Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-438/2023 20.10.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X13 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Şamaxı Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X8, zərərçəkmiş şəxs X5, qanuni nümayəndəsi X6, zərərçəkmiş şəxs X4, qanuni nümayəndəsi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və müdafiəçisi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, xx xxxxxx 1997-ci ildə Şamaxı rayonu, Quşçu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Şamaxı rayonu, Quşçu kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Şamaxı Rayon Polis Şöbəsindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə daxil olmuş inzibati xəta haqqında MN ******* saylı protokol baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək bildirdi ki, **-EP-*** dövlət nömrə nişanlı avtomaşın ona məxsusdur və o, daha sonra adları ona məlum olan Fidan Qardaşovanı və Könül Həsənovanı tanımır. 12 oktyabr və 13 oktyabr 2023-cü il tarixlərində o, həmin ərazidə olmamış və həmin şəxslərə heç bir nəlayiq ifadələr işlətməmişdir. Qeyd olunanlara əsasən, onun barəsində aparılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs müdafiəçi X3 bildirdi ki, Şamaxı Rayon Polis Şöbəsi tərəfindən heç bir əsas olmadan Şəxs barəsində heç bir əsas olmadan İXM-nin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Lakin heç bir sübut və əsas olmadan, qərəzli olaraq Şəxs barəsində protokol tərtib edilmişdir. Qeyd olunanlara əsasən, Şəxs barəsində aparılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 bildirdi ki, 12 oktyabr 2023-cü il tarixdə oxuduğu ŞDRK kollecindən çıxaraq tələbə yoldaşı Fidan Qardaşova ilə birlikdə yaşadıqları evə gedən zaman **-EP-*** dövlət nömrə nişanlı avtomobil ilə sonradan adını bildiyi Gündüz adlı şəxs avtomaşını onların üzərinə sürərək uca səslə onlardan mobil nömrələrini istəmiş, lakin o, və Fidan buna məhəl qoymayaraq yollarına davam etmişlər. Daha sonra Gündüz onlara qarşı qeyri etik təkliflər etmişdir. Qeyd edilənlərə əsasən Şəxs barəsində inzibati tənbeh görülməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 bildirdi ki, 12 oktyabr 2023-cü il tarixdə oxuduğu ŞDRK kollecindən çıxaraq tələbə yoldaşı Könül Həsənova ilə birlikdə yaşadıqları evə gedən zaman **-EP-*** dövlət nömrə nişanlı avtomobil ilə sonradan adını bildiyi Gündüz adlı şəxs avtomaşını onların üzərinə sürərək uca səslə onlardan mobil nömrələrini istəmiş, lakin o, və Könül buna məhəl qoymayaraq yollarına davam etmişlər. Daha sonra Gündüz onlara qarşı qeyri etik təkliflər etmişdir. Qeyd edilənlərə əsasən Şəxs barəsində inzibati tənbeh görülməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Şamaxı Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X8 izahatında göstərdi ki, Şəxs 12 sentyabr və 13 sentyabr 2023-cü il tarixlərində Şamaxı şəhəri, Əzizbəyov küçəsində Fidan Qardaşova və Könül Həsənovanın üzərlərinə avtomaşını sürmüş və onlara qarşı qeyri etik hərəkətlər etmişdir. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan 13 oktyabr 2023-cü il tarixli, MN seriyalı ******* saylı İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 12 sentyabr və 13 sentyabr 2023-cü il tarixlərində Şamaxı şəhəri, Əzizbəyov küçəsində Fidan Qardaşova və Könül Həsənovanın üzərlərinə avtomaşını sürmüş və onlara qarşı qeyri etik hərəkətlər etmiş və nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cü maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati məsuliyyət nəzərədə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cü maddəsinin dispozisiyasından da görünür ki, inzibati məsuliyyətin yaranması üçün ictimai qaydanın pozulması, özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunmalıdır. Məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati hüquq pozuntusunun obyektiv tərkibi mövcud deyil, yəni ictimai qaydanın pozulması halı müəyyən olunmur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) sübuta yetilmədiyindən, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33 və 53-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İnzibati xətanın tərkibi olmaması əsası ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №3(074)-438/2023
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-438/2023
20.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver