Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-463/2024 27.08.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi X11 oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi ilə, şikayətçi X7 və Şamaxı RPŞ-nin İTB-nin sahə inspektoru X2 iştirakı ilə, Şamaxı Rayon Polis Şöbəsinin MN ******* nömrəli, 31 may 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından X7 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Şamaxı Rayon Polis Şöbəsinin MN ******* nömrəli, 31 may 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 354.0.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 80 manat cərimə edilmişdir. İnzibati tənbeh haqqında qərardan narazı qalan X7 şikayət verərək həmin qərarın ləğv edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şamaxı Rayon Məhkəməsinin 3(074)-463/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə, X7 tərəfindən verilmiş şikayət təmin edilməmiş və Şamaxı Rayon Polis Şöbəsinin MN ******* nömrəli, 31 may 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmışdır. X7 qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 3(105)-322/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə, Şamaxı Rayon Məhkəməsinin 3(074)-463/2024 saylı, 08 iyul 2024-cü il tarixli qərarı ləğv edilmiş və material yenidən baxılması üçün birinci instansiya məhkəməsinə yeni məhkəmə baxışı mərhələsinə qaytarılmışdır. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə Şamaxı rayon polis şöbəsinin əməkdaşları baş leytenant Osmanov Elçin və leytenant Xəlilov Əkbər (adlarını sonradan özü öyrənmişdir) özlərini təqdim etmədən yaşadığı evə gələrək, onu küçəyə çağırıb və bir gün əvvəl evlərində təmir işləri ilə əlaqədar alınmış və yaşadıqları evin yanına (şəxsi avtomobillərini saxladıqları yerə) boşaltdıqları qum üçün cərimə yazılacağını bildirmişlər və o, öz növbəsində heç bir narahatçılıq olmadığını və qumu dərhal həyətə daşıyacaqlarını bildirmişdir. Onlar isə buna əhəmiyyət vermədən cərimə yazılacağını bildirmişlər. O, isə səbrli və təmkinli formada onlara bildirmiş ki, evin mülkiyyətçisi o deyil, ev valideyinlərinə məxsusdur və qumu onlar almışlar və onlar hazırda işdədirlər, onlar işdən gəldikdən sonra yaxınlaşıb müvafiq protokolu tərtib edə bilərlər. Bundan sonra həmin polis əməkdaşları onun səbrli və təmkinli davranışına məhəl qoymadan onu təhqir etmiş, hədə-qorxu gələrək, ona qarşı fiziki qüvvə tətbiq edərək və post-patrul çağırıb onu polis şöbəsinə aparacaqlarını bildirmişlər. O, isə öz növbəsində polis əməkdaşlarına qarşı pis rəftar etmədiyi halda, təhqir etmədiyi halda hansı səbəbdən onu polis şöbəsinə aparacaqlarını soruşmuş və 102 qaynar xəttinə onların qanunsuz hərəkətləri barədə şikayət edəcəyini xəbərdarlıq etmiş və 102 qaynar xəttinə şikayət etmişdir. O, həmin polis əməkdaşlarından 102 qaynar xəttinə şikayət edən kimi tələsik çıxıb getmişlər. Daha sonra həmin polis əməkdaşları barədə 102 qaynar xəttinə etmiş, şikayət barədə Şamaxı polis şöbəsinə çağırıldığı vaxt məlum olmuş ki, həmin polis əməkdaşları cərimə protokolunu evin mükiyyətçisi əvəzinə, onun evin mülkiyyətçisi olmadığına baxmayaraq qanunsuz olaraq, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 354.01.1-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında MN ******* saylı, 31 may 2024-cü il tarixli qərar qəbul edilmiş və o, 80 manat cərimə olunmuş və ona bu günədək heç bir sənəd təqdim edilməmişdir. Cərimə protokolu ilə bağlı Şamaxı rayon Polis şöbəsinə dəfələrlə şifahi və yazılı müraciət etməyinə baxmayaraq ona cərimə qərarı və protokolu təqdim edilməmiş və məhkəməyə müraciət etməyini şifahi formada bildirilmişdir. Qeyd edilən inzibati tənbeh vermə haqqında MN ******* saylı, 31 may 2024-cü il tarixli qərar əsassız olduğundan ləğv edilməlidir. Belə ki, iş üzrə protokol tərtib edilərkən qeyd edilmiş ünvana qumun kim tərəfindən alınıb tökülməsi, ünvanın kimə məxsus olması, inzibati xətanı kimin törətməsi tam və ətraflı araşdırılmamış və qanunsuz olaraq onun barəsində cərimə protokolu tərtib edilmişdir. Əlavə olaraq tərtib edilmiş cərimə protokolu bu günədək ona təqdim edilməmiş və təqdim edilməkdən imtina edilmiş və məhkəməyə müraciət etməyini bildirilmişdir. Protokol barədə dəqiq məlumatı isə ona məxsus inzibati xətaların göründüyü elektron kabinetə yerləşdirildikdən sonra əldə edilmişdir. Elektron kabinetdədə törədilmiş inzibati xəta barədə heç bir təsdiq edən sənəd, xüsusi texniki vasitə ilə çəkilmiş foto və video görüntü və evin mülkiyyətçisini göstərən sübutlar əlavə edilməmişdir. Bu göstərdiyi hallar isə qərarın qanunsuz olduğunu bir daha sübuta yetirir. Odur ki, barəsində qəbul edilmiş İnzibatı Xətalar Məcəlləsinin 354.0.1-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında MN ******* saylı, 31 may 2024-cü il tarixli qərarı ləğv edərək, iş üzrə icraata xitam verilməsinə dair qərar qəbül edilməsi xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X7 izahat verərək bildirdi ki, ünvan 1 ünvanında daimi qeydiyyatdadır və valideynləri ilə birlikdə həmin ünvanda yaşayır. Həmin ev valideylərinin mülkiyyətindədir. Həmin vaxt küçəyə qum anası və atası tərəfindən tökülmüşdür. Sadəcə polislər gələrkən o, küçəyə çıxmış və onun barəsində protokol tərtib edilmişdir. Hesab edir ki, protokol evin mülkiyyətçisi barəsində tərtib edilməli idi. O, polislərə valideynlərinin işdə olduğunu və saat 6-dan sonra gəlib protokol tərtib edə biləcəklərini bildirmişdir. Polis əməkdaşları tərəfindən mülkiyyətçi araşdırılmadan protokol tərtib edilmişdir. Odur ki, barəsində qəbul edilmiş MN ******* saylı, 31 may 2024-cü il inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması barədə qərar qəbul edilməsi xahiş etdi. Əlavə olaraq bildirdi ki, küçəyə tökülən qum bir neçə saatdan sonra oradan tam yığışdırılmışdır. Həmçinin o, başqa şəxslər tərəfindən də eyni pozuntuya yol verilməsi ilə bağlı şəkilləri təqdim edərək onlar barəsində inzibati protokol tərtib edilmədiyini bildirdi. Məhkəmə iclasında iştirak edən Şamaxı RPŞ-nin İTB-nin sahə inspektoru X4 izahat verərək bildirdi ki, X1 şəhəri, M.Qədirli küçəsi, ev 33 ünvanında qeydiyyatdadır və bu səbəbdən də Ramin Maxsudov barəsində tərtib edilmişdir. Belə ki, həmin vaxt Ramin Maxsudov həmin ünvanda həm qeydiyyatda olmuş və həmçinin yaşayırdı. X5 barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolu və qəbul olunmuş qərarı qanuni və əsaslı hesab edərək, qərardan barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X7 tərəfindən verilmiş şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 göstərdi ki, xx.xx.2024-cü il tarixdə Şamaxı şəhəri, M.Qədirli küçəsində qumun yolun hərəkət hissəsində yığılması müəyyən olunmuşdur. Həmin vaxt polis əməkdaşları həmin ünvanda olmuşlar və pozuntunun aradanqaldırılması tələb edilmişdir. X3 polis əməkdaşları hədələmiş və qanunun tələblərinə tabe olmamışdır. Həmin vaxt fərdi yaşayış evindən sonradan şəxsiyyəti onlara məlum olmuş Ramin Maxsudov çıxmış və pozuntu törətmiş olmasını etiraf etmiş və tez bir zamanda aradan qaldıracağını bildirmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, şikayəti və iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 31 may 2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan və həmin protokol əsasında qəbul edilmiş 31 may 2024-cü il tarixli il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 xx.xx.2024cü il tarixdə Şamaxı şəhəri M.Qədirli küçəsində yolun hərəkət hissəsinə qum materiallarını tökməsi aşkar edilmişdir. Buna görə də, X7 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 354.0.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X4 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə Şamaxı RPŞ-nin İTB-nin sahə rəisi Əkbər Xəlilov ilə birlikdə xidmətdə olan zaman Şamaxı şəhəri, M.Qədirli küçəsində vətəndaş X7 tərəfindən yolun hərəkət hissəsində materialların yığılması və predmetlərin saxlanılması tərəfimizdən aşkar edilmiş və vətəndaş X7 barəsində Azərbaycan Respublikası İXM-nin 354.0.1-ci maddəsinə əsasan protokol tərtib etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli aktdan görünür ki, vətəndaş X7 barəsində toplanmış materialı imzalamaqdan və izahat verməkdən imtina etmişdir. İş materiallarında olan fotoşəkillər X6 təqdim edilərkən o, qumun həqiqətən də onun valideynləri ilə birlikdə yaşadığı həyətinin qarşısına töküldüyünü və qumun bir gün əvvəl valideynləri tərəfindən töküldüyünü bildirdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 354.0.1-ci maddəsinə əsasən yolun hərəkət hissəsində və ya səkilərdə materialların yığılması və predmetlərin saxlanılmasına (səkilərdə materialların və ya predmetlərin saxlanılması nəticəsində yaranmış məhdudiyyətlərin piyadaların gediş-gəlişi üçün yolun hərəkət hissəsindən istifadə etməsinə səbəb olmadığı hallar istisna olmaqla), yol hərəkətinin təhlükəsizliyinə mane olan şərait yaradılmasına və yolların hərəkət hissəsində, habelə yolların, yol qurğularının tikintisi və təmiri ilə əlaqədar olmayan yüklərin yüklənməsinə və ya boşaldılmasına görə fiziki şəxslər səksən manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qəbul edilmiş inzibati aktların ləğv edilməsi üçün hər hansı bir əsas müəyyən edilmədiyindən və bununla da verilmiş şikayətin dəlilləri əsassız olduğundan, X7 tərəfindən verilmiş şikayət təmin olunmamalı, Şamaxı Rayon Polis Şöbəsinin MN ******* nömrəli, 31 may 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X7 tərəfindən verilmiş şikayət təmin edilməsin. Şamaxı Rayon Polis Şöbəsinin MN ******* nömrəli, 31 may 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №3(074)-463/2024
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-463/2024
27.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver