerində o, Xəyyam və Elbrusdan başqa heç kim olmamışdır. O, Elbur adlı şəxsə rezin borunu atdıqdan sonra onunla aralarında mübahisə davam etməmişdir. O, həmin vaxtı çənə nahiyyəsindən xəsarət almış, yəni iki gün çənəsi ağrımış, lakin gedib ekspertizadan keçməmiş, çünki şikayət etmək niyyətində deyildir. Onun onunla hər hansısa bir mübahisəsi olmamışdır. O, Zərərçəkmiş şəxs əmisi ilə söhbət edən zaman Elbrus onu anidən vurduğundan oda onu vurmuşdur. Lakin bir birilərini təhqir etməmişlər. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahat verib bildirdi ki, Şəxsağa oğlu onun ölən əri Elşən Pənahovun bibisi oğludur, onunla eyni qəsəbədə yaşayır. Aralarında münasibətləri həmişə yaxşı olmuş, heç bir ədavət və düşmənçiliyi olmamışdır. Şəxs barəsində Şamaxı rayon polis şöbəsinə ərizə ilə o müraciət etmişdir. Həmçinin bildirirdi ki, onun əsil adı Bahar olsa da qohumları onu Vüsalə adı ilə də çağırır. Belə ki, 25-27 mart 2023-cü il tarixlərdə saat 13 radələrində Şəxs o evdə tək olan vaxt onun yaşadığı ünvana gəlmiş, onun yaşadığı ünvanda quraşdırılmış “Wife” internet şəbəkəsinə qoşulmuş və mobil telefonuna nəsəyüklənildiyini demiş, buna görə mobil telefonunun bir müddət həmin evdə qala bilib-bilməyəcəyini ondan soruşmuşdur. O, mobil telefonun onun yaşadığı evdə qala biləcəyini, buna görə heç bir problem olmadığını demişdir. Bundan sonra o ədyalı yumaq üçün həyətdə olan damdan vanna götürmək üçün həyətə düşmüşdür. Dama girib-çıxdıqdan sonra Şəxs artıq onun yaşadığı evdən çıxıb getməsini düşünüb evin həyət qapısını arxadan bağlamışdır. Ədyalı yuduqdan sonra çimmək üçün hamama daxil olmuşdur. Təxminən 25-30 dəqiqə hamamda çimdikdən sonra şalvarını tam olaraq yuxarıya qədər çəkmədən, dizinə qədər geyinilmiş halda, xələtini isə kürəyinə qədər geyinərək hamamdan çıxmış və evin oğlu Elbrus yatdığı otağına daxil olmuşdur. O, şalvarını yuxarı çəkə-çəkə otağa yarısıəyilmiş vəziyyətdə daxil olmuş, termonun qarşısında olan mobil telefonunu götürmək istədikdə Şəxs termonun qarşısında durmasını, şalvarını dizə qədər endirməsini, əli ilə cinsiyyət orqanını tutmasını, cinsiyyət orqanının sərtləşmiş formada olmasını görmüşdür. Bundan sonra Şəxs onu qabaqdan qucaqlayaraq öz cinsiyyət orqanını onun qarın nahiyəsinə toxundurmağa başlamışdır. O, onu uca səslə söyməyə başlamış, onu buraxmasını istəmişdir. Şəxs onu buraxmadığı üçün sağ dizi lə onun qasıq nahiyəsinə vurmuş, Şəxs bundan sonra onu buraxmış, o, termonun qarşısında olan darağı götürərək onun sağ alın nahiyəsinə vurmuş, Şəxs sağ alın nahiyəsi onun xəsarəti nəticəsində xəsarət almışdır. Həmçinin Ceyhun onu qucaqladığı vaxt o, onun bədəninə əli ilə də vurmuşdur. O, daraqla Ceyhunu vurduqdan sonra sonuncu qarşısında diz çökərək “Vüsalə, ou bağışla, özümdə deyildim, elə bil mənə nəsə olmuşdu, söydüyün söyüşlər mənim ailəmə getsin, sən mənim gəlinbacımsan, məni bağışla” demiş ona yalvarmağa başlamışdır. O, Şəxs bağışladığını demiş və evdən çıxıb getməsini istəmişdir. Bundan sonra Şəxs həmin yataq otağında qoyduğu mobil telefonu da götürüb onun evindən çıxıb getmişdir. Ceyhun getdikdən bir qədər sonra qaynı oğlu Elbrus Pənahov onun yaşadığı evə gəlmiş, onun ağlamağını görüb səbəbini təkidlə soruşduğu üçün o, Elbrusa Ceyhunun onu zorlamaq istədiyini demişdir. Ancaq oğlu Səyyadın bunları eşidəcəyindən qorxduğu üçün Elbrusa heç kimə heç bir söz deməməsi barədə göstəriş vermişdir. Təxminən bir həftə sonra o və qayınanası Anaxanımla birlikdə Ceyhunun xəstə anasına dəymək üçün getmişdir. Onlar Ceyhungildən öz yaşadıqları evə qayıdarkən Ceyhun ona “səni kəsirəm, mənimlə cinsi əlaqədə olmasan, sənin məndə videogörüntün var, həmin videogörüntünü qəsəbədə yayacam” demişdir. O, Şəxs onu zorlamağa cəhd etməsini videoya çəkdiyini bilmirmiş və onunla heç vaxt cinsi əlaqədə olmağa razılıq verməycəyini bildirmişdir. xx.xx.2023-cü il tarixdə ərinin əmisi oğlu X2 ona “Whatsapp” mobil tətbiqində mesaj yazaraq onun Ceyhunla münasibətinin olub-olmadığını soruşqduqda o, Ceyhunla heç bir münasibətinin olmadığını bildirmişdir. Bundan sonra onlara təqdim etdiyi videogörüntünü Bəhruz ona göndərmiş, Ceyhunun həmin videogörüntünü ona da göndərməsini demişdir. O, bundan sonra Ceyhunun onu zorlamağa cəhd etməsini videogörüntüyə alması və Ceyhunun videogörüntünü yayması barədə xəbərdar olmuşdur. Bundan sonra xx.xx.2023-cü il tarixdə o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102 Zəng mərkəzi”-nə müraciət etmişdir. Bundan sonra Bəhruz və digər qohumları onun evinə gəlmiş, onun Ceyhunla münasibətinin olub-olmadığını soruşduqda o, onlara hər şeyin yalan olmasını, Ceyhunun başqa qadınlar barəsində də belə videogörüntülərin olmasını qaynı Xəyyama deməsini demişdir. Qohumları ona inanmasalar da həmin məsələni dəqiqləşdirmək üçün Ceyhunun evinə getmişlər. Elbrus Pənahov da Ceyhunun evinə getmişdir. Təxminən 15 dəqiqə sonra Elbrus gözündən aldığı xəsarətlə geri qayıtmış və Ceyhunun Elbrusu ağacla vurmasını görmüşdür. 10 iyun 2023-cü il tarixində həmin söz söhbət yarandığından və Ceyhun adlı şəxsdə videoda olan şəxsin özü olmadığını bildirdiyindən həmin gecə təxminən saat 04:00 radələrində o yuxu gördüyü üçün oyanmış və qaynanasında oyadıb Ceyhunun evinə getmək və bu məsələni aydınlaşdırmaq istədiyini bildirmişdir. Qaynanasıda gecə olduğundan onu sakitləşdirmiş və bundan sonra onlar həmin gün saat 06:30 radələrində qaynanası ilə birgə Ceyhunun evinə getmiş və onları oyatmışdır. O, Ceyhuna söyləmiş ki ayağa qalxıb bu məsələni aydınlaşdırsın. Lakin Ceyhun həmin məsələni aydınlaşdırmaq əvəzinə onun üzərinə qışqırıb otaqdan çıxmağını söyləmiş və oda bundan sonra otaqdan çıxmışdır. Daha sonra isə o, paltarını geyinib otaqdan çıxdıqdan sonra o ona nə üçün onun videosunu yaydığını soruşduqda həmin şəxs onu nalayiq söyüşlərlə söyüb üzərinə gəlmiş, vurmaq istədiyindən o, onunla yaxalaşmış və o bundan sonra qaçıb haradansa bir ədəd armatur götürüb onun üzərinə gəlmiş və onu armaturla sağ qolundan vurmuşdur. O, qaçmaq istəyən zaman o, yenidən onu armaturla vurmaq istədiyindən o qaçaraq onların evində mətbəxdən bıçağı götürüb özünü müdafiə etməyə başlamışdır. Yəni ki onu vuracağı təqdirdə bıçaqla onu hədələmişdir. Bundan sonra o, həyat yoldaşını qışqıraraq çağırıb gəlib onları videoya çəkməsini söyləmişdir. Həyat yoldaşı gəlib onlarə videoya çəkmək istəyən zaman o təqsirsizliyini sübut etmək məqsədi onun əlindən telefonu alıb oradan qaçmış və evinə gedərək onun telefonu açıb vatsapına baxdıqda həmin şəxsin ona məxsus videonu digər şəxslərə göndərdiyini görmüş və həmin yazışmaları öz telefonu ilə çəkib sübut kimi özündə saxlamışdır. Daha sonra isə mobil telefonu polisə təhvil vermişdir. Ceyhun onu xx.xx.2023-cü il tarixdə armaturla vurmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə baş vermiş hadisə zamanı Şəxs əməlində cinayət tərkibi olmasada həmin şəxsin əməlində Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkib əlamətləri olduğundan Şəxs barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın sürəti RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Şamaxı rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 185 saylı ekspert rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı bədənində zorla cinsi əlaqədə olmağa xarakterik xəsarət aşkar olunmadı. Zərərçəkmiş şəxs sağ said nahiyyəsində aşkar olunmuş qançır küt əşya təsirindn törənməklə xx.xx.2023-cü il tarixdə kənar şəxs tərəfindən yetirilməyə uyğundur. Həmin xəsarət sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, inzibati xəta haqqında tərtib edilmiş protokolu və ona əlavə edilmiş sənədləri tədqiq edib, proses iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsiri tam sübuta yetirilir. Bununla yanaşı qeyd edilməlidir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. İş materialları ilə və məhkəmə iclasında proses iştirakçılarının izahatları ilə müəyyən olunur ki, Şəxs Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə armaturla vurmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərək belə qənaətə gəlir ki, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №3(074)-437/2023
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-437/2023
12.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver