Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-443/2023 20.10.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon Polis Şöbəsinin İTBnin sahə rəisi X2 oğlunun, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxx 1978-ci ildə Şamaxı şəhərində anadan olmuş, evli, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şamaxı rayon Polis Şöbəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X5 izahatında göstərdi ki, Şamaxı şəhər Əzizbəyov küçəsi ev 23-də yaşayan X6 Azərbaycan Respublikası DİN-in 102 xidmətinə və Şamaxı rayon polis şöbəsinə ərizə ilə müraciət edərək, 01 iyun 2023-cü il tarixdə oğlu Şəxs qaynı Natiq Əmirovla birlikdə evinə basqın edərək onu təhqir etmələrini yaşadığı evin şüşələrini, telefon aparatını və digər əşyaları sındırdıqları, həmçinin oğlu Zərərçəkmiş şəxs döymələri barədə məlumat vermişdir. Araşdırma zamanı 01 iyun 2023-cü il tarixdə saat 01:30 radələrində Şəxs qaynı Natiq Əmirovla birlikdə Zərərçəkmiş şəxsla söz mübahisəsi etdikdən sonra sonuncunu döymələri və nəticədə Zərərçəkmiş şəxs sağlamlığa zərər vurmayan, dərəcəsi təyin edilməyən xəsarətlər yetirmələri fakt alınmış izahat ilə MTE-nin 01 iyun 2023-cü il tarixli 160 saylı rəyi ilə öz təsdiqini tapmışdır. Lakin Şəxs əməli hazırkı qanunvericiliyə əsasən Azərbaycan Respublikasmm İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin əlamətləri olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, X7 anası, Zərərçəkmiş şəxs Hafiz oğlu qardaşı olmaqla, həmin şəxslərlə əvvəllər münasibətləri yaxşı olmuş, aralarında ədavət, davadalaş olmamışdır. Təxminən iki il öncə Bakı şəhərində yerləşən Badamdar qəsəbəsi ərazisində “Holliwood” restoranını işlədirmiş, həmin dövrdə restoranda qəlyan satdığı üçün cərimə olunmuş, lakin cəriməni ödəməmişdir. Bununla bağlı 31 may 2023-cü il tarixdə səhər saatlarında cəriməni ödəmədiyi üçün ona zəng edilmiş və Şamaxı rayon İcra və Probasiya şöbəsinə dəvət etmişlər. Bununla bağlı qaynı X8 ilə birlikdə sonuncunun idarə etdiyi “Chevrolet” markalı **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şamaxı şəhərinə gəlmiş, işlərini həll etdikdən sonra Natiqlə birlikdə Şamaxı rayonu, Pirqulu qəsəbəsində yerləşən restoranların birinə gedib yemək yemişlər, həmin vaxt spirtli içki olan pivə qəbul etmişdir. Həmin gün Bakı şəhərinə qayıdarkən anası Məryəm və qardaşı Vüqara baş çəkmək qərarına gəlmiş, Natiq onu Vüqarla Məryəmin yaşadığı ünvan 2 ünvanda yerləşən evə aparmışdır. O, küçə qapısını döymüş, lakin açan olmadığı üçün qapını açmaq məqsədilə qapının şüşəsini sındırmış, həmin vaxt Vüqar və Məryəm küçə qapısını açmışlar, o, onlarla salamlaşıb evə daxil olmuşdur. Bir neçə dəqiqə söhbət etdikdən sonra evdən çıxmış, lakin mobil telefonunu tapa bilmədiyi üçün geri qayıtdıqda polis əməkdaşlarının həmin ünvanda olmalarını görmüşdür. Bundan sonra anası Məryəmin barəsində Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edib məlumat verməsindən xəbəri olmuşdur. Bundan sonra polis əməkdaşları onu Şamaxı rayon polis şöbəsinə dəvət etmişlər. Anası Məryəmin onun barəsində Şamaxı rayon polis şöbəsinə hansı səbəbdən müraciət etməsindən məlumatı yoxdur. Anası Şamaxı rayon polis şöbəsinə yalnış müraciət etmişdir. Həmin vaxt qaynı Natiq Əmirov ümumiyyətlə evə girməmiş, avtomobildə olmuşdur. O, isə evdə olarkən bilmədən əli dəydiyi üçün evdə olan ev telefonunu sındırmış, nə o, nədə Natiq Məryəmi təqir etməmiş, evdəki əşyaları sındırmamış və qardaşı Vüqarı döyməmişlər. Həmin hadisə zamanı Zərərçəkmiş şəxs və Məryəm Eyvazova ona və Natiq Əmirova qarşı heç bir qanunsuz hərəkət etməmişdirlər. Həmin hadisə 01 iyun 2023-cü il tarixdə təxminən saat 01 radələrində ünvan 2 ünvanda yerləşən ata evində baş vermişdir. Həmin hadisə zamanı hadisə yerində ondan başqa, anası Məryəm Eyvazova, qardaşı Zərərçəkmiş şəxs olmuş, başqa heç kim olmamışdır. O, anası Məryəmin evində təxminən ümumilikdə 10-15 dəqiqə ərzində olmuşdur. Həmin vaxt Vüqarı vurmamış, Vüqar özünü yerə yıxmış, xəsarətələri də həmin vaxt almışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahat verib bildirdi ki, X7 anası, Şəxs Hafiz oğlu qardaşı olmaqla, həmin şəxslərlə əvvəllər münasibətləri yaxşı olmuş, aralarında ədavət, dava-dalaş olmamışdır. Anarla təxminən bir ildir ki, münasibətləri kəsilmişdir, münasibətlərinin kəsilməsinə səbəb Anarın hazırda anası Məryəmin yaşadığı ünvan 2 ünvanı satmaq istəməsi olmuşdur. Beləki Anara bir neçə dəfə demiş ki, hələki anaları yaşayır həmin evi satmasın, anaları nə vaxt rəhmətə gedər o vaxt satar, lakin Anar onunla və anası Məryəmlə razılaşmamış, bununla bağlı onlarla ədavət aparmışdır. Sonuncu dəfə 31 may 2023-cü il tarixdə təxminən saat 23 radələrində anası Məryəmə baş çəkmək üçün sonuncunun yaşadığı evə getmiş, həmin vaxt Məryəmin Anarla telefonda danışdığını, Anarın telefonda söyüşlər söydüyünü eşitmiş, dəstəyi Məryəmdən alıb Anara irad bildirib analarını söyməməsini tələb etmiş və telefonu dəstəyi asıb yatmışdır. 01 iyun 2023-cü il tarixdə təxminən saat 01:30 radələrində yatmış, birdən Anarın səsini eşitmiş və ayağa qalxmışdır. Həmin vaxt Anar sərxoş halda onunla və Məryəmlə mübahisə etməyə başlamış, mübahisə zamanı Anar boğazından yapışıb, divara çırpmış və onu öldürəcəyi ilə hədələməyə başlamış, həmin vaxt Anarın qayını X8 hadisə yerinə gəlmış, bundan sonra həmin şəxslər onu yerə yıxıb, bədəninin müxtəlif nahiyyələrinə, həmçinin sifətinə yumruq, təpik zərbələri vurmağa başlamışlar, Məryəm araya girib onları aralaşdırmağa çalışmış, lakin Anar Məryəmi təhqir edərək itələyib onu boğub döyməyə davam etmiş, o, güclədə olsa Natiq və Anarın əlindən çıxmış, hadisə davam edərkən anası Məryəm hadisə barədə Azərbaycan Respublikası DİN-nin 102xidmətinə zəng etmiş, bunu görən Anar və Natiq evdən çıxmışlar. Natiq evdən çıxarkən Məryəmin telefonunu əli ilə vurub yerə salmış ki, Məryəm polisə məlumat verə bilməsin. Natiq və Anar evdən çıxan kimi dərhal o, evin qapısını arxadan bağlamışdır. Bunu görən Anar qapının üst tərəfindəki şüşələri yumruqla vurub sındırmağa başlamış, Məryəm qapının sınacağından qorxub qapını açmış və Anarla Natiq yenidən evə daxil olmuşlar, hadisə zamanı Anar su qabını götürmüş, evin bir ədəd pəncərə çərçəvəsinin şüşəsini sındırmış, daha sonra isə dayanmayıb ev telefonunu və altdığını, mətbəxdəki əşyaları sındırmağa başlamış, həmin vaxtda anası Məryəmin telefonuna zəng gəlmiş, X11 polislə danışdığını bilib dərhal evdən çıxmışlar, bu vaxt oda Anar və Natiqin arxasınca küçəyə çıxmış, küçədə olarkən Natiq onun sol sifət nahiyyəsinə bir dəfə yumruq vurub yerə yıxıb Anarla birlikdə gəldikləri avtomobilə minib hadisə yerindən uzaqlaşmışla. O, ayağa qalxıb evə daxil olmuş, bir neçə dəqiqə keçdikdən sonra Anar yenidən evə daxil olmuş telefonunu evdə unutduğunu deyib mübahisə etməyə başlamış, həmin vaxt polis əməkdaşları hadisə yerinə gəlmiş, Məryəm hadisə barədə Şamaxı rayon polis şöbəsinə müraciət etmişdir. Həmin hadisə zamanı o, və Məryəm Eyvazova, Şəxs ilə Natiq Əmirova qarşı heç bir qanunsuz hərəkət etməmişlər. Həmin hadisə 01 iyun 2023-cü il tarixdə təxminən saat 01 radələrində ünvan 2 ünvanda yerləşən ata evində başlamış, daha sonra küçədə davam etmişdir. Həmin hadisə zamanı hadisə yerində ondan başqa, anası Məryəm Eyvazova, qardaşı Şəxs, Natiq Əmirov olmuş, başqa heç kim olmamışdır. Həmin hadisə ümumilikdə 10-15 dəqiqə ərzində davam etmişdir. O, özünü yerə yıxmamış, aldığı zərbədən yıxılmışdır. Evdə olarkən onu həm Anar, həm Natiq vurmuş, çöldə isə ancaq Natiq vurmuşdur. Hazırda onunla barışmamış, onun barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahat verib bildirdi ki, Şəxs Hafiz oğlu onun oğludur, həmin şəxslə əvvəllər münasibətləri yaxşı olmuş, aralarında ədavət, dava-dalaş olmamışdır. Təxminən bir ilə yaxındır ki, Anar hal-hazırda həmin yaşadığı evin satılması ilə bağlı mütəmmadi olaraq onunla mübahisə etməkdədir. Sonuncu dəfə 31 may 2023-cü il tarixdə saat 23 radələrində Anar ev telefonuna zəng edərək onunla evin satılması ilə bağlı mübahisə etməyə başlamış, mübahisə zamanı Anarın danışığından onun sərxoş halda olduğunu hiss etmiş, cavab qaytarmamış, lakin Anar sakitləşməmiş, əksinə onu təhqir etməyə başlamış, həmin vaxt digər oğlu Zərərçəkmiş şəxs evə daxil olmuş, onun Anarla danışdığını və Anarın onu təhqir etməsini bilmiş telefonu əlindən almış, onu təhqir etdiyi üçün Anarı danlamış və telefonun dəstəyini asmışdır. O, Anarın gələcəyini bildiyi üçün küçə qapısını bağlamamış və onun gəlməsini gözləmişdir, 01 iyun 2023-cü il tarixdə saat 01:30 radələrində evdə olan zaman Anar evə daxil olmuş və onunla mübahisə etmiş, söyməyə başlamış, həmin vaxt yuxudan ayılan digər oğlu Vüqar Anara acıqlanıb sakit olmasını istəmiş, lakin Anar sərxoş halda Vüqarın üzərinə getmiş, boğazından yapışaraq divara sıxmış, Vüqarla Anar birbirlərinə xəsarət yetirərlər deyə düşünüb dərhal mətbəxə daxil olub bıçaqları gizlətmiş və daha sonra qonaq otağına qayıtmış, həmin vaxt Anar qayını X4 da, Anarla birlikdə Vüqarı yerə yıxıb döydüklərini görmüş, X12 əlindən almağa çalışmış, lakin Anar buna imkan verməmiş, buna görə də, o, hadisə barədə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng etmiş məlumat vermiş, bunu görən Anar və Natiq evdən çıxmışlar. Evdən çıxarkən Natiq polisə məlumat verməsin deyə telefonu əlindən alıb yerə çırpmış, nəticədə ona məxsus olan “Samsung A 10” markalı telefonunun ekran şüşəsi sınmış, Anarla Natiq küçəyə çıxdıqdan sonra Vüqar qapını bağlamışdır. Bir neçə dəqiqə keçdikdən sonra Anar yenidən qayıtmış, qapını döyməyə başlamış, lakin onlar qapını açmamışlar. Buna görə də, Anar qapının üst hissəsindəki pəncərəni sındırmış, o, qonşular eşitməsin deyə qapını açmış, Anar içəri daxil olmuş, ilk öncə evin bir ədəd şüşəsini, ev telefonunun altdığını, mətbəxdəki qabqacaqları sındırmış, yenidən Vüqarın üzərinə gedərək onu döyməyə başlamış, həmin vaxt polis əməkdaşları ona zəng etmiş, bunu görə Anar yenidən evdən çıxmış, həmin vaxt onunla Vüqar Anarın arxasınca getmişlər. Anara çatdıqdan sonra Natiq Vüqarın sol sifət nahiyyəsinə yumruq vurmuş, onu yerə yıxmış və Anarla birlikdə avtomobilə minib hadisə yerindən uzaqlaşmışlar. Polis əməkdaşları yaşadığı ünvana gəldikdən sonra Anar telefonunu götürmək üçün geri qayıtmış, bundan sonra polis əməkdaşları Anarı Şamaxı rayon polis şöbəsinə dəvət etmişlər. Həmin hadisə zamanı o və Zərərçəkmiş şəxs, Şəxs ilə Natiq Əmirova qarşı heç bir qanunsuz hərəkət etməmişlər. Həmin hadisə 01 iyun 2023cü il tarixdə təxminən saat 01 radələrində ünvan 2 ünvanda yerləşən evində baş vermişdir. Həmin hadisə zamanı hadisə yerində ondan başqa, Zərərçəkmiş şəxs, Şəxs, Natiq Əmirov olmuş, başqa heç kim olmamışdır. Hadisə vaxtı onu heç kim itələyib yıxmamışdır. İş materiallarında olan 31 iyul 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şamaxı şəhər Əzizbəyov küçəsi ev 23-də yaşayan X3 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs Hafıs oğlunun və Şəxs barələrində Azərbaycan Respublikası İXM-nin 157-ci və 232- 1 -ci maddələri ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti Şamaxı RPŞ-nin X1 göndərilmişdir. Həmin qərardan görünür ki, MTE-nin xx.xx.2023-cü il tarixli 160 saylı ekspert rəyində Zərərçəkmiş şəxs Hafıs oğlunun almış olduğu xəsarət - sol qulaq seyvanının, sol mil-bilək nahiyyəsinin sağ baldırın orta 1/3-nin, boynun sol-yan səthinin qançırları küt əşya təsirindən törənməklə, qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə kənar şəxs və şəxslər tərəfindən yetirilməyə mümkündür. Zərərçəkmiş şəxs Hafıs oğlunun almış olduğu xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilmir. Həmçinin araşdırma zamanı Şəxs Hafıs oğlunun Məryəm Eyvazova məxsus “Samsung A 10” markalı telefonun ekran şüşəsini, yaşadığı evin şüşələrini, telefon aparatını və digər əşyaları sındırması və nəticədə ona ümumilikdə 165 (yüz altımış beş) manat məbləğində maddi ziyan dəymişdir. İş materiallarında olan Şamaxı rayon Polis Şöbəsinin İN-nin müstəntiqi, polis mayoru Bəhlul Məlikli tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Şamaxı şəhər Əzizbəyov küçəsi ev 23-də yaşayan X6 Azərbaycan Respublikası DİN-in 102 xidmətinə və Şamaxı rayon polis şöbəsinə ərizə ilə müraciət edərək, 01 iyun 2023-cü il tarixdə oğlu Şəxs qaynı Natiq Əmirovla birlikdə evinə basqın edərək onu təhqir etmələrini yaşadığı evin şüşələrini, telefon aparatını və digər əşyaları sındırdıqları, həmçinin oğlu Zərərçəkmiş şəxs döymələri barədə məlumat vermişdir. Araşdırma zamanı 01 iyun 2023cü il tarixdə saat 01:30 radələrində Şəxs qaynı Natiq Əmirovla birlikdə Zərərçəkmiş şəxsla söz mübahisəsi etdikdən sonra sonuncunu döymələri və nəticədə Zərərçəkmiş şəxs sağlamlığa zərər vurmayan, dərəcəsi təyin edilməyən xəsarətlər yetirmələri fakt alınmış izahat ilə MTE-nin 01 iyun 2023-cü il tarixli 160 saylı rəyi ilə öz təsdiqini tapmışdır. Həmçinin araşdırma zamanı Şəxs Hafıs oğlunun Məryəm Eyvazova məxsus “Samsung A 10” markalı telefonun ekran şüşəsini, yaşadığı evin şüşələrini, telefon aparatını və digər əşyaları sındırması və nəticədə ona ümumilikdə 165 (yüz altımış beş) manat məbləğində maddi ziyan yetirməsi faktı alınmış izahatlar ilə keçirilmiş baxış zamanı çəkilmiş fotoşəkillər ilə öz təsdiqini tapmışdır. İş materiallarında olan 044550 nömrəli vəsiqənin surətindən görünür ki, Şəxs Hafıs oğlu müddətsiz 2-ci qrup əlildir. Məhkəmə hesab edir ki, İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, zərər çəkmiş şəxsin izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alıb, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməli, onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Natiq İsmayılov
Məhkəmə qərarları › İş №3(074)-443/2023
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-443/2023
20.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver