Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-44/2023 21.02.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X6, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1983-cü ildə Şamaxı rayonu, Məlikçobanı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Şamaxı rayonu, Məlhəm kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Şamaxı rayon Polis Şöbəsində tərtib olunmuş xx.xx.2023cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X9 izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə X1 Azərbaycan Respublikası DİN "102" zəng xidmətinə müraciəti əsasında Şamaxı rayonu, Məlikçobanlı kəndində yerləşən evinə getmişlər və həmin vaxt Şəxs sərxoş halda polis əməkdaşkalrının üzərinə bel aləti ilə hücum edərək nalayiq ifadələr işlədərək müqavimət göstərmişdir. Onlar Şəxs nizam-intizama dəvət etsələrdə o öz hərəkətlərini davam etdirmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Şəxs Şamaxı rayon Polis Şöbəsinə gətirilərkən sərxoş olmuş və bu gün oyandığından məhkəməyə gətirilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, 20 fevral 2023-cü il tarixdə təqribən saat 15:00 radələrində Üzüm bağı sahəsində spirtli içki qəbul etmiş, yaşadığı evdə onunla qardaşının həyat yoldaşı X2 arasında münaqişə olmuş, həmin vaxt içkili olmuş, X2 ondan DİN-nin “102" zəng xidmətinə şikayət vermiş, sonra isə polis əməkdaşlarının gəlməyini görmüş, yaşadığı evin həyətində olan bel alətini götürüb polis əməkdaşları üzərinə hücum etmiş, nalayiq ifadələr və küçə söyüşləri işlətmişdir. Onlar ona qanunsuz hərəkətlərinə son qoymağı tələb etmişlər, o, isə öz qanunsuz hərəkətlərini davam etdirərək polis əməkdaşlarının qanuni tələblərini pozaraq onlara müqavimət göstərmişdir. Daha sonra polis əməkdaşları barəsində qanuni tədbir görülməsi üçün ou RPŞ-nə dəvət etmişlər və polis əməkdaşları ilə birlikdə RPŞ-nə gəlmişdir. Etdiyi əməldən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri, polis serjantı X4 izahat verib bildirdi ki, xx.xx.2023-cü il tarixində saat 17:23 radələrində Şamaxı rayonu, Məlikçobanlı kəndində yaşayan X2 Azərbaycan Respublikası DİN "102" zəng xidmətinə yaşadığı evdə ailə münaqişəsinin olmasını və polisin ünvana yaxınlaşmasını istəməsi barədə məlumatı daxil olmuş, onlar dərhal ƏİQ və PPXB- nin tağım komandiri, polis leytenantı Niftullayev Heybət ilə birlikdə həmin ünvana getmişlər, X2 ilə münaqişə edən adı sonradan onara məlum olan Şəxs sərxoş halda ünvansız nalayiq ifadələr işlədərək, bel aləti ilə aqressiv halda üstlərin hücum etmiş, onlar onu dəfələrlə nizam-intizama dəvət etsələrdə, o, yenə öz qanunsuz hərəkətlərini davam etdirərək nalayiq ifadələr, küçə söyüşləri işlədib onlara müqavimət göstərərək qanuni tələblərini pozmuşdur və barəsində tədbir görülməsi üçün Rayon Polis Şöbəsinə dəvət edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı rayon Polis Şöbəsinin PPXB-nin tağım komandiri, polis leytenantı X3 şahid Şamaxı rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri, polis serjantı X4 ilə eyni məzmunlu izahat verdi. İş materiallarında olan Şamaxı rayon Polis Şöbəsinin İB-nin baş müstəntiqi Mirəli Daşdəmirli tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023-cü il tarixində saat 17:23 radələrində Şamaxı rayonu, Məlikçobanlı kəndində yaşayan X2 Azərbaycan Respublikası DİN “102” zəng xidmətinə yaşadığı evdə ailə münaqişəsinin olmasını və polisin ünvana yaxınlaşmasını istəməsi barədə məlumatı daxil olmuş, onlar dərhal ƏİQ və PPXB-nin polis nəfəri, polis serjantı Gülməmmədov Elşən ilə birlikdə həmin ünvana getmişlər, X2 ilə münaqişə edən adı sonradan onlara məlum olan Şəxs sərxoş halda ünvansız nalayiq ifadələr işlədərək, bel aləti ilə üstlərinə hücum etmiş, onlar onu dəfələrlə nizam-intizama dəvət etsələrdə, o, yenə öz qanunsuz hərəkətlərini davam etdirərək nalayiq ifadələr, küçə söyüşləri işlədib onlara müqavimət göstərərək qanuni tələblərini pozmuşlar, adı sonradan onlara məlum olan Şəxs nalayiq ifadələr işlətdiyi və qanuni tələblərini pozaraq müqavimət göstərdiyi üçün tərəflərindən RPŞ-nə gətirilmişdir. İş materiallarında olan sərxoşluğun xüsusi texniki vasitə ilə müəyyən edilməsi barədə qəbzdən görünür ki, xx.xx.2023-cü il tarixdə Şəxs qanında alkoqolun konsentrasiyasının həcmi 1.516 promildir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli AZA 019653 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, inzibati xəta haqqında iş üzrə icraatın gedişatını təmin etmək məqsədi ilə Şəxs xx.xx.2023-cü il tarixdə saat 19:45 radələrində inzibati qaydada tutulmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsi özünün etirafedici izahatı ilə yanaşı, şahidlərin izahatları, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Həmin Məcəllənin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs inzibati xətanı sərxoş vəziyyətdə törətməsini məsuliyyətini ağırlaşdıran hal kimi, əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətaların xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini ağırlaşdıran hal kimi inzibati xətanı sərxoş vəziyyətdə törətməsini və məsuliyyətini yüngülləşdirən hal kimi əməlindən peşman olmasını nəzərə alıb, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəri ilə təqsirli bilinməli və ona İXM-nin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilsin və İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 10 (on) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 21 fevral 2023-cü il tarixdən hesablansın. Şəxs inzibati həbs müddətində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müəyyən etdiyi yerlərdə mühafizə altında saxlanılsın. Qərarın icrası Şamaxı rayon Polis Şöbəsinin inzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Natiq İsmayılov
Məhkəmə qərarları › İş №3(074)-44/2023
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-44/2023
21.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver