Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 3(074)-453/2023 07.11.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Şikayət vermiş şəxs X3 iştirakı ilə, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş 23 oktyabr 2023-cü il tarixli EQ 17628151 saylı inzibati tənbeh vermə haqqında elektron qərardan X4 tərəfindən verilmiş şikayətin icraata qəbul edilməsi məsələsinə baxaraq, məhkəmə müəyyənetdi: Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş 23 oktyabr 2023-cü il tarixli EQ 17628151 saylı inzibati protokola əsasən X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 300 manat cərimə edilmişdir. İnzibati tənbeh haqqında qərardan narazı qalan X4 şikayət verərək həmin qərarın ləğv edilməsini və inzibati işə xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X4 Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş 23 oktyabr 2023-cü il tarixli EQ 17628151 saylı inzibati tənbeh vermə haqqında elektron qərarı məhkəməyə təqdim edərək izahat verib bildirdi ki, onlar Qaraməryəm-İsmayıllı-Şəki yolunda İsmayıllı istiqamətində “VAZ 21074 minik” markalı, **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkət edərkən X6 əməkdaşı onların minik avtomobilini saxlatdırmış, DYP-nin əməkdaşı sürücü Elşən Mustafayevin sənədlərinə baxmış və sonra yollarına davam etmişlər. Elə həmin gün ona EQ17628151 saylı 300 (üç yüz) manat cərimə qərarı göndərilmişdir. Səlahiyyətli orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, səlahiyyətli nümayəndənin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan DİN-nin DYP hökumət portalından çıxarışdan görünür ki, 23 oktyabr 2023-cü il tarixli EQ 17628151 nömrəli protokola əsasən, X1-İsmayıllı-Şəki yolu 146-cı km. Vərəzət k. İsmayıllı ist. ərazisində xx.xx.2023-cü il tarixdə saat 20:37 radələrində “VAZ 21074 minik” markalı, **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən, yolda müəyyən edilmiş hərəkət sürətini 26 km/saat həddində aşmağa görə, İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və həmin maddə ilə səlahiyyətli orqan tərəfindən 300 manat məbləğində cərimə edilmişdir. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, X4 tərəfindən verilmiş şikayətin icraata qəbul edilməsindən imtina edilməli və materialın aidiyyəti üzrə baxılması üçün Şəki rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, inzibati xəta hadisəsi Şəki rayonu ərazisində törədilmişdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair“ Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli qərarına əsasən qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Şərh olunan maddənin mənasından da anlaşıldığı kimi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən inzibati xəta haqqında işə yaşadığı yer üzrə baxılması ilə bağlı vəsatət, yalnız səlahiyyətli orqan tərəfindən tərtib olunmuş inzibati xətaya dair protokolun baxılması üzrə məhkəmə aidiyyətini özündə ehtiva edir. Hazırkı halda isə ərizəçi tərəfindən səlahiyyətli orqanın qəbul etdiyi qərar mübahisələndirilir. Məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” 04 noyabr 2020-ci il tarixli qərarındakı mövqeyinə əsasən, inzibati xəta hadisəsinin Şəki rayonu ərazisində törədilməsini nəzərə alaraq verilmiş şikayətə Şəki rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən aşağıdakı məsələləri həll edir. İşin baxılması onun səlahiyyətinə aiddirmi, işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən hallar mövcuddurmu, inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi, işin icraatını rədd edən hallar mövcuddurmu, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmışdırmı, işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslər məlumatlandırılıbmı, iş üzrə vəsatətlər və etiraz etmə vardırmı. Həmin məcəllənin 109.1.7-ci maddəsinə əsasən əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edir. Həmin Məcəllənin 114.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır Həmin Məcəllənin 132.2-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İXM-nin 110, 112, 118-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş 23 oktyabr 2023-cü il tarixli EQ 17628151 saylı inzibati tənbeh vermə haqqında elektron qərardan X4 tərəfindən verilmiş şikayətə dair inzibati xəta haqqında materialın icraata qəbul edilməsindən imtina edilsin və şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə aidiyyəti üzrə Şəki rayon Məhkəməsinə göndərilsin. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №3(074)-453/2023
Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №3(074)-453/2023
07.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver