Məhkəmə qərarları › İş №3(074)-439/2023

Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №3(074)-439/2023

26.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 3(074)-439/2023 26.10.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Şamaxı rayon Polis Şöbəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Əvvəlki məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi Eyvazov Ruslan oğlu izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə Şamaxı rayonu, Dəmirçi kəndi ərazisində vətəndaş Şəxs özünə məxsus mülki ov silahı ilə 3 ədəd ov quşu və 3 ədəd dovşan ovlayaraq ov qaydalarını kobud şəkildə pozmuşdur. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Eyni zamanda bildirmişdir ki, həmin ərazi İsmayıllı rayonun ərazisi olmasını orada olan polis əməkdaşlarının izahatları və rapot əsasında protokolu tərtib etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verib bildirdi ki, xx.xx.2023-cü il tarixdə doğulduğu Şamaxı rayonu, Dəmirçi kənd ərazisinə istirahət məqsədi ilə gəlmiş, özünə məxsus mülki ov silahını götürərək İsmayıllı rayonu ərazisində, yəni İsmayıllı rayonun Lahıc qəsəbəsinə gedən yolda yerləşən Kosaxəlilli yaylağı və Pir dağı adlanan inzibati ərazidə 3 ədəd ov quşu və 3 ədəd dovşan ovlamışdır. O, başa düşür ki, onun rəsmi icazəsi olmadın ov etmiş, səhv etmiş, özü polis əməkdaşlarına yaxınlaşmış, könüllü ov silahını, ovladığı 3 ədəd ov quşu və 3 ədəd dovşanı təqdim edərək polis şöbəsinə gəlmişlər. Ov etdiyi ərazi yaylaq sahəsi kimi İsmayıllı rayonuna aiddir. O, Azərbaycan ovçular və balıqçılar cəmiyyətinin üzvüdür, hər il ödəniş edib həmin qeydiyyatdan keçməlidir, amma lisenziyasını səhlənkarlıq edərək götürməmişdir. Onun həmin ərazidə olmasını, orada it burnu yığan Dəmirçi kənd sakini X2 görmüş, həmin zaman onun yanında ov iti, ov silahı və torbası içində əşyalar ilə olmuşdur. Torbasının içindədə ov etdikləri olmuşdur. Onun ov etdiyi ərazi İsmayıllı rayonun ərazisinə aiddir. Dəmirçi kəndi ilə İsmayıllı rayonu ərazisinin 5 km. məsafəsi var. O, İsmayıllı rayonunun ərazisində yerləşən Kosaxəlilli yaylağı adlanan ərazidə ov etmiş, sonradan Şamaxı rayonuna qayıdarkən maşın görmüş və silahını və ovlarını gizlədərək onlara yaxınlaşmış və onların polis əməkdaşları olduğunu görmüşdür. İzahatında Şamaxı rayonu, Dəmirçi kəndində ov etməsini yazması sahə rəisi Ruslan Eyvazovun təkidi ilə olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili X1 izahat verib bildirdi ki, xx.xx.2023-cü il tarixdə Dəmirçi kəndi ərasisində əməliyyat müvəkkili Fəqan Mirzəyevlə xidmət apararkən məlumat gəlmiş ki, həmin ərazidə ovçu vardır. Həmin gün 10 km. yaxın həmin ərazidə gəzmişlər, sonra həmin ovçunun dalınca maşın gəlmişdir. Həmin ovçu yaxınlaşanda onun yanında ov itindən başqa heç kim olmamış, üstü başı qan olmuşdur. Həmin şəxs əvvəl etiraz edərək ov etmədiyini bildirmiş, sonra isə onların gəldiyini görmüş silahı və etdiyi ovları gizlətdiyini bildirərək özünə məxsus mülki ov silahı ilə 3 ədəd ov quşu və 3 ədəd dovşanı götürüb polis şöbəsinə gəlmişlər. Onlar həmin ərazidə olarkən kimin ov etdiyini bilməmişlər, onlara sonradan məlum olmuşdur ki, həmin şəxs Şəxsdur, o Dəmirçi kəndi ərazisində, sol tərəfdə Çayın qırağında tutulmuşdur. Lakin orada ev etməyini görməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmişŞamaxı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili X3 şahid Şamaxı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili X1 ilə eyni məzmunlu izahat verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahat verib bildirdi ki, Şəxs tanıyır. Həmin gün o, it burnu yığırmış, Şəxs isə ov edirmiş. Onu görən zaman yanında ağ-qara rəngdə ov iti, silahı, əynində köhnə hərbi paltara oxşar paltar və ayağında rezin ayaqqabı olmuşdur. Onu səhər görmüş, amma günorta yenidən söhbət etmişlər, çay qoymuş, hardasa 1 saat ordan-burdan söhbət etmişlər. O, Dəmirçi kəndindən 500 metr aralıda İsmayıllı ərazisinə Kosaxəlili yaylağı adlanan ərazidə, it burnu yaxşı olduğuna görə it burnunu oradan yığmışdır. Həmin ərazi İsmayıllı rayonunun ərazisidirş O, it burnu yığarkən Qahir də ov etmiş, onun ov etməsini görməmiş, ancaq silah səslərini eşitmişdir. Silah səsləri yaxından gəlmişdir. İş materiallarında olan Şamaxı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili X3 tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə xidməti ərazidə olan zaman Dəmirçi kəndi ərazisində bir nəfər şəxsin ovv etdiyini görüb yaxınlaşmışdır. Həmin şəxs Dəmirçi kənd sakini Şəxs olduğunu və qanunsuz olaraq ov etdiyini, əl çantasında 3 ədəd ov quşu, 3 ədəd dovşan olduğunu aşkar edərək Şamaxı rayon Polis Şöbəsinə dəvət etmişlər. Məhkəmə inzibati xəta haqqında materialı və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şamaxı rayon Polis Şöbəsi tərəfindən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair materialın aidiyyəti üzrə baxılması üçün İsmayıllı rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Həmin məcəllənin 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən aşağıdakı məsələləri həll edir. İşin baxılması onun səlahiyyətinə aiddirmi, işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən hallar mövcuddurmu, inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi, işin icraatını rədd edən hallar mövcuddurmu, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmışdırmı, işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslər məlumatlandırılıbmı, iş üzrə vəsatətlər və etiraz etmə vardırmı. Həmin Məcəllənin 114.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İXM-nin 110, 112, 118-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi haqqında Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə İsmayıllı Rayon Məhkəməsinə göndərilsin. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar