Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-463/2023 27.11.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X7, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxxx 1991-ci ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şamaxı rayon Polis Şöbəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X11 izahatında göstərdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə Şamaxı şəhəri, 48 A məhəlləsidə yerləşən taxıl sahəsində qumar oyunları oynaması aşkar edilmişdir. Bununla da o, Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verib bildirdi ki, xx.xx.2023-cü il tarixdə dostları X4, X9 və X2 ilə birlikdə Qəbələ rayonundan gəldikdən sonra marketdən spirtli içki alaraq pulnan oyun oynamaq üçün Şamaxı şəhəri, 48 A məhəlləsində yerləşən açıqlıq sahəyə getmişlər. Daha sonra razılaşmışlar ki, ortalığa hər adama 50 manat pul qoysunlar və puldan oyun oynasınlar, əgər kim oyunu udsa bu pulu götürsün və axşam restorana gedib yeyib-içsinlər. Bundan sonra spirtli içki içərək qumar oynamaya başlamışlar. Təxminən bir müddətdən sonra polis əməkdaşları onlara yaxınlaşaraq özlərini təqdim etdikdən sonra pozduqaları qanun pozuntusunu onlara izah edərək barələrində qanuni tədbir görülməsi üçün onları RPŞ-nə dəvət etmişlər. Əlavə olaraq bildirdi ki, günahkardırlar, səhvləri var, qumar oynamışlar. Ortada 34 manat pul olmuş, pul ortalıqda deyil hər kəsin öz yanında olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı RPŞ-nin İTB-nin sahə polis nəfəri, polis baş serjantı X10 izahat verib bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 15 radələrində Şamaxı RPŞ-nin İTB-nin sahə polis nəfərləri, polis baş serjantları Elgiz Şahbazov və Mirdadaş Seyidovla birlikdə xidməti ərazidə olan zaman Şamaxı şəhəri, 48 A məhəlləsində açıqlıq sahədə 4 nəfər şəxsin qumar oynamasını görüb həmin şəxslərə yaxınlaşıb özlərini təqdim etmişlər və pozuqları qanun pozuntusunu izah edib barələrində qanuni tədbir görülməsi üçün onları RPŞ-nə dəvət etmişlər və həmin şəxslər onlarla birlikdə RPŞ-nə gəlmişlər. RPŞ-də məlum olmuş ki, qumar oynayan şəxslər X3, Rəhimov Süleyman X1 və Şəxsdur. Eyni zamanda bildirdi ki, həmin şəxslərə yaxınlaşan zaman qumar oynadıqları pul hər kəsin öz qarşısında olmuşdur. İş materiallarında olan sərxoşluğun xüsusi texniki vasitə ilə müəyyən edilməsi barədə qəbzdən görünür ki, xx.xx.2023-cü il tarixdə saat 15:19 radələrində Şəxs qanında alkoqolun konsentrasiyasının həcmi 0.7577 litrdir. İş materiallarında olan Şamaxı RPŞ-nin İTB-nin polis sahə nəfəri, polis baş serjantı Elgiz Şahbazov tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Şamaxı şəhəri, 48 A məhəlləsi ərazisində xidmətdə olduqları zaman taxıl sahəsində tanımadıqları dörd nəfər şəxsin qumar oyunu oynadığını görmüşlər. Həmin şəxslər tərəflərindən saxlanılaraq RPŞ-nə dəvət edilmişlər. Həmin şəxslərin qumar oyunu oynadıqlarını sübuta yetirən 38 (otuz səkkiz) manat pul və 54 (ədəd) oyun kartı təhvil götürülmüşdür. İş materiallarında olan Şamaxı RPŞ-nin İTB-nin polis sahə nəfəri, polis baş serjantı Elgiz Şahbazov tərəfindən tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli raportundan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 15 radələrində Şamaxı RPŞ-nin İTB-nin sahə polis nəfərləri, polis baş serjantları Mirdadaş Tağıyev və Famil Məmmədovla birlikdə xidməti ərazidə olan zaman Şamaxı şəhəri, 48 A məhəlləsində açıqlıq sahədə 4 nəfər şəxsin qumar oynamasını görüb həmin şəxslərə yaxınlaşıb özlərini təqdim etmişlər və pozuqları qanun pozuntusunu izah edib barələrində qanuni tədbir görülməsi üçün Şamaxı RPŞ-nə dəvət etmişlər və həmin şəxslər onlarla birlikdə RPŞ-nə gəlmişlər. RPŞ-də məlum olmuş ki, qumar oynayan şəxslər X3, X4, X9 və Şəxsdur. İş materiallarında olan video diskə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, 4 nəfər şəxsin qarşısında pul və əllərində oyun kartları vardır və həmin şəxslərin qumar oynamaqları görünür. Polis əməkdaşı onlara yaxınlaşaraq pulları onların yanından götürür. Məhkəmə, inzibati xəta haqqında tərtib edilmiş protokolu və ona əlavə edilmiş sənədləri tədqiq edib hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsiri tam sübuta yetirilir. Azərbaycan Respublikasının İXM-nin 525-ci maddəsinə əsasən qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər gəlir müsadirə edilməklə üç min manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərək belə qənaətə gəlir ki, Şəxs tərəfindən İXM-nin 525-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi, inzibati xəta haqqında protokol və işin araşdırılmış digər halları ilə tam sübuta yetirilir. Onun inzibati məsuliyyətini istisna edən və icraatı rədd edən hallar yoxdur. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən olunmamasını nəzərə alıb, hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsinin sanksiyası çərçivəsində oyun ləvazimatı və qumara qoyulmuş pul vəsaitləri müsadirə edilməklə, cərimə inzibati tənbehi tətbiq olunmalıdır. Şamaxı rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(074)-461/2023 saylı qərarı ilə oyun ləvazimatının (kart) və qumara qoyulmuş pul vəsaitlərinin müsadirə edilməsi nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilərək 3000(üç min) manat cərimə edilsin. Şamaxı rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(074)-461/2023 saylı qərarı ilə oyun ləvazimatının (kart) və qumara qoyulmuş pul vəsaitlərinin müsadirə edilməsi nəzərə alınsın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Natiq İsmayılov
Məhkəmə qərarları › İş №3(074)-463/2023
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-463/2023
27.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver