Məhkəmə qərarları › İş №3(074)-460/2025

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-460/2025

18.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-460/2025 18.11.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Şikayət vermiş şəxs X8 iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti Dağlıq X19nin MN ******* nömrəli, 23 oktyabr 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından X11 tərəfindən verilmiş şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti Dağlıq X19 tərəfindən qəbul edilmiş MN ******* nömrəli, 23 oktyabr 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən X11 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 3000 manat cərimə edilmişdir. İnzibati tənbeh vermə haqqında qərardan narazı qalan X11 şikayətlə Şamaxı Rayon Məhkəməsinə müraciət edərək barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti Dağlıq X19 tərəfindən qəbul edilmiş MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini, Şamaxı Rayon Prokuroru Müşfiq Səfərovun öz səlahiyyətini aşıb qanunda nəzərdə tutulmayan fəaliyyətlə məşğul olmaqla onun da xx.xx.2025-ci il tarixli 25-1-2-2- 450-0003-1 qeydiyyat nömrəli tam qanunsuz qərarınına ləğv olunmasını və səlahiyyət həddini aşaraq qanunda nəzərdə tutulmayan fəaliyyətlə məşğul olmuş Şamaxı Rayon Prokuroru Müşfiq Səfərovun özünün də bu məhkəmə prosesinə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası X16 Xidmətinin (DƏMX) X7 23 oktyabr 2025-ci il tarixdə onu İsmayıllı Rayonunda yerləşən İdarəyə dəvət etmişlər və o da X9 və X18 ilə birlikdə deyilən tarixdə həmin ünvana getmişlər. Orada şifahi söhbətlərdən sonra qeyd etdiyi MN ******* saylı, 23.10. 2025-ci il tarixli 3000 (üç min) manat cərimə qərarı ona təqdim olunmuş və onlar Şamaxı Rayon Prokurorunun belə qərəzli yazısı ilə bağlı ona heç cürə köməklik edə bilməyəcəklərini səmimi şəkildə bildirmişlər. Azərbaycan Respublikası X16 Xidmətinin (DƏMX) Dağlıq- X19 23 oktyabr 2025-ci il tarixli, MN ******* saylı qərarından şikayət etmə müddətinin sonuncu günü 02 noyabr 2025-ci il tarixinə düşür. Lakin xx.xx.2025-ci il tarixi həftənin bazar gününə (yəni qeyri iş gününə) düşdüyünə görə qanuna əsasən həmin inzibati cərimə qərarından şikayət etməyiin sonuncu günü 03 noyabr 2025-ci il tarixinə düşür. Odur ki, qanuni və əsaslı şikayəti təmin edilməlidir. Azərbaycan Respublikası X16 Xidmətinin (DƏMX) X7 tərəfindən qəbul edilmiş 23 oktyabr 2025-ci il tarixli, MN ******* saylı qərar tam əsassız və həm də qanunsuz və yalan məlumatlara əsaslandığından ona tətbiq edilmiş inzibati tənbeh növündə 3000 (üç min) manat cərimə qərarının ləğv edilməsini məhkəmədən xahiş eemişdir. Şamaxı Rayon Prokuroru Müşfiq Səfərovun öz səlahiyyətini aşıb qanunda nəzərdə tutulmayan fəaliyyətlə məşğul olmaqla onun da xx.xx.2025-ci il tarixli 25-1-2-2-450- 0003-1 qeydiyyat nömrəli tam qanunsuz qərarınına ləğv olunmasını Şamaxı Rayon Məhkəməsindən xahiş etmişdir. Səlahiyyət həddini aşaraq qanunda nəzərdə tutulmayan fəaliyyətlə məşğul olmuş Şamaxı Rayon Prokuroru Müşfiq Səfərovun özünün də bu məhkəmə prosesinə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X11 şikayətin məzmununa uyğun izahat verərək şikayətinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, Şamaxı Rayon Prokuroru Müşfiq X1 aid cinayət işinə görə ona bəraət verib cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar çıxarmışdır. Bundan sonra, prokuror onu və əlavə bir nəfəri həmin cinayət işinə görə şahid qismində çağırmış, yazılı şəkildə qeyd aparmaqla onlardan Yanoş Məhərrəmova aid xasiyyətnamə tipli izahatlar almışdır və eyni zamanda ara-sıra təsisçisi olduğu "Şəffaflıq" qəzeti ilə bağlı da bəzi sözlər soruşmuşdur. Sonradan məlum olmuşdur ki, rayon prokuroru səlahiyyət həddini aşaraq özü qanunda nəzərdə tutulmayan fəaliyyət növü ilə məşğul olub heç bir şikayətçi olmadığı halda onun 3000 manat cərimə edilməyi barədə X16 Xidmətinin Dağlıq X19nə qərar göndərmişdir. Yanoş Məhərrəmov və Aysel Musayeva onun işçiləri deyil və ona tabe deyillər. Onlarla arasında könüllü razılaşmaları var. Qəzetin redaksiyasının yerləşdiyi bina ona fəaliyyəti ilə əlaqədar şəhər icra nümayəndəliyi tərəfindən verilmişdir. Aysel Musayeva və Yanoş Məhərrəmov da həmin binada boş otaqlarda işləyirlər. Onların qazancı da gün ərzində cuzi məbləğdə olur. Belə ki, məhkəməyə gələrkən Aysel Musayeva bu gün cəmi 3 manata yaxın pul işləmişdir. Həmin pul ona vətəndaşların sənədlərinin surətini çıxararkən verilmişdir. Yanoş Məhərrəmovla əvvəllər aralarında əmək müqaviləsi olmuş, lakin müqavilənin müddəti bitdikdən sonra onunla yeni müqavilə bağlanmamışdır. Aysel Musayeva ilə isə ümumiyyətlə aralarında əmək müqaviləsi olmamışdır. Onlar ofis ərazisindən yalnız vətəndaşlara ərizələr yazmaq, sənəd surətlərinin çıxarılması və bu kimi digər texniki yardımlar göstərmək məqsədi ilə istifadə edirlər. X16 Xidməti tərəfindən çağrılarkən nə ilə əlaqədar çağrılsığını bilmədiyindən Aysel Musayeva və Yanoş Məhərrəmovla aralarında olan razılaşmanı təqdim etməmişdir. Hazırda “Şəffaflıq” qəzeti fəaliyyət göstərir. Məhkəmə, proses iştirakçısını dinləyib, şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti Dağlıq X19 tərəfindən qəbul edilmiş MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən X9 və X18 hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməməsinə cəlb edilmişdir. Bununla da X11 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 3000 manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan Şamaxı Rayon Prokurorluğu tərəfindən X10 ünvanlanan xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən ünvan 2 ünvanında faktiki yaşayan X5 və Şamaxı rayonu, Göylər kəndində qeydiyyatda olmaqla yaşayan X14 işə cəlb edilməsi müəyyən edildiyindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılaraq toplanmış materiallar baxılması üçün aidiyyəti üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilmişdir. İş materiallarında olan “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” 02 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, vəzifəli şəxs X20 (FİN: 25V2DBT)- 1. VÖEN - **********) - xx.xx.1973-cü il tarixdə Şamaxı rayonu, Quşçu kəndində anadan olmuş, Şamaxı rayonu, Quşçu kəndində qeydiyyatda olmaqla Şamaxı şəhəri, 25a məhəlləsi (Yolkalıq massivi) ünvanında faktiki yaşayan X11 barəsində Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanması, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə Azərbaycan Respublikasının İXM-in 61-ci maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilməsi, qərar və toplanmış material vəzifəli şəxsin intizam məsuliyyətinə cəlb edliməsi məsələsinə baxılması üçün Azərbaycan Respublikası Əmək Və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X16 Xidməti Dağlıq X19nə(na) göndərilməsi və qərarın surəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan “özünə-xidmət fəaliyyəti ilə əlaqədar” razılaşmlardan görünür ki, X11 ilə X9 arasında 2021-ci il tarixdə, X11 ilə X18 arasında isə 2023-cü il tarixdə “özünə-xidmət fəaliyyəti ilə əlaqədar” razılaşmalar bağlanmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-ci bəndinə əsasən əmək müqaviləsi (kontraktı)– işəgötürənlə işçi arasında fərdi qaydada bu Məcəllə ilə müəyyən edilmiş formada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Həmin maddənin 8-ci bəndinə əsasən iş yeri işçinin haqqı ödənilməklə vəzifəsi (peşəsi) üzrə əmək müqaviləsi ilə müəyyən edilmiş işləri (xidmətləri) yerinə yetirdiyi yerdir. Həmin Məcəllənin 7-ci maddəsinin 2-ci bəndinə əsasən Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri əmək müqaviləsi elektron informasiya sistemində elektron sənəd formasında bağlandıqda yaranır.[ Həmin Məcəllənin 81-ci maddəsinin 2-ci bəndinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada yazılı formada əmək müqaviləsi bağlanmadan əmək münasibətlərinin işəgötürənin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməsi qadağandır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Vahid İsmayılov şikayətində və məhkəmə iclasında X9 və X18 ilə aralarında könüllü razılaşma olmasını qeyd etsə də X11 özü elə şikayətində və məhkəmə iclasında hər iki şəxsin fəaliyyətlərindən əldə etdikləri kiçik gəlirləri tam şəkildə özlərinin dolanışığına sərf etdiklərini bildirmişdir. Halbuki, “Könüllü fəaliyyət haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən bu Qanun hüquqi və fiziki şəxslərin əvəzi ödənilməyən ictimai faydalı fəaliyyəti sahəsində yaranan münasibətləri tənzimləyir. Göründüyü kimi şikayət verən şəxsin bildirdikləri məlumatlar biri-digərini təkzib edir. X2 və X18 ilə onun arasında könüllü razılaşmaya dair müqavilə olmasını barəsində inzibati icraat aparılarkən bildirməmişdir. Bundan başqa iş materiallarında olan sənədlərdən, proses iştirakçısının məhkəmə iclasındakı izahatından görünür ki, X9 və X3 Vahid Yusif oğlunun rəhbərlik etdiyi “Şəffaflıq” qəzetinin fəaliyyət göstərdiyi binada fəaliyyət göstərirlər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, X8 bununla bağlı bildirdikləri inzibati məsuliyyətdən azad olunmaq üçün bildirdiyi özünümüdafiə xarakterli fikirlərdir. Bundan başqa şikayətin dəlilləri ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 54.1-ci maddəsinə əsasaən prokuror inzibati xətalar haqqında işlər üzrə icraat zamanı baş vermiş qanun pozuntusunu aradan qaldırmaq üçün vaxtında tədbirlər görür və inzibati xətalar haqqında işlər üzrə icraatın aparılmasında Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının tətbiqinə və icrasına prokuror nəzarətini həyata keçirir. Həmin Məcəllənin 54.2-ci maddəsinə əsasən prokuror bu Məcəllənin 99.3-cü maddəsinə əsasən digər inzibati xətalar haqqında işlər üzrə də icraatın başlanması haqqında qərar qəbul etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ və X hissələri baxımından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 18.6, 43.3-1, 54.2 və 103-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarilxi qərarına əsasən Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ və X hissələrinin hüquqi mahiyyətindən irəli gələrək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 54.2-ci maddəsində sadalanan inzibati xətalarla yanaşı, digər inzibati xətalar haqqında iş üzrə icraatın başlanması barədə qərar qəbul etmiş prokuror həmin qərarı hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün bu Məcəllənin 18.5 və 103cü maddələrinə əsasən məhkəməyə göndərməkdə haqlıdır. Belə olan halda X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək inzibati qaydada cərimə edilməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti Dağlıq X19nin MN ******* nömrəli, 23 oktyabr 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı qanunidir və onun ləğv edilməsi üçün heç bir əsas yoxdur. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X11 tərəfindən verilmiş şikayət təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti Dağlıq X19 tərəfindən qəbul edilmiş 23 oktyabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar