Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-465/2023 14.11.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon Polis Şöbəsinin İTBnin sahə rəisi X1 oğlunun, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1984-cü ildə Şamaxı rayonu, Quşçu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şamaxı rayon Polis Şöbəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X5 izahatında göstərdi ki, vətəndaş Şəxs xx.xx.2023-cü il tarixdə saat 08:00 radələrində Şamaxı şəhəri, Aş.Məmmədağa küçəsində vətəndaş Zərərçəkmiş şəxs döyməsi faktı alınmış, izahatlar və MTE-nin 321 saylı rəyi ilə öz təsdiqini tapmışdır. Lakin Şəxs əməli hazırkı qanunvericiliyə əsasən Azərbaycan Respublikasmm İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin əlamətləri olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, onun hərkəslə münasibəti yaxşıdır, kimsəylə aralarında dava-dalaş və ədavət olmamışdır. Zərərçəkmiş şəxs həmkəndlisidir və onunla münasibəti yaxşı deyildir. Zərərçəkmiş şəxs və atası Əmirağa Məcidov arasında mütamadi olaraq mübahisələr baş vermiş, onların mübahisələrinə müdaxilə etməmiş və 2006-cı il tarixdən yuxarıda göstərilən ünvanda yaşamır. xx.xx.2023-cü il tarixdə Şamaxı şəhərinə şəxsi işi ilə əlaqədar gəlmiş, həmin zaman işlərini həll etdikdən sonra atası Əmirağa Mecidovun evinə baş çəkmişdir. Həmin gün saat 08 radələrində ata evinin qarşısında olduğu zaman Zərərçəkmiş şəxs evindən çıxdığını görüb, sonuncu ilə salamlaşaraq, atası Əmirağa Mecidovun həyətinə keçmiş və evin girişində qoz ağacında qoz yığaraq yeməyə başlamışdır. Təxminən 3-5 dəqiqə sonra Zərərçəkmiş şəxs arvadı Güldəstənin küçəyə çıxaraq, əlində olan bel ilə atasına məxsus evin qarşısında olan çənin altından palçıq götürərək, çənin üstünə tullamış, nə etdiyini soruşduqda Güldəstə Feyzullayeva onun ölmüş anasının qəbrini söyərək, əlində olan beli üstünə ataraq ailə üzüvlərini söyməyə davam etmişdir. Söyüş söyməməsini sakit olmasını bildirmiş, mübahisə zamanı atası Əmirağa Məcidov onu qolundan tutaraq həyətə salıb, mübahisə etməməyini demişdir. Yenidən küçəyə çıxmış, atası Əmirağa Məcidov küçədə olan zaman Zərərçəkmiş şəxs evlərinin qarşısına gəlib və atası Əmirağa Məcidov ilə mübahisə etməyə başlamışdır. O, həmin zaman hadisə yerindən uzaqlaşaraq Bakı şəhərinə getmuşdir. Zərərçəkmiş şəxs mütamadi olaraq atası Əmirağa Mecidovu təziq göstərməklə, hazırda yaşadığı evi satmasını tələb edir və ünvanlarına nalayiq ifadələr işlədir, onu və ailə üzüvlərinin ata evlərinə gəlməyinə problem yaradır. Hadisə ilə bağlı Zərərçəkmiş şəxs təhlükəsizlik kameralarında lazımı görüntülər vardır. Həmin hadisə zamanı o, Zərərçəkmiş şəxs qarşı heç bir qanunsuz hərəkət etməmişdir. Baş verən hadisə zamanı hadisə yerində o, atası Əmirağa Məcidov, Zərərçəkmiş şəxs və Güldəstə Feyzullayeva olmuş, başqa heç kim olmamışdır. Baş verən hadisə təxminən ümumilikdə üç-beş dəqiqə ərzində davam etmişdir. Zərərçəkmiş şəxs döyməmiş, aralarında mübahisə baş vermişdir. Eynji zamanda bildirir ki, Zərərçəkmiş şəxs onu söydüyünə görə oda qarşılıqlı onu söymüşdür. Odur ki, məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahat verib bildirdi ki, Əmirağa Məcidov qonşusu olmaqla yanaşı, onunla əvəllər münasibətiləri yaxşı olmuş, lakin sonradan mütamadi olaraq aralarında mübahisələr baş vermiş və bu günə qədər mübahisələri davam edir. xx.xx.2023-cü il tarixdə saat 08 radələrində Əmirağa Mecidovun evinin qarşısında yerləşdirdiyi, su çəninin suyunun evinin qarşısına axdığını görmüşdür. Bundan sonra Əmirağa Mecidova səslənərək çənin suyunun evinin qarşısına axdığını bildirmişdir. Bu zaman Əmirağa Məcidov və oğlu Ramil yaşadığı evlərinin həyətindən çıxmaqla üzərinə gəlmiş, Ramil Məcidov əlində götürdüyü bel ilə sol qolundan iki dəfə vurmuşdur. Bundan sonra o, Azərbaycan Respublikasının DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Hadisə zamanı Əmirağa Məcidov və oğlu Ramil Məcidov onu və ailə üzüvlərini söyüb təhqir etmiş, onu öldürməklə hədələmişdir. Əmirağa Məcidov əvəllərdə ona qarşı qanunsuz hərəkətlər etmiş, lakin qonşusu olduğu üçün rayon polis şöbəsinə müracət etməmişdir. Baş verən hadisə zamanı hadisə yerində o, Əmirağa Məcidov və Ramil Məcidov olmuş, başqa heç kim olmamışdır. Baş verən hadisə təxminən ümumilikdə üç-beş dəqiqə ərzində davam etmişdir. Hazırda onunla barışmamış, onun barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahat verib bildirdi ki, onun hərkəslə münasibəti yaxşı olmaqla, kimsəylə aralarında dava- dalaş və ədavət olmamışdır. Zərərçəkmiş şəxs həmkəndlisi və qonşusu olmaqla, onunla münasibəti yaxşı olmamış, aralarında əvəllər mübahisələr olmuşdur. Onun evinin qarşısında su çəni vardır ki, çənin bir neçə gündür ki, krantından su sızması olur, çəndən sızan su yola axır. xx.xx.2023-cü il tarixdə saat 08 radələrində oğlu Namiq Məcidov evlərinə gəlmiş, evin girişində qoz yeməyə başlamış, həmin zaman o, həyətdə çay içirmiş, həmin zaman Zərərçəkmiş şəxs arvadı Güldəstə Feyzullayev ilə oğlu Namiqlə mübahisə edib, oğlu Namiqi söyüb təhqir etdiyini görmüşdür. O, küçəyə çıxdığı zaman, Güldəstə Feyzullayevanın evinin qarşısında olan suyun evinə axdığını, suyu yığışdırın demişdir. O, oğlu Namiqin qolundan tutaraq həyətə aparmış və yenidən küçəyə çıxmışdır. Bundan sonra Zərərçəkmiş şəxs evinin qarşısına gələrək onu üzündən iki şillə vurmuşdur. Bundan sonra o, qaçaraq həyətə girmişdir. Daha sonra Azərbaycan Respublikasının DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. O, Zərərçəkmiş şəxs döyməmiş, aralarındada mübahisə baş vermişdir Zərərçəkmiş şəxs ona təziq göstərək evini satmağını istəyir. Bununla bağlı bir neçə dəfə ona pulda təklif etmişdir. Həmin hadisə zamanı o, Zərərçəkmiş şəxs qarşı heç bir qanunsuz hərəkət etməmişdir. Baş verən hadisə zamanı hadisə yerində o, oğlu Natiq Məcidoc, Güldəstə Feyzullayeva və Zərərçəkmiş şəxs olmuş, başqa heç kim olmamışdır. Baş verən hadisə təxminən ümumilikdə üç-beş dəqiqə ərzində davam etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 şahid X6 ilə eyni məzmunlu izahat verdi. İş materiallarında olan xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şamaxı şəhər A.Məmmədağa küçəsində yaşayanlar X6, X3, Zərərçəkmiş şəxs müraciətləri əsasmda toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Bakı şəhər Abşeron rayon Müşfiqabad qəsəbəsində yaşayan Şəxs barədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarm surəti rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinə verilmiş, qərarın sürəti münaqişəli ailə kimi qeydiyyata almması məqsədi ilə RPŞ-nin İTB-nə verilmiş, qərarın surəti Zərərçəkmiş şəxs verilməklə qəbul edilmiş qərardan narazı qaldıqları halda prossesual rəhbərliyi həyata keçirən prokurora və ya məhkəməyə şikayət etmək hüquqlarının olduğu onlara izah edilmiş, qərarın surəti prosessual rəhbərliyi həyata keçirən Şamaxı rayon prokuroruna göndərilmiş, toplanmış material saxlanması üçün Şamaxı rayon polis şöbəsinin arxivinə verilmişdir. Həmin qərardan görünür ki, MTE-nin 02 oktyabr 2023-cü il tarixli 321 saylı ekspert rəyində Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərin ağız boşluğunun sol yarısında, sağ dirsək sağ bazu oynağının və sol kürəkaltı nahiyyənin, qançırları küt əşya təsirindən törənməklə xx.xx.2023-cü il tarixdə kənar şəxs tərəfindən yetirilməsinin mümkün olmasmı, Zərərçəkmiş şəxs almış olduğu xəsarətin sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsinin təyin edilməməsi göstərilmişdir. İş materiallarında olan Şamaxı rayon Polis Şöbəsinin TQ-nin təhqiqatçısı, polis baş leytenantı Şəmşir Şirinov tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli raportdan görünür ki, 29 sentyabr 2023-cü il tarixdə, saat 08:34-də Azərbaycan Respublikası DİN-nin 102 xidmətindən Şamaxı rayon polis şöbəsinin növbətçi hissəsinə daxil olmuş məlumatda Şamaxı şəhər A.Məmmədağa küçəsində yaşayanlar X4 Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək qonşusu Güldəstənin, onu və oğlunu söyüb təhqir etməsi göstərilmişdir. Vət: X6 29 sentyabr 2023-cü il tarixdə Şamaxı rayon polis şöbəsinə ərizə ilə müraciət edərək həmin tarixdə qonşusu Mazan adlı şəxsin onu öldürməklə hədələməsini göstərmişdir. Vət: X2 29 sentyabr 2023-cü il tarixdə Şamaxı rayon polis şöbəsinə ərizə ilə müraciət edərək həmin tarixdə qonşusu Zərərçəkmiş şəxs tərəfindən döyülməsini göstərmişdir. Vət: Zərərçəkmiş şəxs 29 sentyabr 2023-cü il tarixdə Şamaxı rayon polis şöbəsinə ərizə ilə müraciət edərək həmin tarixdə qonşusu Ramil Məcidov tərəfindən döyülməsini göstərmişdir. Araşdırma zamanı müəyyən edildi ki, 29 sentyabr 2023-cü il tarixdə yaşadıqları Şamaxı şəhər A.Məmmədağa küçəsində Şəxs, Zərərçəkmiş şəxs döyməsi faktı alınmış izahatlar və MTE-nin 321 saylı rəyi ilə öz təsdiqini tapmışdır. Hazırkı qanunvericiliyə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta hesab edilir. Həmçinin tərəflər münaqişəli ailə kimi qeydiyyata alınması məqsədi ilə RPŞ-nin İTB-nə qərarın sürəti verilməlidir. Ona görə də toplanmış materialda cinayət tərkibi olmaması əsası ilə 09 oktyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.2, 86 və 212-ci maddələrinə əsasən cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilərək Bakı şəhər Abşeron rayon Müşfiqabad qəsəbəsində yaşayan Şəxs barədə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi üçün və tərəflər münaqişəli ailə kimi profilaktiki qeydiyyata alınmaqla qərarın surəti rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinə verilmişdir. Məhkəmə hesab edir ki, İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, zərər çəkmiş şəxsin izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alıb, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməli, onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №3(074)-465/2023
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-465/2023
14.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver