Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-455/2023 02.11.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon Polis Şöbəsinin İTBnin sahə rəisi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1976-cı ildə Şamaxı rayonu, Pirbəhli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, işsiz, Şamaxı rayonu, Pirbəhli kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şamaxı rayon Polis Şöbəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X4 izahatında göstərdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə Şamaxı rayonu, Prbəhli kəndi ərazisində polis əməkdaşlarının qanuni tələbini pozaraq polis əməkdaşlarına müqavimət və tabesizlik göstərmişdir. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, xx.xx.2023-cü il tarixdə Şamaxı rayon Pirbəhli kəndi ərazində həmkəndliləri Faiq Qədimov və Rəşad Səmədov ilə yaxın məsafələrdə meşəlik ərazidə matorlu mişarla evdə yandırmaq üçün ağac kəsərək gətirmək üçün, getmişlər. Həmin vaxt onlara mülkü geyimdə 3 nəfər yaxınlaşaraq polis əməkdaşları olduğlarını bildirmişlər. Sonra polis əməkdaşları onlara etdiklər əməlin ağac kəsiminin qanunsuz olduğunu bildirərək onlarla RPŞ-nə gedəcəklərini bildirmişlər və polislərlə aralarında mübahisə yaranmışdır. Polis əməkdaşı ondan motorlu mişarı tələb etdikdə o, onu təhfil verməmiş və bu səbəbdən onlarla dartışmışlar, sonra onlar ondan mişarı almışlar və özləri ilə birlikdə onları Şamaxı RPŞ-nə gətirmişlər. Polis əməkdaşı onun əlindəki motorlu mişarı əlindən almaq istədikdə o, onu başqasının olduğunu bildirmiş bu səbəbdən polisə verməmişdir. O, həmin vaxt spirtli içki qəbul etmişdir. Törətdiyi əməldən peşmandır. Odur ki, barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı rayon Polis Şöbəsinin İTB-nin polis nəfəri X1 izahat verib bildirdi ki, xx.xx.2023-cü il tarixdə Şamaxı RPŞ-nin İTB-nin sahə polis nəfərləri polis baş serjantı Ziya Səlimov və polis baş serjantı Famil Məmmədov ilə xidməti əraziləri olan Şamaxı rayon Pirbəhli kəndi ərazisində olduqları zaman yaxınlıqda yerləşən meşəlik ərazidə odun kəsən motorun səsini eşidərək həmin yerə yaxınlaşmışlar və tanımadıqları 3-nəfər şəxsin bir birlərinə yaxın məsafələrdə meşə ağaclarını kəsdiyini görmüşlər, həmin şəxslərə yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmişlər və meşədə törətdikləri əməlin qanunsuz olduğunu bildirdikdə, həmin şəxslər polisin qanuni tələblərinə heç bir məhəl qoymayaraq onlara qarşı müqavimət göstərib RPŞnə gəlməmək və istifadə etdikləri motorlu mişarı təhfil verməmək üçün, tabesizlik göstərmişlər. Sonra onları avtomobilə mindirərək RPŞ-nə gətirmişlər. Şəxs və Rəşad Səmədov alkotester müayinəsindən keçən zaman spirtli içkinin təsiri altında olduqları müəyyən edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı RPŞ-nin İTB-nin polis nəfəri X3 şahid Şamaxı rayon Polis Şöbəsinin İTB-nin polis nəfəri X1 ilə eyni məzmunlu izahat verdi. İş materiallarında olan Şamaxı rayon Polis Şöbəsinin İTB-nin polis nəfəri X7 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə Şamaxı RPŞ-nin İTB-nin sahə polis nəfərləri polis baş serjantı Ziya Səlimov və polis baş serjantı İsfəndiyar Səfərov ilə xidməti əraziləri olan Şamaxı rayon Pirbəhli kəndi ərazisində olduqları zaman yaxınlıqda yerləşən meşəlik ərazidə odun kəsən motorun səsini eşidərək həmin yerə yaxınlaşmışlar və tanımadıqları 3-nəfər şəxsin bir birlərinə yaxın məsafələrdə meşə ağaclarını kəsdiyini görmüşlər, həmin şəxslərə yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmişlər və meşədə törətdikləri əməlin qanunsuz olduğunu bildirdikdə, həmin şəxslər polisin qanuni tələblərinə heç bir məhəl qoymayaraq onlara qarşı müqavimət göstərib RPŞ-nə gəlməmək və istifadə etdikləri motorlu mişarı təhfil verməmək üçün, tabesizlik göstərmişlər. Sonra onlar onları avtomobilə mindirərək RPŞ-nə gətirmişlər RPŞ-də məlum olmuş ki, həmin şəxslər Şamaxı rayon Pirbəhli kəndində yaşayan xx.xx.1970-ci il təvəllüdlü Şəxs, xx.xx.1976-cı il təvəllüdlü Şəxs və xx.xx.1985-ci il təvəllüdlü X5r və Şəxs və Rəşad Səmədov alkotestir müayinəsindən keçən zaman spirtli içkinin təsiri altında olduğları müəyyən edilmişdir. İş materiallarında olan sərxoşluğun xüsusi texniki vasitə ilə müəyyən edilməsi barədə qəbzdən görünür ki, xx.xx.2023-cü il tarixdə saat 17:30 radələrində Şəxs qanında alkoqolun konsentrasiyasının həcmi 0.303 promildir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli AZA 019675 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, inzibati xəta haqqında iş üzrə icraatın gedişatını təmin etmək məqsədi ilə Şəxs xx.xx.2023-cü il tarixdə saat 19:30 radələrində inzibati qaydada tutulmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi özünün etirafedici izahatı ilə yanaşı, şahidlərin izahatları, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi, inzibati xətanın sərxoş halda olan törədilməsini isə məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz İnzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək, onun həmin maddənin sansiyasında nəzərədə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 150 (yüz əlli) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №3(074)-455/2023
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-455/2023
02.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver