Məhkəmə qərarları › İş №3(074)-457/2025

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-457/2025

30.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-457/2025 30.10.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon Polis Şöbəsinin İTBnin sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxxx 1985-ci ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şamaxı rayon Polis Şöbəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X2 izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə saat 01:18 radələrində Şamaxı şəhəri, A.Məmmədağa küçəsində Şəxs üzərinə baxış keçirilmiş və üzərindən 0,089 qram metamfetamin aşkar olunması təhqiqat bölməsinin araşdırması nəticəsində öz təsdiqini tapmışdır. Bu səbəbdəndə, şəxsi islehlak miqdarında psixotrop maddə olan metamfetamin saxladığı üçün Şəxs əməlində hazırki qanunvericiliyə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsinin tərkib əlamətləri olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, 06 avqust 2025-ci il tarixdə saat 09:00 radlərində yaşadığı Şamaxı şəhəri İmamlı küçəsində yerdən falqaya bükülmüş büküm tapmışdır, həmin bükümün içərisinə baxanda görmüşdür ki, içərisində psixotrop maddə olan metanfetamin var və həmin bükümü şəxsi istifadəsi üçün öz üzərində saxlamışdır. 07 avqust 2025-ci il tarixində saat 01:17 radələrində Şamaxı şəhəri A.Məmmədağa küçəsində mərkəzi stadionun yaxınlığında piyada hərəkətdə olan zaman mülki geyimdə olan üç nəfər şəxs ona yaxınlaşmışdır. Həmin şəxslər polis əməkdaşları olduqlarını bildirərək üzərində narkotik vasitə saxlamaqla şübhəli olduğunu ona bildirmişlər və ondan üzərində qanunsuz olan hər hansısa predmet varsa könüllü təqdim etməyini bildirmişlər. O, bir gün əvvəl Şamaxı şəhəri İmamlı küçəsində tapdığı falqaya bükülmüş bir ədəd bükümü şalvarının sağ yan cibindən çıxarıb könüllü olaraq polis əməkdaşlarına təqdim etmişdir. Daha sonra üzərinə baxış keçirilmişdir və üzərində qanunla qadağ edilmiş hər hansısa predmet aşkar edilməmişdir. Təqdim etdiyi bükümün içərisində psixotrop maddə olan metafetamin olmuşdur, büküm polis əməkdaşları tərəfindən tərəzi ilə çəkildikdən sonra polis əməkdaşları kağız zərfdə qablaşdırılaraq üzərini Azərbaycan Respublikasının DİN-nin 73 saylı möhürü ilə möhürləmişlər. Üzərindən aşkar edilmiş narkotik vastə çəkilmişdir və 0,27 qram çəkidə olmuşdur. Bununla əlaqədar protokol tərtib edilmişdir. Həmin zərfi və protokolu özü və baxışda iştirak edən polis əməkdaşlarla imzalamışdır. Daha sonra Şamaxı rayon polis şöbəsinə gəlmişlər, Şamaxı rayon polis şöbəsinə gəldikdən sonra ona vəkil təyin edilmişdir, vəkilin və polis əməkdaşlarının iştirakı ilə təkrar baxış keçirilmişdir yenə üzərindən heç bir narkotik vasitə çıxmamışdır. Şamaxı rayon polis şöbəsində keçirilmiş baxış videogörüntüyə alınmışdır. Hazırda etdiyi əməldən peşmandır, bir daha bu cür əməllər törətməyəcəyinə söz verir. Himayəsində xəstə anası və 2 azyaşlı övladının olmasını nəzərə alaraq onun barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 06 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, ünvan 2 ünvanda yaşayan Şəxs barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti Şəxs verilməklə qəbul edilmiş qərardan narazı qaldığı halda prossesual rəhbərliyi həyata keçirən prokurora və ya məhkəməyə şikayət müraciət etmək hüququnun olduğu ona izah edilmiş, Şəxs barədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinə verilmiş, Şəxs üzərindən aşkar olunaraq götürülmüş, kağız zərfə qoyularaq qablaşdırılmış təmiz çəkisi 0,089 (sıfır tam mində səksən doqquz) qram olan psixotrop maddə - metamfetamin məhv edilməsi üçün aidiyyəti üzrə verilmiş, qərarın surəti prosessual rəhbərliyi həyata keçirən Şamaxı rayon prokuroruna göndərimiş, toplanmış material saxlanması üçün Şamaxı rayon polis şöbəsinin arxivinə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 5511 saylı rəyindən görünür ki, Şəxs Psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasən Şəxs xx.xx.2024-cü il tarixdən Sumqayıt şəhər ND-da (F19x2) diaqnozu ilə dispanser qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertizası Mərkəzinin 07 avqust 2025-ci il tarixli, 20/698 saylı ekspert rəyindən görünür ki, Şəxs üzərindən götürülmüş 1 ədəd falqaya bükülmüş büküm təmiz çəkisi 0,089 (sıfır tam mində səksən doqquz) qram olan ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir.. Materiala əlavə edilmiş Şamaxı RPŞ-nin TQ-nın təhqiqtçısı, polis kapitanı Mehdi Mikayılov tərəfindən tərtib edilmiş 06 sentyabr 2025-ci il tarixli raportdan görünür ki, ünvan 2 ünvanda yaşayan Şəxs Şamaxı rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin istifadəsində şübhəli bilinərək 07 avqust 2025-ci il tarixdə Şamaxı RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Şamaxı şəhəri A.Məmmədağa küçəsində mərkəzi stadionun yaxınlığında saxlanılaraq dərhal üzərinə baxış keçirilmiş, sonuncunun əynindəki qara rəngli şalvarın sağ yan cibindən bir ədəd falqaya bükülmüş büküm aşkar edilmiş, həmin bükümün içərisindən kristal formada şəffaf şəkildə psixotrop maddə olan metafetamin aşkar edilərək götürüldükdən sonra bir ədəd zərfə qoyularaq video görüntü etməklə sənədləşdirilmişdir və Şamaxı rayon polis şöbəsinə gətirilmişdir. Həmin raport törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatı kitabında 887 saylı ilə qeydiyyata alınmışdır. Beləliklə araşdırma zamanı 07 avqust 2025-ci tarixdə saat 01:18 radələrində ünvan 2 ünvanda yaşayan Əliyev X3 şəhəri A.Məmmədağa küçəsində mərkəzi stadionun yaxınlığında piyada hərəkətdə olarkən Şamaxı RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq dərhal üzərinə baxış keçirilmiş, sonuncunun əynindəki qara rəngli şalvarın sağ yan cibindən bir ədəd falqaya bükülmüş büküm aşkar edilmiş, həmin bükümün içərisindən kristal formada şəffaf şəkildə psixotrop maddə olan təmiz çəkisi 0,089(sıfır tam mində səksən doqquz) qram metafetamin aşkar edilərək götürüldükdən sonra bir ədəd zərfə qoyularaq video görüntü etməklə sənədləşdirilmişdir. Şəxs üzərində, bir ədəd falqaya bükülmüş təmiz çəkisi 0,089(sıfır tam mində səksən doqquz) qram olan psixotrop maddə - metamfetamin saxlaması faktı tərtib olunmuş baxış protokolu ilə, alınmış izahat ilə, Məhkəmə Ekspertiza Mərkəzindən göndərilmiş 07 avqust 2025-ci il tarixli, 20/698 saylı ekspert rəyi ilə öz təsdiqini tapmışdır. Lakin üzərində şəxsi istehlak miqdarıdan psixotrop maddə olan metamfetamin saxladığı üçün Şəxs əməli hazırkı qanunvericiliyə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xəta hesab edilir. Ona görə də, toplanmış material üzrə cinayət işinin başlamlmasmın rədd edilməsi barədə qərar qəbul edilmiş, lakin Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinə verilməlidir Beləliklə, məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi özünün etirafedici izahatı ilə yanaşı, şahidin izahatı, ekspert rəyi inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlindən peşman olmasını və bir yetkinlik yaşına çatmayan və bir az yaşlı uşağının olması məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. İnzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halları və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək, onun həmin maddənin sansiyasında nəzərədə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar