Məhkəmə qərarları › İş №3(074)-449/2023

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-449/2023

14.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-449/2023 14.11.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X4 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1992-ci ildə Qobustan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan şəhəri, Ş.Şikarov küçəsi ev 76-da qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Qobustan Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Qobustan Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bununla bağlı Qobustan Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X2 tərəfindən Şəxs barəsində 31 avqust 2023-cü il tarixdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün məhkəməyə göndərilmişdir. Qobustan Rayon Məhkəməsinin 31 abqust 2023-cü il tarixli, 3(026)-249/2023 saylı qərarı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib 300 manat məbləğində inzibati cərimə edilmişdir. Həmin qərardan narazı qalan barəsində inzibati qaydada iş üzrə icraat aparılan şəxs Şəxs Əlisafa oğlu apellyasiya şikayəti verib, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli, 3(105)-453/2023 saylı qərarı ilə, Qobustan Rayon Məhkəməsinin 31 avqust 2023-cü il tarixli, 3(026)- 249/2023 nömrəli qərarı ləğv olunmuş və Şəxs Əlisafa oğlunun barəsində Qobustan RPŞnin İTB-nin polis sahərəisi, polis mayoru X2 tərəfindən tərtib edilmiş MN ******* nömrəli, 31 avqust 2023-cü il tarixli inzibati xəta haqqında protokol yenidən baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, o İsgəndərov Xəligüllaha heç bir bədən xəsarəti yetirməmişdir. Aralarında nəlayiq söyüşlərdən ibarət dialoq olmuş, onun tərəfindən də belə ifadələrə yol verdiyini inkar etmir. X1 heç bir xəsarət yetirməmiş, videoçəkilişdən də göründüyü kimi sonuncu özünün idarə etdiyi “Niva” markalı avtomobillə minib ərazini tərk etmişdir.Qeyd edilənlərə əsasən onun barəsində başlanılmış olan inzibati icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Qobustan Rayon Polis Şöbəsinə və Zərərçəkmiş şəxs Həziqulu oğluna məlumat verilmiş, lakin məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin üzrlü olması barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Qobustan Rayon Polis Şöbəsinin və Zərərçəkmiş şəxs Həziqulu oğlunun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarına əlavə olunmuş Qobustan rayon polis şöbəsinin TQ-nin 21 avqust 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarından görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarına əlavə olunmuş Qobustan rayon polis şöbəsinin TQ-nin 21 avqust 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarındakı Şamaxı rayon MTE və PA birliyinin verdiyi 19 iyul 2023-cü il tarixli 90 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi ekspertizası zamanı müəyyənolundu ki, sağ və sol bazu oynağı nahiyyəsinin, sağ və sol döş qəfəsinin alt nahiyyəsinin,sağ və sol baldırın orta 3/1 ön səthinin qançırları küt əşya təsirindən törənməklə yetirilməmüddəti 16 iyul 2023-cü il tarixə uyğun gəlir. Təsvir olunan xəsarətlər kənar şəxstərəfindən, eləcə də bədənin əlçatan nahiyyələrində yerləşdiyindən, zərərçəkənin özü tərəfindən yetirilməsi mümkündür. Zərərçəkmiş şəxsnin almış olduğu xəsarətlər ayrı-ayrılıqda və ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən təqdim edilmiş videogörüntüyə baxış zamanı müəyyən olundu ki, Şəxs ilə Zərərçəkmiş şəxs Həziqulu oğlu arasında mübahisə baş vermiş, lakin həmin mübahisə zamanı Zərərçəkmiş şəxs Həziqulu oğluna hər hansı bir xəsarətin yetirilməsi görülməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən, Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) sübuta yetilmədiyindən onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33 və 53-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İnzibati xəta tərkibi olmaması əsası ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar