Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 3(074)-464/2024 04.07.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayonu YPX inspektoru, polis baş serjantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, 16 avqust 1993-cü ildə İsmayıllı rayonu, Əhən kəndindən anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Şamaxı rayon Polis Şöbəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Şamaxı rayonu YPX inspektoru, polis baş serjantı X2 izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 00:30 radələrində Şəxs idarə etdiyi “KİO RİO” markalı **-VX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən zaman Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1, 329.3 və 333-1.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1, 329.3 və 333-1.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verib bildirdi ki, xx.xx.2024-cü il tarixdə ona polis əməkdaşları tərəfindən saxla işarəsi verilmiş, lakin anasının maşında olması və vəziyyətinin yaxşı olmaması səbəbindən saxlamamışdır. Sonradan polis əməkdaşları ilə əlaqə saxlamış və onu polis şöbəsinə aparmışlar. Müayinə edilən zaman narkotik vasitəsindən istifadə etməsi aşkar olunmuşdur. Əlavə olaraq bildirdi ki, o, həmin vaxt narkotik vasitədən istifadə etməmiş, amma 2 aydan çoxdur ki, istifadə etmiş və cərimənin ödənilməsinədə maddi imkanı yoxdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 00:30 radələrində Şəxs idarə etdiyi “KİO RİO” markalı **-VX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən zaman Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1, 329.3 və 333-1.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 3033 nömrəli “sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, müayinə zamanı Şəxs sidiyində marixuana qəbul etməsi faktı aşkarlanmışdır. İş materiallarında olan DİN-nin DYP hökumət portalından çıxarışdan görünür ki, xx.xx.1993-cü il təvəllüdlü Şəxs BD075156 nömrəli, xx.xx.2024-cü il tarixli sürücülük vəsiqəsini əldə etmişdir. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(101)-812/2020 saylı hökmünün surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinərək 5 il müddətini azadlıqdan məhrum etmə cəzasına məhkum edilməklə, 4 il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Şamaxı rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli, 169/5 saylı məktubundan görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(101)-812/2020 saylı hökmünə əsasən Şamaxı şəhəri A.B.Naseh küçəsi ev 2-də qeydiyyatda olan xx.xx.1993-cü il təvəllüdlü Şəxs 5 il müddətini azadlıqdan məhrum etmə cəzasına məhkum edilməklə, 4 il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə cəzasına məhkum edilmişdir. Əlavə cəzanın icrası barədə hökm xx.xx.2023-cü il tarixdə şöbənin icraatına daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. Azərbaycan Respublikası Prezidentinin Məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalqının Ümumilli X3 100 illik yubileyi münasibəti ilə əfv olunması haqqında xx.xx.2023-cü il tarixli, 3875 nömrəli Sərəncamına əsasən məhkum Şəxs cəzasının azadlıqdan məhrumetmə çəkilməmiş hissəsindən xx.xx.2023-cü il tarixdə azad edilmişdir. Məhkum Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilmə barədə əlavə cəzanın əvvəli xx.xx.2023-cü il, sonu xx.xx.2027-ci il tarixdir. O, əlavə cəzadan 1 il 1 ay 26 gün müddətini çəkmiş, cəzanın çəkilməmiş müddəti 2 il, 10 ay, 4 gün təşkil edir. Məhkəmə, protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, proses iştirakılarının dinlədikən sonra hesab edir ki, inzibati xəta haqqında material natamam olduğundan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75.0, 75.0.1, 75.0.3, 75.0.4 və 75.0.7-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 106.0, 106.0.3 və 106.0.5-ci maddələrinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən digər məsələlərlə yanaşı inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsi, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanılıbtoplanılmaması məsələsini həll edir. Məhkəmə ilk növbədə qeyd edir ki, xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolda xətanın törədildiyi yer göstərilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.4-cü maddəsinə əsasən inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti inzibati xəta haqqında protokolda göstərilir. Bundan əlavə məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(101)-812/2020 saylı hökmünə əsasən 5 il müddətini azadlıqdan məhrum etmə cəzasına məhkum edilməklə, 4 il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalqının Ümumilli X3 100 illik yubileyi münasibəti ilə əfv olunması haqqında” xx.xx.2023-cü il tarixli, 3875 nömrəli Sərəncamına əsasən məhkum Şəxs azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Lakin Şəxs çəkilməmiş əlavə cəzası olmuş, onun nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilmə barədə əlavə cəzasının əvvəli xx.xx.2023-cü il, sonu xx.xx.2027-ci il tarixdir. O, əlavə cəzadan 1 il 1 ay 26 gün müddətini çəkmiş, cəzanın çəkilməmiş müddəti 2 il, 10 ay, 4 gün təşkil edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Beləliklə, məhkəmə qeyd olunanları inzibati xəta haqqında materialın natamamlığı kimi qiymətləndirməklə, işə baxılarkən bu natamamlığın aradan qaldırılmasını qeyrimümkün hesab edir və belə olduğu təqdirdə, məhkəmənin gəldiyi qənaətə görə, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 106 və 109-cu maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında material geri qaytarılsın. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №3(074)-464/2024
Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №3(074)-464/2024
04.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver