Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-466/2024 05.07.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs qanuni təmsilçisi X3 iştirakı ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsi ndən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs qanuni təmsilçisi X5 izahat izahat verib bildirdi ki, onlar tərəfindən gömrük bəyannamələri üzrə Xaçmaz Gömrük İdarəsində rəsmiləşdirməklə Rusiya Federasiyasına yüklər ixrac etmiş və xarici iqtisadi fəaliyyətin heyata keçirilməsi nəticəsində əldə etdiyi xarici valyuta vəsaitləri Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq MMC-nin Azərbaycan Respublikasında müvəkkil edilmiş bank hesabına tam köçürülmüşdür. Odur ki, EYNALLİ QARDAŞLAR” Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə icraata xitam veriməsini xahiş etdi. Səlahiyyətli orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, səlahiyyətli nümayəndənin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokolundan görünür ki, Xaçmaz Gömrük İdarəsi, Rəsmiləşdirmə Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-33- 1700/012/002257 saylı raportunun icrası ilə əlaqədar olaraq bildirirəm ki, “Eynallı Qardaşlar" MMC tərəfindən 2023-ci il tarixdə 7 gömrük bəyannaməsi üzrə Xaçmaz Gömrük çarəsində rəsmiləşdirərək ixrac etdiyi yüklərin müqabilində köçürülməli olan 127064 ABŞ coıları (216008,80 manat) məbləğində vəsaitin MMC-nin müvəkkil bankda olan hesabına köçürülmədiyi qeyd edilmişdir. Dövlət Gömrük Komitəsinin “X1 Sistemin”-dən əldə etdiyimiz məlumata əsasən, “Eynallı Qardaşlar" MMCnın ********** saylı VÖEN-lə ünvan 1 ünvanında qeydiyyata'alınmış, fəaliyyəti aktivdir üquqi şəxsin rəhbəri Azərbaycan Respublikası vətəndaş şəxsiyyət vəsiqəsi seriya nömrəsi AZE AA2823999 olan, doğum tarixi 04.Ö1,1985-ci il təvəllüdlü. ünvan 2 ünvanında qeydiyyatda olan X4r. Aparılan araşdırma ilə əlaqədar. “Eynallı Qardaşlar" MMC-nin nümayəndəsi və rəhbəri X2 Gömrük İdarəsinə dəvət olunmuş, lakin, MMC-nin nümayəndəsi və rəhbəri X5 çağırış üzrə gəlməmiş və 127064 ABŞ dolları (216008,80 manat) məbləğində vəsaitin MMC-nin müvəkkil bankda olan hesabına köçürülməməsinin səbəbini də bildirməmişlər. Dövlət Gömrük Komitəsinin “Vais” sistemindən əldə etdiyi məlumata əsasən, 127064 ABŞ dolları (216008,80 manat) məbləğində vəsaitdən, 3665,87 ABŞ dolları (6231,98 manat) məbləğində vəsait MMC-nin müvəkkil olunmuş bank hesabına köçürülməmişdir. "xxxx" MMC tərəfindən Xaçmaz Gömrük İdarəsində ixrac gömrük prosedurunda rəsmiləşdirdiyi yüklərin mügabilində bəyanamələr üzrə köçürülməli olan 3665,87 ABŞ dolları (6231,98 manat) məbləğində vəsaitin Azərbaycan Respublikasındakı müvəkkil bankında olan hesabına köçürülməsi təmin edilməmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Şamaxı rayonu, Şamaxı eəhəri, Qaçaq Nəbi, Ev 11 ünvanında qeydiyyatda olan "xxxx" MMC-nin (Vöen:**********) 2023-cü ilin oktyabr ayı ərzində 7 gömrük bəyannaməsi üzrə 127064,00 ABŞ dolları dəyərində (216008,80 manat) “meyvə” məhsullarını Xaçmaz Gömrük İdarəsində rəsmiləşdirməklə Rusiya Federasiyasına ixrac etmiş və xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə etdiyi xarici valyuta vəsaitlərini Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq "xxxx" MMC-nin, Azərbaycan Respublikasında müvəkkil edilmiş bankının hesabına köçürməmişdir. Xarici valyuta vəsaitlərinin müvəkkil edilmiş bankının hesabına köçürülməsinin təmin edilməsi ilə bağlı şirkətin qeydiyyatda olduğu ünvana xx.xx.2024-cü il tarixli 3-33-1700/2-001093/2024 nömrəli bildiriş göndərilsə də, hazırkı dövrə qədər qeyd olunan vəsaitlərin köçürülmədiyi müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Xaçmaz Gömrük idarəsi, Rəsmiləşdirmə Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-33- 1700/012/002257 saylı raportunun icrası ilə əlaqədar olaraq bildirirəm ki, "xxxx" MMC tərəfindən 2023-ci il tarixdə 7 gömrük bəyannaməsi üzrə Xaçmaz Gömrük İdarəsində rəsmiləşdirərək ixrac etdiyi yüklərin müqabilində köçürülməli olan 127064 ABŞ dolları (216008,80 manat) məbləğində vəsaitin MMC-nin müvəkkil bankda olan hesabına köçürülmədiyi qeyd edilmişdir. Dövlət Gömrük Komitəsinin “X1 Sistemin”-dən əldə etdiyimiz məlumata əsasən, "xxxx" MMC-nin ********** saylı VÖEN-lə ünvan 4 ünvanında qeydiyyata alınmış, fəaliyyəti aktivdir, hüquqi şəxsin rəhbəri Azərbaycan Respublikası vətəndaşı, şəxsiyyət vəsiqəsi seriya nömrəsi AZE AA2823999 olan, doğum tarixi xx.xx.1985-ci il təvəllüdlü, ünvan 5 ünvanında qeydiyyatda olan X4r. Aparılan araşdırma ilə əlaqədar, "xxxx" MMC-nin nümayəndəsi və rəhbəri X2 Gömrük İdarəsinə dəvət olunmuş, lakin, MMC-nin nümayəndəsi və rəhbəri X5 çağırış üzrə gəlməmiş və 127064 ABŞ dolları (216008,80 manat) məbləğində vəsaitin MMC-nin müvəkkil bankda olan hesabına köçürülməməsinin səbəbini də bildirməmişlər. Dövlət Gömrük Komitəsinin “Vais” sistemindən əldə etdiyi məlumata əsasən, 127064 ABŞ dolları (216008,80 manat) məbləğində vəsaitdən, 3665,87 ABŞ dolları (6231,98 manat) məbləğində vəsait MMC-nin müvəkkil olunmuş bank hesabına köçürülməmişdir. Beləliklə də, "xxxx" MMC tərəfindən Xaçmaz Gömrük İdarəsində ixrac gömrük prosedurunda rəsmiləşdirdiyi yüklərin müqabilində bəyanamələr üzrə köçürülməli olan 3665,87 ABŞ dolları (6231,98 manat) məbləğində vəsaitin Azərbaycan Respublikasındakı müvəkkil bankında olan hesabına köçürülməsi təmin edilməmişdir. Bununla da, köçürülməmiş məbləğin dəyəri 20.000,00 (iyirmi min) manatdan az, yəni 6231,98 manat olduğu üçün, "xxxx" MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsinin tərkib əlaməti vardır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli icraatın başa çatdırılması haqqında raportdan görünür ki, 07 iyun 2024-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə təqsirli bilinən "xxxx" MMC barəsində 01400-04416/24 saylı inzibati xəta haqqında iş üzrə icraatı başa çatdırmışam. İşin icraatı zamanı "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulan hüquqpozmanın törədilməsinə dair kifayət qədər sübutlar toplanmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 3-33-1700/2-002153/2024 saylı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsinın məktubundan görünür ki, "xxxx" MMC-nin (Vöen:**********) tərəfindən sorğuda qeyd olunmuş gömrük bəyannamələri üzrə Xaçmaz Gömrük İdarəsində rəsmiləşdirməklə Rusiya Federasiyasına yüklər ixrac etmiş və xarici iqtisadi fəaliyyətin heyata keçirilməsi nəticəsində əldə etdiyi xarici valyuta vəsaitləri Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq MMC-nin Azərbaycan Respublikasında müvəkkil edilmiş bank hesabına tam köçürülmüşdür. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs tərəfindən gömrük bəyannamələri üzrə Xaçmaz Gömrük İdarəsində rəsmiləşdirməklə Rusiya Federasiyasına yüklər ixrac etmiş və xarici iqtisadi fəaliyyətin heyata keçirilməsi nəticəsində əldə etdiyi xarici valyuta vəsaitləri Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq MMC-nin Azərbaycan Respublikasında müvəkkil edilmiş bank hesabına tam köçürülmüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12.1.-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Natiq İsmayılov
Məhkəmə qərarları › İş №3(074)-466/2024
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-466/2024
05.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver