Məhkəmə qərarları › İş №3(074)-447/2023

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-447/2023

22.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-447/2023 22.12.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X19 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon Polis Şöbəsinin İTBnin sahə rəisi X11, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxsin hüquqi varisi X6 iştirakları ilə, xx xxxxxx 1967-ci il tarixdə Şamaxı rayonu, Quşçu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Şamaxı rayonu, Quşçu kəndindəqeydiyyatda olan və Şamaxı rayonu, Mədrəsə qəsəbəsində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Şamaxı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Şamaxı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bununla bağlı Şamaxı Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X11 tərəfindən Şəxs barəsində 03 oktyabr 2023-cü il tarixdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün məhkəməyə göndərilmişdir. Şamaxı Rayon Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli, 3(074)-447/2023 saylı qərarı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Həmin qərardan narazı qalan zərərçəkmiş şəxsin hüquqi varisi X15 apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli, 3(105)-531/2023 saylı qərarı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Şamaxı Rayon Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli, 3(074)-447/2023 nömrəli qərarı ləğv edilmiş və işə yenidən baxılması üçün material Şamaxı Rayon Məhkəməsinə yeni məhkəmə baxışına göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X11 izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə gecə saat 03:30 radələrində Şamaxı rayonu Mədrəsə qəsəbəsində yerləşən oğlunun evində X7 dərəcəsi təyin edilməyən xəsarətlər yetirərək döymüşdur. Bununla da Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə gecə saat 03:30 radələrində yaşadığı evdə olduğu zaman istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə oğlu Turalın istifadəsində olan ***-***-**-** nöbil nömrə ilə zəng edərək ona “ ata burda namus məsələsi vardır, evdən tiryək və 2 patron götür gəl, evdəkilər bilməsin” sözünü demişdir. O, oğlu Turalın evinə getmiş, amma tiryəki və patronları aparmamışdır. O, evə girən zaman girirşindən üzbəüz yerləşən yataq otağının qapısının ağzında oğlu Turalın üzü otağa tərəf dayandığını görmüş, həmin otağa daxil olmuş, otaqda çarpayının arasında küçik aralıqda qardaşının oğlu RZərərçəkmiş şəxs uzanacaqlı vəziyyətdə gizləndiyini görmüşdür. Onu həmin yerdən çıxarıb ayağa qaldırdıqdan sonra sifətinə iki sillə vurmuşdur. Qardaşı oğlu RZərərçəkmiş şəxs öldürmək məqsədi olmamış, RZərərçəkmiş şəxs digər zorakı hərəkət etməmişdir. Nəvələrini götürüb gedəndə sonra qalan hadisədən xəbəri olmamışdır. Qardaşı oğlu RZərərçəkmiş şəxs ölməyin istəməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X15 göstərdi ki, mərhum X13 onun kiçik qardaşıdır, X12 isə onun əmisi Şəxs oğludur. Tural Hacıyevin qardaşı RZərərçəkmiş şəxslə münasibətləri həmişə yaxşı olmuş aralarında heç bir ədavət və ya düşmənçilik olmamışdır. Ramin tez-tez Turalın yaşadığı Şamaxı rayonu Mədrəsə qəsəbəsində yerləşən evinə qonaq getmiş, Turalın arvadı Aytac Hacıyevaya bacısı kimi münasibət göstərmişdir. Sonuncu dəfə hadisədən təxminən bir həftə öncə Tural həyətində keçi kəsmiş və Ramini evinə qonaq çağırmışdır. 21 aprel 2023-cü il tarixdə gecə saat 22:15 radələrində evdə olarkən Raminə zəng vuraraq harada olduğunu soruşmuş, sonuncu da telefon danışığı zamanı yaşadıqları evlə üzbəüz yerləşən “ASAN” xidmət mərkəzinin qarşısındakı parkda olduğunu demiş, danışıqlarından təxminən 10 dəqiqə sonra Ramin evə gəlmiş, mobil telefonunda internet olmadığı üçün telefonunda “Wi-Fi” açmağı xahiş etmiş, təxminən bir saat ərzində Ramin mobil telefonda internetindən istifadə etmiş və daha sonra onunla sağollaşaraq yataq otağına keçmiş, təxminən 10 dəqiqə sonra o, öz otağa qalxaraq yuxuya getmişdir. Növbəti gün saat 05 radələrində əmisi oğlu Nurlan Hacıyev mobil telefonuna zəng edərək Raminə mal-qara üçün verdiyi zənciri geri almaq istədiyini demiş, o, Raminin otağına keçmiş, lakin onun otaqda olmadığını görüb Nurlana Raminin harada olduğunu bilmədiyini demiş və yenidən yuxuya getmişdir. Saat 07 radələrində Nurlan yenidən mobil telefonuna zəng edərək Raminin öldüyünü deyib zəngi sonlandırmış, Nurlanın zarafat etdiyini düşünüb ona geri zəng edərək nə baş verdiyini soruşmuş, sonuncu da cavabında Turalın Ramini öldürdüyünü demişdir. Nurlana inanmayıb Turalın qayınanası, həmdə əmisi qızı Samirə Rəhimovaya zəng edib nə baş verdiyini soruşmuş, sonuncu da danışıq zamanı Raminlə Aytacın “evini dağıtdığını” deyib zəngi sonlandırmışdır. Daha sonra o, gecə saatlarında X9 Turaldan xəbərsiz evlərinə dəvət etdiyini, Tural isə yuxudan oyandıqda Raminin yataq otağında çərpayının altında gizləndiyini görüb onu boyun nahiyəsindən iplə asaraq öldürdüyünü bilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 göstərdi ki, 2017-ci ildə anasının əmisi oğlu X12 ilə ailə həyatı qurmuş, birgə nikahdan iki övladı vardır. Ailə üzvləri ilə birlikdə Şamaxı rayonu Mədrəsə kəndində yaşayır. Turalın valideynləri Şəxs və Dilarə Hacıyeva onlardan ayrı Mədrəsə qəsəbəsində öz evlərində yaşayırlar, sonuncuların evi onların evindən piyada getdikdə 5 dəqiqəlik məsafədə yerləşir. Turalla münasibəti həmişə yaxşı olmuş, aralarında narazılıqlar olmamış, ailəli olduğu illər ərzində Tural onu döyməmiş, incitməmiş, həmişə qayğısına qalmışdır. xx.xx.2023-cü il tarixdə səhər saat 09 radələrində yuxudan oyandıqdan sonra Raminlə mesajlaşarkən sonuncuya baldızı Nurtacın “xeyir işi” ilə bağlı paltar almağa gedəcəyini bildirmiş, Ramin mesajlaşma zamanı ona qısa və dar paltar almamağını demiş, o, Raminə ərinin olduğunu xatırladıb geyinəcəyi paltarlara qarışa bilməyəcəyini deyərək mobil telefonunu söndürmüşdür. Bundan sonra ailəlikcə Şamaxı şəhərinə gəlmiş, özünə yeni paltar almış, daha sonra o, Tural, qayınatası Şəxs və qayınanası Dilarə Hacıyeva babası Durağa Hacıyevin vəfatının növbəti il dönümü mərasimində iştirak etmək üçün Şamaxı rayonu Quşçu kəndinə getmiş və həmin gün saat 13 radələrində Mədrəsə qəsəbəsinə qayıtmışlar. Saat 14 radələrində övladlarını evdə yatızdırdıqdan sonra yeni aldığı paltarla şəkil çəkərək həmin şəkili ilə “Whatsapp” proqramında status paylaşmış, həmin statusu paylaşmaqda məqsədi Ramini bir qədər qıcıqlandırmaq olmuşdur. Daha sonra Turalla və övladları ilə birlikdə baldızı Nurtac Hacıyevanın gələcək nişan mərasiminin vaxtının dəqiqləşdirilməsi ilə əlaqədar təşkil olunan tədbirdə iştirak etmək üçün qayınatası Şəxs evinə getmişlər. Axşam saat təxminən 23:00-da tədbir qurtardıqdan sonra öz evlərinə qayıtmış və Tural yorğun olduğu və səhər tez oyanacağı üçün yatmağa getmişdir. Səhər tezdən oyanacağından onu narahat etməmək üçün Tural yataq otağının yanında yerləşən digər otaqda yatmış, qızı Leyla Turalla eyni otaqdakı beşikdə, Adəm isə onunla birlikdə yataq otaqda yatmışdır. Tural və övladları yatdıqdan sonra saat 12 radələrində o, Raminə “Whatsapp” mobil tətbiqdə mesaj yazaraq nə üçün onunla dalaşdığını soruşmuş, həmin vaxt o, Raminlə barışmaq istəmişdir. Daha sonra o, “Whatsapp” mobil tətbiqdə Raminə zəng etmiş, telefon danışığı zamanı Ramin onunla görüşmək istədiyini deyib ona ya “hə” ya da “yox” deməyini bildirmiş, o, Raminə Turalın evdə olmasını onun qonşu otaqda yatmasını demiş, lakin Ramin “Tural mənlikdir” deyə cavab vermişdir. Bundan sonra o Raminə evə gəlməsini demiş, lakin özlüyündə sonuncunun evə gecə saatlarında Turalın xəbəri olmadan gələcəyinə inanmamış, Ramin isə qorxmamağını, məsuliyyətin onun üzərində olduğunu bildirmişdir. Belə ki, Ramin həmin gün onu görməyəcəyi təqdirdə gedib atasının qatillərini öldürəcəyini, onu görəcəyi təqdirdə isə özünə iş tapıb işləyəcəyini və atasının qatillərini öldürməyi bir qədər təxirə salacağını demiş, o, bədbəxt hadisənin qarşısını almaq üçün Raminlə görüşməyə razılıq vermişdir. Raminə tutulacaqları halda Turalın onu öldürəcəyini demiş, lakin Ramin onunla görüşmək istədiyini, heç nədən qorxmadığını bildirmişdir. 22 aprel 2023-cü il tarixdə saat 01 radələrində Ramin ona mesaj yazaraq həyətə giriş darvazasının yanında olduğunu demiş, ona qapının açıq olduğunu bildirib evə dəvət etmiş, Raminin gələcəyini bilib qapını açıq qoymuşdur. Ramini qarşılamaq üçün həyətə çıxmış, Raminlə həyətdə yaşayış evinə bitişik yerləşən mətbəx kimi istifadə olunan otağın qapısında görüşmüş, Ramin ona yaxınlaşıb qucaqlamış və onlar qohum kimi öpüşübgörüşmüşlər. Bundan sonra evə keçərək Turalın yatıb-yatmadığını yoxlamış, Turalın yatdığını yəqin etdikdən sonra Ramini evə dəvət etmiş, Ramin onun arxasınca evə daxil olmuş və onun yatdığı otağa keçmişdir. Yatdığı otaqda girişdən sağ tərəfdən onun yatdığı taxt, sol tərəfində isə həmin taxtla üzbəüz pəncərənin qarşısında iki ədəd üst-üstə olan çərpayılar olmuş, çarpayıların üzərinə bir neçə döşək və yorğan yığılmışdır. Ramini iki çərpayının arasında gizlətmək üçün balışları oradan götürmüş və iki çərpayı arasında bir nəfərin gizlənə biləcəyi boşluq yaranmışdır. Bundan sonra Raminə həmin yerdə gizlənməsini demiş və o, həmin araya girərək birinci çarpayının üstündə uzanmış, o Ramini gizlətmək üçün balışları çərpayının üzərinə düzmüş, balışları çərpayıya düzdükdən sonra Ramini ümumiyyətlə görmək mümkün olmamış, sonuncunu məhz həmin yerdə gizlədəcəyini əvvələcədən planlaşdırmışdır. Bundan sonra Raminin evə girişdə qoyduğu ayaqqabıları evin arxasında yerləşən taxta sandığa gizlətmiş, Raminin üst paltarını - qara rəngli kurtkanı və qara rəngli kepkanı isə yatdığı otaqdakı dolabın aşağı hissəsinə gizlətmişdir. Ramindən ümumiyyətlə səs gəlmədiyindən onun gizləndiyi yerdə yatdığını anlamış və özü də öz çarpayısında uzanıb bir az telefon ilə oynadıqdan sonra saat 02 radələrində yuxuya getmiş, Turalın səhər tezdən evdən getdikdən sonra Raminin gizləndiyi yerdə çıxıb onunla görüşəcəyini fikirləşmişdir. Saat 04 radələrində Turalın mobil telefonunun zənginin səsinə yuxudan oyanmış, Turalın mobil telefonunu yatdığı otaqda elektrik şəbəkəyə qoşulmuş, telefonu dərhal şəbəkədən ayırıb Turala vermək üçün telefonu götürüb otaqdan çıxmaq istəmiş, həmin vaxt Tural da telefonun səsinə oyanmış və onun yatdığı otağa daxil olmuşdur. Tural telefona cavab verib Eldəniz adlı qonşu ilə danışarkən Raminin gizləndiyi yerdə balışların tərpəndiyini görmüş, Eldənizlə zəngi sonlandırmış və otaqda işıq yandıraraq çarpayıya tərəf gedib yorğanları aralamışdır. Tural Ramini görüb ondan “bu nədir Aytac” deyə soruşmuş, qorxduğundan, həmçinin heç bir söz tapa bilmədiyi üçün Turala cavab verməmiş, Tural bir daha ondan Raminin evinə gəlməsinin səbəbini soruşmuş, o da cavabında yalandan Raminin ona söz deməyə gəldiyini demişdir. Tural Raminin onunla görüşmək üçün gəldiyini anlayıb hər ikisini öldürəcəyini demiş, o, Turala Ramini buraxmağını, özü gedib özünü öldürəcəyini demiş, lakin Tural onunla razı olmayaraq atası Mahirə zəng edərək tüfəng və iki ədəd patron gətirməsini, ortada namus məsələsinin olduğunu bildirmişdir. Turaldan onu və Ramini uşaqlara görə bağışlamağını xahiş etmiş, lakin Tural onları təhqir edərək heç bir yerə getməməkləri üçün otaqdan kənara çıxmadan atasının gəlməyini gözləmişdir. Bu müddət ərzində Ramin gizləndiyi yerdən çıxmamış, Turala “məni burax gedim, bir gün vaxt ver mən özümü öldürəcəm” sözləri demiş, Tural isə onu buraxmayacağını, bu evdən sağ çıxmayacağını demişdir. Turalın zəngindən təxminən 5-10 dəqiqə sonra qayınatası Şəxs evə gəlib yataq otağına daxil olmuş, Tural atasına Ramini onun otağında həmin yerdə gizlənmiş vəziyyətdə tutduğunu demiş, Mahir Raminin yaxasından tutaraq onu çarpayıların arasından çıxarıb döşəməyə atmış və Turalla birlikdə bədənin müxtəlif nahiyələrinə zərbələr endirməyə başlamışlar. Bundan sonra Mahir Raminin qaçmasının qarşısını almaq üçün Turala onun əllərini və ayaqlarını iplə bağlamağı təklif etmiş, Tural razılaşmış və evin həyətdən qırmızı rəngli sintetik ipi gətirərək atası ilə birlikdə Raminin ayaqları və əllərini bağlamışlar. Tural atası ilə birlikdə Raminin əllərini iki yerdən - həm bilək nahiyədən, həm də dirsək nahiyəsindən, ayaqlarını isə topuq nahiyəsindən iplə kip şəkildə ikiqat bağlamış və Ramini bu vəziyyətdə yataq otağında döşəməsində atmış, Ramini iplə bağladıqdan sonra sonuncu sərbəst hərəkət etmək imkanından məhrum edilmişdir. Tural Ramini öldürəcəyini desə də, qayınatası Şəxs onu bu fikirdən çəkindirməyə çalışaraq ona əllərini qana bulamamağı məsləhət görmüş, lakin Tural sakitləşməyərək ya özünü, ya da ki Ramini öldürəcəyini demiş, həmin vaxt səs-küyə oğlu Adəm oyandığından sonuncu qorxmasın deyə Mahir onu götürüb öz evinə aparmışdır. Təxminən 10 dəqiqə sonra qayınatası Mahir qayınanası Dilarə ilə birlikdə evə gəlmiş, Dilarə Ramini və onu təhqir edərək onları etdikləri hərəkətə görə utandırmış, bu müddət ərzində o, Turaldan uşaqlara görə onu bağışlamağı yalvarmış, Tural həmin vaxt əlində olan mətbəx bıçağı ilə ona tərəf gəlmiş və həmin an bıçaq ayağının topuqdan bir qədər aşağı hissədə yüngül şəkildə kəsmişdir, Tural ona susmağı əks hala onu da öldürəcəyini demiş, Tural onu öldürməyə cəhd etməmiş, sadəcə olaraq onu sözlə öldürəcəyi ilə hədələmiş, bıçaq isə təsadüfən ayağının topuq hissəsinə dəymiş, həmin vaxt Tural onu həm də saçından tutaraq sürüməyə başlamış və yumruq ilə başına və qoluna vurmuşdur. Bundan sonra Tural anası Samirə Rəhimovaya zəng edib onu da evə dəvət etmiş, təxminən 30 dəqiqə sonra anası qardaşı Elgün ilə birlikdə evə gəlmiş, anası otağa daxil olan kimi nə baş verdiyi anlayıb ona sifət nahiyəsindən bir neçə dəfə şillə ilə vurmuşdur. Ramin yerdə uzanmış vəziyyətdə Turaldan onu açmağı xahiş edib özü özünü öldürəcəyi demişdir. Qayınatası Şəxs Turalın Ramini öldürməsinin qarşısını almağa çalışaraq, əlini qana bulamağa, Ramini bir otağa atıb “qoyun” kimi saxlamasını, ona bu yolla işgəncə verməsini məsləhət görmüşdür. Saat təxminən 5:30 radələrində qayınatası Şəxs malqaranı açmaq üçün öz evinə getmiş, çıxmazdan əvvəl Turala Ramini öldürməməyi bir daha demişdir. Mahir evdən getdikdən sonra Tural “mən ya Ramini öldürəcəm, yada ki özümü öldürəcəm” sözlərini demiş, anası Turaldan yalvararaq Ramini açmağı sonuncunun özü-özünü öldürəcəyi desə də, Tural razılaşmamışdır. Bundan sonra Tural övladlarının olmasına görə qardaşı Pərvini evinə dəvət edəcəyini, sonuncunun Ramini öldürəcəyini demiş, lakin qayınanası Dilarə buna imkan verməmiş və Tural ümumiyyətlə Pərvinə zəng etməmişdir. Şəxs evdən getdikdən təxminən 10 dəqiqə sonra Ramin ayaqüstə duraraq Turaldan onu buraxmağa, özü gedib özünü öldürəcəyini demiş, Tural bıçaqla Raminin əllərinin bağlandığı ipi kəsmiş, ondan ilgək düzəldərək Raminin boğazına keçirtmiş, ipin ucunu əlində saxlayıb Ramini həyətə aparmağa başlamış, həmin vaxt Raminin ayaqları bağlı vəziyyətdə olmuş və sonuncu çətinliklə Turalın arxasınca getmişdir. Tural Ramini otaqdan apardıqdan sonra o, anası Samirə, qardaşı Elgün və qaynananası Dilarə otaqda qalmış, anası Turala mane olub Ramini öldürməsinin qarşısını almaq istəsə də, Tural anasını hədələyərək ona yaxın durmamağını Ramini asıb öldürəcəyini deyib həyətə çıxmış və evə giriş qapısını çöl tərəfdən bağlamışdır. Tural evdən çıxdıqdan təxminən 5 dəqiqə sonra həyətdəki mətbəxdən «taqqıltı» səsi gəlmiş, o, Turalın Ramini asaraq öldürməsini anlamış, bir neçə saniyə sonra isə Tural otağa daxil olub Ramini asaraq öldürdüyünü demişdir. Anası Turaldan ipi kəsməyi, əlini qana bulalamağı xahiş etsə də, Tural anasına həyətə çıxmağa imkan verməyərək “qoy ölsün” sözlərini demişdir. Bundan sonra Tural ona tərəf gələrək onu biyabır etdiyini bildirib yerdə olan ipi götürüb onu da boğub öldürəcəyini demiş, lakin anası ondan xahiş edərək onu öldürməyini demiş və Tural ipi yerə atıb onu öldürməyə cəhd də etməmişdir. Daha sonra Tural Azərbaycan Respublikası DİN-nin “102” xidmətinə zəng edərək əmisi oğlu RZərərçəkmiş şəxs iplə asaraq öldürməsi barədə məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 göstərdi ki, qızı Aytac Hacıyeva 2018-ci ildə əmisi oğlu X12 ilə ailə həyatı qurmuş və bundan sonra hadisənin baş verdiyi günədək Şamaxı rayonu Mədrəsə qəsəbəsində özlərinə məxsus fərdi yaşayış evində yaşamış, digər övladları Vüsal və Elgün isə onlarla birlikdə yaşayırlar. xx.xx.2023-cü il tarixdə saat 04 radələrində əmisi Şəxs mobil nömrəsindən istifadəsində olan ***-***-**-** nömrəsinə zəng gəldiyini görüb cavab vermiş, danışan şəxsin kürəkəni Tural olduğunu bilmiş, Tural telefonda ona «bu oğraşı evdə tutmuşam, onu bağlamışıq, tez gəl» sözlərini demiş, o kimi tutduğunu soruşduqda Tural ona əmisi oğlu RZərərçəkmiş şəxs qızı ilə tutduğunu demişdir. X17 hər-hansı münasibəti ola biləcəyinə inanmayıb hər şeyi gözü ilə görmək üçün Aytacın yaşadığı evinə getmək qərarına gəlmiş və kiçik oğlu Elgünü oyadıb əri Vüqara heç bir söz demədən evdən xəlvəti çıxaraq taksi ilə Mədrəsə qəsəbəsinə Aytacın yaşadığı evə getmişlər. Təxminən 20-25 dəqiqə sonra, yəni saat 04:30 radələrində Aytacın yaşadığı evə gəlmiş, həyətə giriş darvazasının bağlı olduğunu görüb qapını döymüş, Tural qapını açmış, onlar həyətə daxil olmuş və Turalla birlikdə evin yataq otağına getmişlər. Yataq otağında əmisi Şəxs ona «gəl gözünnən gör özün bax» sözlərini demiş, həmin vaxt Mahir yataq otağında ayaq üstə dayanmış, əmisi oğlu RZərərçəkmiş şəxs ayaqları və əlləri qırmızı rəngli iplə bağlı vəziyyətdə yerdə böyrü üstə uzanıqlı vəziyyətdə olmuşdur, Dilarə dəhlizdəki otaqda divanın üstündə oturmuş, qızı Aytac qızı Leyla ilə birlikdə onun yanında oturmuş, Aytacın böyük oğlu Adəmi isə bir müddət əvvəl Mahir özünün yaşadığı evə aparmışdır. O, yataq otağına daxil olduqdan sonra Ramini haradan tutmalarını soruşduqda Tural ona gecə qızı Aytacla eyni otaqda yatmadığını, bazara getmək üçün ona zəng gəldiyi vaxt oyandıqdan sonra qızının yatdığı otağa daxil olan zaman üst-üstə qoyulmuş iki çarpayının arasından bir ədəd balışın düşməsini görüb həmin istiqamətə baxdıqda bir nəfər şəxsin həmin çərpayıların arasında gizləndiyini görmüş, həmin yerə yaxınlaşıb telefonla işıq saldıqda iki çərpayı arasında gizlənən şəxsin əmisi oğlu RZərərçəkmiş şəxs olduğunu görmüş və Raminin Aytacla münasibəti olduğu anlamışdır. Bundan sonra Turalın deməsinə görə o, atası Şəxs zəng vurub baş vermiş hadisə barədə ona danışmış, daha sonra Mahir evinə gəlmiş və onlar Turalla birlikdə Raminin qaçmasının qarşısını almaq üçün əllərini və ayaqlarını iplə bağlamışlar. O, əmisi oğlu RZərərçəkmiş şəxs görüb sonuncunu danlamış, utandırmış, qızı Aytacın sifət nahiyəsinə iki dəfə şillə vurmuş, həmin vaxt Aytac ona heç bir günahı olmadığını, Raminin son üç gün ərzində onunla görüşməyə israr etdiyi, bu səbəbdən onunla görüşməyə razılıq verdiyini demişdir. Həmin vaxt Tural çox əsəbi şəkildə Ramini öldürəcəyini, Raminin həmin evdən sağ çıxmayacağını, evinin çörəyini yeyən şəxsin onun arvadına sataşdığını demişdir. Bu müddət ərzində Ramin əlləri və ayaqları bağlı vəziyyətdə yerdə uzanmış, ona yalvararaq «bibi başına dönüm, bibi ayaqlarının altında ölüm məni aç gedib özümü öldürəcəm» sözlərini demiş, o, Turaldan əllərini qana bulamamağını, Ramini açmağı xahiş edib sonuncunun özü-özünü öldürəcəyini demiş, həmin vaxt əmisi Şəxs həyətə çıxmış, Tural onun xahişlərimdən sonra razılaşmış və ona Raminin əllərini açmağı demişdir. O, dəhlizdəki masanın üstündə olan bıçağı götürərək Raminin qolundakı ipi kəsmiş, həmin vaxt Mahir otağa daxil olaraq Raminin qollarındakı ipin açıldığını görüb qollarını açdığı üçün ona irad bildirib yenidən özü Raminin qollarını arxadan həmin iplə ikiqat şəkildə bağlamış, Mahir də Turala Ramini öldürməməyi, əllərini qana bulamamağı, Raminin cəzasını başqa cür verəcəklərini demişdir. Tural atasına «Papa artıq səhər açılır, bəs bunu nə edək, hamı biləcək, mən biyabır olacam, səhər açılsa heçnə edə bilməyəcəm» sözləri demiş, Mahir Turala «apar əl-qolu bağlı bunu at hamama, otu da at altına qoy üç gün qalsın orda ağlı başına gəlsin, bilər kimin qapısına gəlib girib» sözlərini demişdir. Saat təxminən 06 radələrində Mahir heyvanları açmaq üçün çıxıb özünün yaşadığı evə getmiş, atası evdən çıxıb getdikdən sonra Tural bıçağı götürərək Raminin üstünə gedib onu öldürmək istəmiş, lakin o, qabağına keçərək ona yalvarmış, Raminə özü-özünü öldürməyə imkan yaratmağını xahiş etmiş, lakin Tural onunla razılaşmayaraq bıçağı öz qarnına dirəyərək onda özünü öldürəcəyini deyib qarşısından çəkilməyini istəmişdir. Həmin vaxt Ramin ayağa qalxıb Turalın üstünə tərəf gəlmiş, ona əllərini açmağını, gedib özünü öldürəcəyini demiş, o, Turala yalvararaq onun əllərini açmasını xahiş etdikdən sonra, Tural «açacam, ancaq onu sağ qoymayacam getsin» sözlərini demişdir. Daha sonra Ramin Turala yaxınlaşaraq «Tural başına dönüm aç qolumu gedib özümü öldürəcəm» sözlərini demiş, Tural bıçaqla Raminin qolunda ipi kəsib çıxardaraq həmin ipi ikiqat edib halqa vəziyyətinə gətirərək Raminin boğazına keçirmiş və əli ilə ipin ucundan tutaraq Ramini dartıb həyətə tərəf aparmış, Raminin ayaqları bağlı olduğu üçün güclə ayaqlarını sürüyərək hərəkət etmiş, mətbəxə tərəf gedərkən Tural Ramini iplə asacağını demişdir. Tural Ramini həmin vəziyyətdə boğazından dartaraq evdən həyətə çıxardıb həyətdə yerləşən mətbəx kimi istifadə olunan yardımçı tikiliyə doğru apardıqda onların arxasınca getmək istəsə də, Tural onu itələyərək qapını çöldən bağlayıb heç birini həyətə buraxmamışdır. Tural Ramini həmin yerə apardıqdan bir neçə dəqiqə sonra taqqıltı səsi eşitmiş və həmin səsin Raminin ayağı altında masanın səsi ola biləcəyini fikirləşmişdir. Həyətə çıxdıqdan təxminən 5-7 dəqiqə sonra Tural evin qapısını açıb içəri daxil olmuş, onlara Ramini iplə asaraq öldürdüyünü demiş, o, Turala «Tural başına dönüb qoy gedim açım» sözlərini desə də, Tural ona həyətə çıxmağa imkan verməyərək «hara gedirsən qoy ölsün» sözlərini demişdir. Turalın Ramini asıb öldürdüyünü anlayıb qorxmuş, Raminin asıldığı mətbəx otağına ümumiyyətlə getməmiş və Ramini asılmış vəziyyətdə görməmişdir. Daha sonra Tural Raminin qolundan açaraq yerə atdığı ipin qalan hissəsini götürərək Aytaca tərəf gəlib «bu niyə yaşasın, onsuzda gedirəm, qoy bunu da öldürüm sonra gedim» sözlərini deyib ipi Aytacın boynuna keçirtmək istədikdə qızının qarşısında durub yalvararaq «mən anayam, mənim gözlərimin qabağında balamı öldürmə» sözlərini demiş, Tural onun sözünə qulaq asıb Aytacı öldürməmiş və onu öldürməyə cəhd etməmişdir. Bundan sonra Tural evdən dəftər və gələm götürüb heyvanların ümumi sayını yazaraq həmin dəftəri anası Dilarə vermiş, daha sonra özünə məxsus mobil telefonla Azərbaycan Respublikası DİN-nin «102» xidmətinə zəng edib əmisi oğlu RZərərçəkmiş şəxs asıb öldürməsi barədə məlumat vermişdir. Təxminən 5-10 dəqiqə sonra Turala zəng gəlmiş, Tural çölə çıxmış və bir daha evə qayıtmamışdır, Turalın polis əməkdaşları tərəfindən saxlanıldığı anlamışdır. Tural evdən çıxdıqdan təxminən 5 dəqiqə sonra evə polis əməkdaşları gəlmiş, polis əməkdaşlarının evə gəlməsindən 10-15 dəqiqə sonra əmisi Şəxs də evə gəlmiş və Ramini mətbəxdə boynundan asılmış vəziyyətdə görmüşdür. Hadisədən bilavasitə sonra sonra şok vəziyyətində olduğundan kiməsə zəng etmək, məlumat vermək iqtidarında olmamış, Turalın Ramini öldürməsinin qarşısını almağa çalışmışdır. Tural Hacıyev əmisi oğlu RZərərçəkmiş şəxs asaraq öldürdüyü vaxt evdə odan başqa oğlu Elgün Rəhimov, qızı Aytac Hacıyeva və Turalın anası Dilarə Hacıyevə olmuş, Tural Ramini asmaq üçün ipdən ilgək düzəldib onu həyətdə yerləşən otağa apararkən evə giriş qapısını bağlamış, onlar Turalın dalınca həyətə çıxa bilməmiş, bu səbəbdən evdə olan şəxslərdən heç biri Turalın Ramini öldürməsini görməmişdir. Turalın evinə gəldikdən sonra RZərərçəkmiş şəxs təxminən bir saat ərzində əlləri və ayaqları iplə bağlı vəziyyətdə yerdə uzandırılmış, lakin o gəlməzdən öncə Raminin hansı müddət ərzində bağlı qaldığını bilmir, RZərərçəkmiş şəxs əlləri və ayaqları iplə kip şəkildə bağlı vəziyyətdə olduğundan onun hərəkət etmək imkanı olmamışdır. Əmisi Şəxs RZərərçəkmiş şəxs öldürülməsində hər hansı şəkildə iştirak etməmiş, Tural Ramini öldürərkən o, ümumiyyətlə evdə olmamış və evdən gedərkən Turala Ramini öldürməməyi, sadəcə olaraq onu əlləri və ayaqları bağlı vəziyyətdə saxlamağını, əllərini qana bulamamağını demiş, Şəxs yalnız Turalla birlikdə Raminin əllərini və ayaqlarını iplə bağlamış, o, Turalın Ramini öldürməsini istəməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 göstərdi ki, 1989-cu ildə Şamaxı rayonu Quşçu kənd sakini Şəxs ilə ailə həyatı qurmuş, birgə nikahdan 8 övladı dünyaya gəlmişdir. X12 onun oğludur. 21 aprel 2023-cü il tarixdə səhər saatlarında əri Şəxs, oğlu Tural Hacıyev və gəlini Aytac Hacıyeva sonuncunun babası Durağa Hacıyevin ildönümü mərasimi ilə bağlı Şamaxı rayonu Quşçu kəndinə gedib mərasimdə iştirak etmiş, daha sonra ailəlikcə Mədrəsə qəsəbəsinə qayıtmış, həmin gün saat 18 radələrində qızı Nurtac Hacıyevanın nişan mərasimin tarixinin dəqiqləşdirilməsi ilə bağlı yaşadıqları evdə yığıncaq olmuş, Tural və Aytac da övladları ilə birlikdə saat 20 radələrində evlərinə qonaq gəlmiş, və həmin gün saat 23 radələrində Tural Aytac və uşaqlarla birlikdə çıxaraq öz evlərinə getmişlər. 22 aprel 2023-cü il tarixdə gecə saat 03:45 radələrində əri Şəxs nəvəsi Adəm Hacızadəni evə gətirdiyini görmüş, Mahirdən nə baş verdiyini soruşsa da, o bir söz demədən evdən çıxmışdır. Narahat olduğu üçün küçəyə çıxaraq Mahirin arxasınca Turalın evinə tərəf getmiş, yolda Mahir ona Turalın əmisi oğlu RZərərçəkmiş şəxs arvadı Aytacla birlikdə yataqda tutduğunu və ona zəng edərək evinə çağırdığını demişdir. Turalın evinə gəlib yataq otağına daxil olduqda Turalın əmisi oğlu Rahim Hacıyevin əlləri və ayaqları iplə bağlı vəziyyətdə yerdə uzandığını görmüş, həmin vaxt Tural və Aytac da həmin otaqda olmuşlar. Gəlini Aytacın oğluna Raminlə xəyanət etdiyini anlayıb onları tənbeh edib utandırmış və onları kənddə biyabır etdiklərini demiş, Aytaca yaxınlaşıb onun sifət nahiyyəsindən bir dəfə şillə vurub bunları izah etməyə tələb etmiş, Aytac isə ona “məni it yerinə gedib bağla, qoyma Tural məni öldürsün” sözlərini deyib onun yanında oturmuşdur. Daha sonra Turaldan Ramini niyə bağlı vəziyyətdə evdə saxladığını, onu açıb buraxmağı demiş, lakin Tural ona Ramini buraxmayacağını ya özünü, ya da Ramini öldürəcəyini demiş, həmin vaxt Tural özündə olmamış, Ramini öldürəcəyini demiş, əri Mahir isə onu sakitləşdirərək əllərini qana bulalamağa xahiş etmişdir. Yerdə uzanmış Ramin Turaldan onu buraxmağı, özü gedib özünü öldürəcəyini demiş, lakin Tural ona bu evdən sağ çıxmayacağını bildirmişdir. Turaldan Aytacın anası Samirə Rəhimovanı evə çağırmağı xahiş etmiş, Tural Samirəyə zəng edərək onu evə çağırmış, təxminən 15-20 dəqiqə sonra X4 Rəhimovla birlikdə evə gəlmiş və ilk növbədə qızı Aytacı utandıraraq ona bir neçə dəfə şillə vurmuş, daha sonra isə yerdə uzanmış Ramini danlamağa başlamışdır. Samirə də Turaldan Ramini öldürməməyi onu buraxmağı, sonuncunun gedib özü-özünü öldürəcəyini demiş, lakin Tural heç kimi qulaq asmamışdır. Saat təxminən 5:30 radələrində əri Şəxs mal-qaranı buraxmaq üçün evinə gedəcəyini deyib, evdən çıxıb getmiş, çıxarkən də Mahir Turala bir daha Ramini öldürməməyi onu bağlı vəziyyətdə atıb üç gün saxlamağı demişdir. Mahir evdən getdikdən təxminən 10 dəqiqə sonra Tural ya özünü, ya da Ramini öldürməli olduğunu demiş, Samirə ondan Ramini buraxmağa, özü-özünü öldürcəyini bildirmiş, Ramin ayaqüstə qalxıb onun əllərini açmağa, Turala özü-özünü öldürəcəyini demişdir. Tural bıçaqla Raminin qollarındakı ipi kəsərək əllərini açmış və həmin ipdən ilgək düzəldərək onu Raminin boğazına keçirtmiş, daha sonra Ramini asıb öldürəcəyini deyib, ilgəyin ipini əlində saxlayıb onu həyətə tərəf aparmış, Raminin ayaqları bağlı vəziyyətdə olduğundan o qarış-qarış Turalın arxasında gəlmişdir. Tural Ramini öldürməyə apararkən Samirə bunun qarşısını almağa çalışmış, o Aytacla birlikdə bir söz demədən evin zal otağında oturmuş, həmin vaxt şok vəziyyətdə olduğundan və qorxduğundan baş vermiş hadisələrə ümumiyyətlə müdaxilə etməmişdir. Tural evdən həyətə çıxaraq arxasında qapını çöldən bağlamış və Samirə onun arxasınca çıxa bilməmişdir. Tural evdən çıxdıqdan təxminən 5 dəqiqə sonra evə bitişik olan mətbəx otağından taqqıltı səsi gəlmiş, həmin vaxt Turalın Ramini asaraq öldürməsini anlamış, həmin səsdən təxminən 15-20 saniyə sonra Tural qapını açaraq evə daxil olmuş və Ramini iplə asıb öldürdüyünü demişdir. Həmin vaxt X18 asdığı ipi kəsməyi, əllərini qana bulalamağı desə də, Tural Samirəyə mətbəxə keçib ipi kəsməyə imkan verməmişdir. Tural Ramini asdıqdan sonra Aytaca tərəf gedərək onu da öldürəcəyi deyib yerdə ipi götürüb ilgək düzəldərək Aytacdan boğazına keçirmək istəmiş, lakin Samirə ondan qızını öldürməməsini xahiş etdikdən sonra Tural Aytacı öldürməyə cəhd etmədən fikrindən daşınmışdır. Daha sonra Tural ondan dəftər istəmiş, ona dəftər və gələm verdikdən sonra Tural həmin dəftərə özündə saxlanılan mal-qaranın ümumi sayını və həmin heyvanların konkret kimə məxsus olmasını qeyd edərək həmin dəftəri ona vermiş, daha sonra Tural özünə məxsus mobil telefonla Azərbaycan Respublikası DİN-nin “102” xidmətinə zəng edərək əmisi oğlu RZərərçəkmiş şəxs asaraq öldürməsi barədə məlumat vermişdir. Bundan sonra Turalın mobil telefonuna zəng gəlmiş və sonuncu ona uşaqlarından muğayat olmağı, onları Aytaca verməməyi tapşırıb evdən çıxmışdır. Tural evdən çıxdıqdan təxminən 10 dəqiqədən sonra polis əməkdaşları evinə gəlmiş, polis əməkdaşları evə gəldikdən sonra əri Şəxs da evə gəlmiş və mətbəx otağına keçib Raminin iplə asılmış vəziyyətdə olan meyitini görüb “gərək öldürməyəydi” sözlərini demişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin xx.xx.2023-cü il tarixli 04 nömrəli rəyindən görünür ki, X5 meyitinin bədəni üzərində aşkar olunmuş xəsarətlər – boyun nahiyəsində ikiqat, bir qədər aşağıdan yuxarı, çəp, tam qapanmayan stranqulyasiya şırımı, sağ almacıq nahiyyəsinin, sağ çənə nahiyəsinin, sol gözün bayır bucağının, sol almacıq nahiyəsinin, sağ və sol bazu oynaqlarında, kürək sümüyü çıxıntıları proyeksiyasında, sağ diz qapağının ön aşağı səthində, sol dirsək çuxurunda, sağ və sol baldırlarının aşağı 1/3-də, hər iki mil-bilək nahiyələrinin, döş qəfəsinin ön səthində solda qançırları, sol əlin arxa səthinin yaraları. Həmin xəsarətlər həyatidirlər, ölümündən əvvəl küt əşya (əl və ayaq zərbələri) təsirindən, boyun nahiyəsinin stranqulyasiya şırımı, hər iki mil bilək nahiyələrinin, dirsək çuxuru nahiyələrinin və hər iki baldır nahiyələrinin qançırları ekspertizaya təqdim edilmiş təsərrüfat üçün nəzərdə tutulmuş ipin təsirindən törənməyə uyğun gəlirlər. X5 almış olduğu xəsarətlərdən boyun nahiyyəsinin şırımı yetirilən anda həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmanın əlamətlərinə aiddir. Digər xəsarətlər - qançırlar və səthi yaralar isə ayrı- ayrılıqda və ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlər qrupuna aiddirlər. X5 ölümünə səbəb boyun üzvlərinin ilgəklə sıxılması nəticəsində baş vermiş mexaniki asfıksiya olmuşdur. Ölümün baş verməsi meyitin məhkəmə tibbi müayinəsindən 4-6 saat əvvələ uyğundur. X5 meyitinin pozası dəyişdirilməmişdir, yəni ölüm baş verdikdən sonra meyit bir yerdən digər yerə aparılmamışdır. X7 xəsarətlər yetirilərkən ayaq üstə və yarım oturaq vəziyyətlərdə olmuşdur. X5 meyitinin qollarında və ayaqlarında iplə bağlanmağa uyğun gələn xəsarətlər vardır. X5 əynində olan paltarların liflərində cırılmalar, tikilişlərində sökülmələr aşkar edilmədi. X5 bədənində aşkar edilmiş xəsarətlərin qarşılıqlı mübarizə və əlbəyaxa olmaları zamanıalmasının təyini məhkəmə-tibbi ekspertin səlahiyyətlərinə aid deyildir. X5 meyitindən götürülmüş qanın məhkəmə-kimya tədqiqatı zamanı etil spirti və narkotik maddələr aşkar olunmamışdır. Bundan başqa iş materiallarında olan 04 avqust 2023-cü il tarixdə ********* saylı cinayət işi üzrə Şamaxı rayon prokuroru tərəfindən təsdiq edilmiş ittiham aktından görünür ki, Şəxs təqsirləndirilir ondan ötrü ki, o, bir qrup şəxs halında yetkinlik yaşına çatmayan şəxsi adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmişdir. Belə ki, o 22 aprel 2023-cü il tarixdə, saat 03:45 radələrində oğlu Tural Hacıyevin zəng edərək onu ünvan 1 ünvanında yerləşən yaşadığı evə dəvət etdikdən sonra həmin ünvana gəlib gəlini X2 gecələdiyi yataq otağına daxil olduqda qardaşının oğlu yetkinlik yaşına çatmayan xx.xx.2005-ci il təvəllüdlü X5 otaqda yerləşən bir-birinin üzərində qoyulmuş iki ədəd çarpayının arasında olan boşluq hissədə uzanaraq gizləndiyini görüb Aytac Hacıyevanın ona xəyanət etdiyi qənaətinə gələrək saat 04 radələrində onun həmin otaqdan qaçmasının qarşısını almaq məqsədi ilə Tural Hacıyevlə bir qrup şəxs halında həyətdə saxlanılan qırmızı rəngli sintetik materialdan hazırlanmış iplə RZərərçəkmiş şəxs qollarını bilək və dirsək nahiyəsindən, ayaqlarını isə baldır nahiyəsində kip şəkildə bağlayaraq onu sərbəst hərəkət etmək imkanından məhrum edib yumruq və təpiklə RZərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə vuraraq ona sağ almacıq nahiyəsinin, sağ çənə nahiyəsinin, sol gözün bayır bucağının, sol almacıq nahiyəsinin, sağ və sol bazu oynaqlarında, kürək sümüyü çıxıntısı proyeksiyasında, sağ diz qapağının ön aşağı səthində, sol dirsək çuxurunda, sağ və sol baldırlarının aşağı 1/3-də, hər iki mil-bilək nahiyələrinin, döş qəfəsinin ön səthində sol tərəfdə qançırları, sol əlinin arxa səthinin səthi yaraları kimi ayrıayrılıqda və ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlər yetirdikdən sonra sonuncunu yerdə uzanıqlı vəziyyətə iki saat ərzində saxlayaraq, bir qrup şəxs halında yetkinlik yaşına çatmayan şəxs RZərərçəkmiş şəxs adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmişdir. Azərbaycan Respublikası İXM-nin 12.2-ci maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs əməlində cinayət tərkibi olduğundan onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12 və 53-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İnzibati xəta tərkibi olmaması əsası ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar