Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-461/2025 14.11.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Abasov Qürur Bəybal oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Şikayət vermiş şəxs X2, Səlahiyyətli orqanın nümayəndəsi Şamaxı rayonu Yol Patrul Xidməti inspektoru, polis serjantı X1 iştirakları ilə, Şamaxı rayonu polis baş leytenantı X4 tərəfindən qəbul edilmiş 16 oktyabr 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X6 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Şamaxı rayonu polis baş leytenantı X4 tərəfindən qəbul edilmiş 16 oktyabr 2025-ci il tarixli, TP ******* nömrəli nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 40 manat cərimə edilmişdir. İnzibati tənbeh haqqında qərardan narazı qalan X6 şikayət verərək həmin qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 10 sentyabr 2025-ci il tarixində Şamaxı rayonunda, Şamaxı avtovağzalının qarşısında yerləşən dairədə yol patrul xidməti əməkdaşı tərəfindən ona qarşı əsassız və qanunsuz protokol tərtib edilmişdir. Belə ki, o dairəyə daxil olarkən, 2.4-baş yolda hərəkət edən nəqliyyat vasitələrinə “Yol verin” nişanının tələblərinə uyğun olaraq, baş yolda hərəkət edən avtomobilə yol vermişdir. Bu zaman dairəyə daxil olan yol patrul xidmətinə məxsus 108 dövlət qeydiyyatlı patrul avtombil heç bir dönmə siqnalı (sol dönmə işığı) vermədən dairəyə daxil olmuş, orada dayanmış və hərəkət etməmişdir. O, hərəkət edərkən, yol patrul xidməti əməkdaşı onu saxlamış, onun baş yola çıxmaq istədiyini və o, baş yolda olduğu üçün yol verməyini bildirmişdir. Lakin, avtomobilin baş yola çıxmaması, həmçinin çıxmaq üçün siqnal verməməsi müşahidə kameraları vasitəsilə sübuta yetirilə bilər. Əməkdaş tərəfindən tərtib olunmuş qərarsız protokolda hadisənin tarixi xx.xx.2025-ci il olaraq qeyd olunmuş, bu da saxtalaşdırma və qanunsuzluğun baris nümunəsidir. Protokol xx.xx.2025-ci il tarixində qərarlı olmasına baxmayaraq, o, xx.xx.2025-ci il tarixində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X15 İdarəsinə elektron şikayət ünvanlamışdır. Lakin şikayətinə xx.xx.2025-ci il tarixində obyektiv və qanunvericiliyə uyğun baxılmadan cavab verilmişdir. Həmçinin ona qarşı irəli sürülən inzibati xətanı təsdiqləyən heç bir foto və ya sübut təqdim edilməmişdir. Odur ki, barəsində qəbul edilmiş İXM-nin 327.1-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında TP ******* saylı, xx.xx.2025-ci il tarixli qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X6 şikayətin məzmununa uyğun izahat verərək bildirdi ki, şikayət etməsinin səbəbi polis əməkdaşının kobud davranışı olmuş, həm də qaydadnı pozmadığını iddia etmiş, eləcədə görüntünün təqdim etməsini bildirmişdir. Dairəyə daxil olarkən yol patrul xidmətinin avtomobili hərəkətdə deyildir. Yol patrul xidmətinin avtomobili alt yoldan gəldi, iki avtomobilə yol verdi, sadəcə görmüşdür ki, hərəkət etmir, o, hərəkət edəndən sonra hərəkət etmişdir. Normalda inspektorlar orada dayanır. Dönmə işiğını yandırmamışdır. xx.xx.2025-ci il tarixdə şikayəti üzrə çağırılmış, sadəcə izahatı alınmışdır. Video görüntünü tələb etmiş, təqdim olunmamışdır. Məhkəmə iclasında iştirak edən Şamaxı rayonu Yol Patrul Xidməti inspektoru, polis serjantı X5 izahat verərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə Şamaxı şəhəri X14 küçəsində xidmətdə olarkən hərəkətdə olan “MERCEDES BENZ C200” markalı, **-EX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü yol nişanının tələbini pozduğu üçün tərəflərindən saxlanılmış, qayda pozuntusu sürücüyə izah olunmuş və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. Odur ki, verilmiş şikayətin təmin edilməməsini xahiş etdi. Əlavə olaraq inzibati protokol yazılan zaman aqresiv danışdığı üçün post patrul xidmətinin çağıracağını bildirmişdir. Görüntülər 1 ay müddət tamam olduqda silinir, bu səbəbdən təqdim edilməsi mümkün deyildir. Məhkəmə, şikayəti və iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 16 oktyabr 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, 09 sentyabr 2025-ci il tarixli, İXP ******* nömrəli protokola əsasən, X6 xx.xx.2025-ci il tarixdə saat 08:26 radələrində “MERCEDES BENZ C200” markalı, **-EX-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 40 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Daxili işlər Nazirliyinə və Baş X15 idarəsinə ünvanlanmış eyni məzmunlu müraciətə aidiyyəti üzrə Şamaxı Rayon Polis Şöbəsində baxılmışdır. Müraciət əsasında aparılmış araşdırmanın nəticəsi olaraq Şamaxı Rayon Polis X12 X10 Patrul Xidməti inspektorları tərəfindən ona qarşı hər hansı bir qanunazidd hərəkətlərə yol verilməsi halları aşkar edilməmişdir. İş materiallarında olan Şamaxı RPŞ TİQ-nun baş inspektoru, polis polkovnikleytenantı Xaliq Məmmədov tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, icraatına DİN-in BDYPİ-dən daxil olmuş xx.xx.2025-ci il tarixli, 3-13-16/2-İ- 2044xx/xx/2025 nömrəli məktubda, ünvan 2 ünvanında yaşayan vətəndaş X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş DYP İdarəsinə ünvanlamış olduğu müraciəti araşdırılaraq nəticəsi barədə vətəndaşa cavab verilməsi göstərilmişdir. Aparılmış araşdırma ilə müəyyən edilmişdir ki, müraciət müəllifi vətəndaş Sədi İsrəfilov xx.xx.2025-ci il tarixdə idarə etdiyi “Mersedes Benz" markalı, **-EX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə Şamaxı rayonu ərazisində hərəkətdə olarkən, İXM-nin 327.1-ci maddəsinin tələblərini pozduğuna görə Şamaxı RPŞ DYPB-nin YPX inspektoru, polis baş serjantı Yusif Xəlilov tərəfindən saxlanılaraq barəsində İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Araşdırma zamanı vətəndaş S.İsrəfilovun müraciətində YPX inspektoru Y.Xəlilov barəsində göstərmiş olduğu xüsusatlar təsdiqini tapmamış, müraciəti tərtib edilmiş inzibati protokolla bağlı qərəzli olaraq etməsi müəyyən edilmişdir. Göstərilənləri nəzərə alaraq, vətəndaş S.İsrəfilovun müraciəti əsasında aparılmış araşdırma zamanı Şamaxı RPŞ DYPB-nin YPX inspektorları tərəfindən sonuncuya qarşı hər hansı bir qanunazidd hərəkətlərə yol verilməsi halları aşkar edilmədiyindən, araşdırmanın nəticəsi barədə müraciət müəllifinə rəsmi məlumat verilməklə, toplanmış materialın Şamaxı RPŞ-də işə alınması məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının “Yol hərəkəti haqqında” Qanunun: 36-cı maddəsinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməli, yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalı, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, yol örtüyünü zədələməməli və ya çirkləndirməməli, yol nişanlarını çıxarmamalı, qarşısını kəsməməli, zədələməməli, özbaşına yol nişanları, svetoforlar və hərəkətin təşkilinin digər texniki vasitələrini quraşdırmamalı, hərəkətə maneçilik törədən əşyaları və ya materialları ataraq, boşaldaraq və ya yolda qoyaraq yol hərəkətini çətinləşdirməməli və ya onun təhlükəsizliyi üçün qorxu törətməməli, (bu cür maneənin və ya təhlükənin yaranmasına yol verməmək mümkün olmadıqda, onların mümkün qədər tez aradan qaldırılması üçün lazımi tədbirlər görməli, bunu dərhal etmək mümkün olmadıqda isə, əl altında olan vasitələrlə digər hərəkət iştirakçılarının xəbərdar edilməsini və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına məlumat verilməsini təmin etməlidirlər), yol hərəkəti qanunvericiliyinə riayət olunması barədə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının sərəncamlarını yerinə yetirməli, nəqliyyat, yol, kommunal və digər müəssisə və təşkilatların vəzifəli şəxsləri, yolda hər hansı bir iş aparan fəhlələr, eləcə də digər şəxslər müəyyən edilmiş yol hərəkəti qaydalarına təsir göstərə biləcək maneələr yaratmaqdan və başqa hərəkətlərdən çəkinməlidirlər. 36-cı maddəsinin 2-ci bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar. 77-ci maddəsininin 1-ci bəndinə əsasən eyni əhəmiyyətli olmayan yolların kəsişdiyi yolayrıcında, ikinci dərəcəli yolla hərəkət edən nəqliyyat vasitəsinin sürücüsü, baş yolla yolayrıcına yaxınlaşan nəqliyyat vasitələrinə, onların sonrakı hərəkət istiqamətindən asılı olmayaraq, yol verməlidir. Həmin maddənin 3-cü bəndində əsasən eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcında relssiz nəqliyyat vasitəsinin sürücüsü sağdan yaxınlaşan nəqliyyat vasitələrinə yol verməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1 və 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qəbul edilən qərarlardan biri də qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılmasıdır. İlk öncə qeyd edilməlidir ki, 16 oktyabr 2025-ci il tarixli, TP ******* nömrəli nömrəli inzibati tənbeh vermə haqqında qərardan X6 tərəfindən şikayət Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş 20 günlük müddət ötürülməklə verilsə də, məhkəmə yuxarı səlahiyyətli orqana müraciət etməsini, həmin şikayət üzrə cavab məktubunu xx.xx.2025-ci il tarixdə almasını və xx.xx.2025-ci il tarixdə məhkəməyə şikayət ərizəsi ilə müraciət etməsini nəzərə alaraq, müddətin ötürülməməsi, şikayətin vaxtında verilməsi nəticəsinə gəlmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində yuxarı səlahiyyətli orqana edilən müraciət nəticəsində cavab sənədini (məktubunu) əldə edildikdən sonra məhkəmə müraciət edilməsi və ya edilə bilməməsi ilə bağlı hər hansı məhdudlaşdırıcı norma olmadığından məhkəmə şəxsin məhkəməyə müraciət etmək hüququnun məhdudlaşdırılmasını məqsədə uyğun hesab etməməklə, şikayəti icraata qəbul edib, baxmışdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, X3 xx.xx.2025-ci il tarixdə “MERCEDES BENZ C200” markalı, **-EX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yol nişanlarının tələblərini pozması inzibati tənbeh vermə haqqında qərar və iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirildiyindən, onun qeyd edilən inzibati xətanın törədilməsində təqsirli bilinməsinə dair inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır. Eyni zamanda, qeyd edilməlidir ki, Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şamaxı rayonu polis baş leytenantı X4 tərəfindən qəbul edilmiş 16 oktyabr 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X7 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Qürur Abasov
Məhkəmə qərarları › İş №3(074)-461/2025
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-461/2025
14.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver