Məhkəmə qərarları › İş №3(074)-446/2023

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-446/2023

24.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-446/2023 24.10.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X3 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Şamaxı Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1963-cü ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, xidmətçi vəzifəsində işləyən, Şamaxı rayonu, Sabir qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Şamaxı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında MN № ******* nömrəli protokol tərtib olunmuşdur ki, o, 04 oktyabr 2023-cü il tarixdə Azərbaycan Avtomobil Yolları Dövlət Ağentliyinin 19 saylı xüsusi təyinatlı Yol İstismar MMC-də Nazim Eynallıya aid olan bir neçə əşyanı dağıtmış və nalayiq ifadələr işlətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs etirafedici izahat verib bildirdi ki, Nazim adlı şəxs ilə aralarındakı mübahisənin səbəbi onun qızı Zümrüdlə bağlıdır. Belə ki, Zümrüdün ailəsini Nazim adlı şəxs dağıtmışdır. Ətrafda belə bir söhbətlər yaranmışdır ki, Zümrüdün kiçik övladının atası Nazimdir. Həmin mübahisə iki ildir ki, davam etmişdir. 2022-ci ilin may ayında bu məsələ ilə bağlı bir neçə orqanlara müraciət etmişdir. 2023-cü ilin iyun ayında oğlu Daşqın bu məsələyə görə səhətində narahatçılıq yarandı buna görədə qızı Zümrüdə şikayətinin götürməsini demişdir. Qızı Zümrüdə bununla razılaşmışdır. 04 oktyabr 2023-cü il tarixdə Şamaxı rayonu Pirsaat adlanan ərazidə yerləşən Asvaltzavoda iş yerinə getdim orda olarkən Kadrlar Şöbəsinin müdürü Zaur ona müdriyyət tərəfindən töhmət verildiyini dedi. Oda səbəbini soruşmuş müdürün bildiyini demişdir. Oda müdürün iş otağına çıxmışdır. Qapını döyüb içəri daxil olmuşdur. Töhmətin səbəbini soruşmuş, üstünə qışqırıb çölə çıxmağını demişdir. Anarın işə baxacağını demişdir. Yenə günahının səbəbini soruşmuş və cavab vermədiyindən, həmçinin qızının əxlaqsız olduğunu bildirmişdir. Daha sonra onu otaqdan qovmuşdur. Bu zaman o, əsəbləşmiş və ustolun üstündəki əşyaları dağıtmışdır. Başqa heç bir əşyanı sındırmamışdır. Otaqda olan Şəhriyar onun qolundan tutub məcbur çıxartmışdır. Bacısı Cəmilə isə mübahisə olmasın deyə köməklik edib otaqdan çıxartmışdır. Çıxanda yüksək səs ilə nalayiq ifadələr işlətmişdir. Səbəbi isə onun qızının barədəsində deməsi olmuşdur. Ona görədə Nazimə əsəbləşmiş və ona nalayiq ifadələr işlətmişdir. Hazırda etdiyi əməldən peşman olmasını bildirərək, bir daha belə hallara yol verməyəcəyini söz vermişdir. Göstərilənləri nəzərə alaraq, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Şamaxı Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X2 izahat verib bildirdi ki, Şəxs 04 oktyabr 2023-cü il tarixdə Azərbaycan Avtomobil Yolları Dövlət Ağentliyinin 19 saylı xüsusi təyinatlı Yol İstismar MMC-də Nazim Eynallıya aid olan bir neçə əşyanı dağıtmış və nalayiq ifadələr işlətmişdir. Bununla bağlı onun tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında MN № ******* nömrəli protokol tərtib olunmuşdur. İş materiallarında olan Cinayət işinin başlanılmasının rədd edilməsi barədə 17 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Şəxs əməlində ictimai qaydanı pozan xırda xuliqanlıq, yəni Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri olduğundan, Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş, qeyd edilən şəxsin barəsində inzibati qaydada tədbir görülməsi üçün, qəbul edilmiş qərarın surətinin Şamaxı Rayon Polis X1 Bölməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tələbinə görə, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlindən peşman olmasını inzibati məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs inzibati cərimə növündə tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 50 (əlli) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar