Məhkəmə qərarları › İş №3(074)-456/2023

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-456/2023

16.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-456/2023 16.11.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayonu Yol patrul xidməti baş inspektor, polis kapitanı X2, Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1985-ci ildə Bakı şəhərində anadan olmuş, evli, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, Şamaxı şəhəri, X7 küçəsi, ev 2, D5 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayonu Yol patrul xidməti baş inspektor, polis kapitanı X5 izahatında göstərdi ki, 20 may 2023-cü il tarixdə Şamaxı şəhəri H.Z.Şirvani küçəsi ev 4-də yasayan Şəxs idarə etdiyi **-RK-*** qeydiyyat nişanlı, “Renault megane” minik markalı avtomobil ilə Şamaxı rayon Nəriman Nərimanov küçəsində Şamaxı rayon Polis Şöbəsinin qarşısından hərəkətdə olan zaman Rabitə bankın yaxınlığında Zərərçəkmiş şəxs yolu keçərkən Şəxs avtomobili ilə onu vurması nəticəsində Zərərçəkmiş şəxs yüngül dərəcədə xəsarət almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Lakin Şəxs əməli hazırkı qanunvericiliyə əsasən Azərbaycan Respublikasmm İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin əlamətləri olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, Şamaxı rayon təhqiqatında hadisə araşdırılmış, sığortadan dəyən ziyan alınıb zərərçəkmiş şəxsə ödənilmişdir. Hadisəndən sonra zərərçəkmişi xəstəxanaya aparmış, özü zərərçəkmiş şəxsin yanına xəstəxanada gedib-gəlmiş, həmçinin xərcini çəkmişdir. O, sürücülük ilə məşğul olur və ailəsini dolandırır. Odur ki, cərimə edilməsini xahiş etdi Məhkəmə iclasında Zərərçəkmiş şəxs qanuni nümayəndəsi X4 işitrakı ilə izahat verib bildirdi ki, o yolu keçmək istəyən zaman onu maşın vurmuşdr. Məhkəmə iclasında Zərərçəkmiş şəxs qanuni nümayəndəsi X8 izahat verib bildirdi ki, sığortadan heç bir pul almamış, bunu ona heç kim izah etməmişdir. Düzdür uşaq iki gün Şamaxıda xəstəxanada qalanda ailəsi yanında qalmış, lakin sonradan heç maraqlanmamışdır. Əvvəldən Mehdiyə demişdir ki, ümumilikdə 1500 manat xərci olumuş, heç olmasa yarısını ödəsin. Amma Mehdi onları heç bir maddi köməklik etməmiş, dəfələrlə onlarla ağır danışmış və aldatmışdır. Sonra 102 xidmətinə zəng vurub ondan şikayətçi olmuşdur. Hazırdada onunla barışmamış, heç barışmaqda fikri yoxdur. Odur ki, Şəxs barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Şamaxı RPŞ-nin TQ-nun təhqiqatçıs, polis baş leytenantı X6 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 08 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi A.Şəbiyev küçəsi, ev 11 mənzil 28-də yaşayan Zərərçəkmiş şəxs barədə daxil olmuş məlumat əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şamaxı şəhəri, H.Z.Şirvani küçəsi, ev 4-də yaşayan Şəxs barədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti rayon polis şöbəsinin dövlət yol polisi bölməsinə verilməsi qərara alınmışdır. Həmin qərardan görünür ki, MTE-nin 29 may 2023-cü il tarixli 153 saylı ekspert rəyində Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərin alın sağ dirsək oynağının yaraları, sağ əlin 1-ci (baş) barmağının dırnaq falanqasının sınığı küt əşya təsirindən törənməklə, qərarda göstərilən tarixdə və şəraitdə, yəni 20 may 2023-cü il tarixdə piyadanın yüngül minik avtomaşını ilə vurulması nəticəsində alınmağa uyğun gəlməsi, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərin dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər zurmaya aid olması göstərilmişdir. İş materiallarında olan Şamaxı RPŞ-nin TQ-nun təhqiqatçıs, polis baş leytenantı Ağa Məmmədov tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Şamaxı şəhəri H.Z.Tağıyev küçəsində yaşayan X1,alının sol bilək oynağında bədənin müxtəlif nahiyyələrində sıyrıntıları ilə Şamaxı rayon mərkəzi xəstəxanasına müraciət etməsi, valdeyinlərinin deməsinə görə yıxılıb sonradan deyilməsinə görə avtomobil vurması nəticəsində xəsarət alması ilə bağlı Şamaxı rayon mərkəzi xəstəxanasından xx.xx.2023-cü i! tarixdə, saat 14:30-da Şamaxı rayon polis şöbəsinin növbətçi hissəsinə məlumat daxil olmuşdur. Həmin məlumat törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatı qeydiyyatı kitabından tərəfindən 547 sayı ilə qeydiyyata alınaraq araşdırma aparılmışdır. Araşdırma zamanı 20 may 2023-cü il tarixdə Şamaxı şəhəri H.Z.Şirvani küçəsi ev 4-də yasayan Şəxs **-RK-*** qeydiyyat nişanlı, “Renault” markalı, megane minik tipli avtomaşın ilə Şamaxı rayon Nəriman Nərimanov küçəsində Şamaxı rayon Polis Şöbəsinin qarşısından hərəkətdə olan zaman Rabitə bankın yaxınlığında Zərərçəkmiş şəxs yolu keçərkən Şəxs avtomobili ilə onu vurması nəticəsində Zərərçəkmiş şəxs YÜNGÜL bədən xəsarəti alması və yol nəqliyyat hadisəsi törətməsi faktı alınmış izahatlar, hadisə yerinə keçirilmiş baxış zamanı tərtib edilmiş protokol və şəkillər ilə, MTE-nin 29 may 2023-cü il tarixli 153 saylı nömrəli rəyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 25 avqust 2023-cü il tarixli 8/2217 nömrəli rəyi ilə öz təsdiqini tapmışdır. Bununlada Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş əməli törətmişdir. Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin təsir altına düşdüyündən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti rayon polis şöbəsinin dövlət yol polisi bölməsinə verilmişdir. İş materiallarında olan İXP ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şamaxı rayonu Yol patrul xidməti baş inspektor, polis kapitanı X5 tərəfindən Şəxs barəsində 327.8-ci maddəsi ilə zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin Bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə -üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, ekspertiza rəyi, habelə inzibati materialda olan digər sənədlərlə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsində təqsirli olması tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, vurulmuş zərərin aradan qaldırılmamasını nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasının hədləri daxilində nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılırması növündə tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, nəqliyyat vasitəsini idarə etmək hüququ 7 (yeddi) ay müddətə məhdudlaşdırılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar