Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 3(074)-471/2023 06.12.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Zərərçəkmiş şəxs, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1969-cu ildə Şamaxı rayonu, Quşçu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Şamaxı rayonu, Şəhriyar qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Şamaxı rayon Polis Şöbəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Əvvəlki məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Şamaxı rayonu Yol patrul xidməti baş inspektor, polis kapitanı X4 izahatında göstərdi ki, xx.xx.2023cü il tarixdə saat 19:00 radələrində Şamaxı rayonu, Şəhriyar qəsəbəsi ərazisində vətəndaş Şəxs iri buynuzlu heyvanları sahibsiz qoyduğuna görə yol hadisəsi baş vermişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Verilmiş suallara cavab olaraq bildirdi ki, avtomobil mal-qaranı vuran zaman Şəxs orada olmamış, sonradan gəlmişdir. Həmin yolda surət həddinin 40 olması ilə bağlı nişanının üzərindən xətt çəkilib, lakin yenisi ilə əvəz edilməyib. Surət həddi 60 olmalıdır. Sürücünün hadisənin qarşısını almaq üçün texniki imkanlarının olub-olmaması aydınlaşdırılmayıb. Mal-qara keçidini göstərən 1.24 xəbərdarlıq nişanı həmin yolda qəsəbə istiqamətinə gedən tərəfə qoyulsa da əks tərəfə qoyulmamışdır. Hadisə yerinə onun tərəfindən baxış keçirilmiş hadisə yerində əyləc izləri olmamışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verib bildirdi ki, xx.xx.2023-cü il tarixdə 17:50 radələrində X7 adında şəxs onların ailəsinə məxsus 3 baş iri buynuzlu heyvanları mal növbəsindən evə gətirərkən yaşadığı qəsəbənin içərisində Zərərçəkmiş şəxs yüksək sürətlə idarə etdiyi VAZ 2106 minik markalı **-NA-*** dövlət qeydiyyat nişanlı avtomobilli ilə heyvanlarını vurmuş, onlardan 2 baş heyvan hadisə yerində ölmüş, qalan biri ağır yaralanmışdır. Əlavə olaraq fotoşəkillər təqdim edərək bildirdi ki, Sadiq Kərimov və Zərərçəkmiş şəxs onların ailəsinin ölmüş inəklərini həmin gün qəssablara satmışlar. Bu günədək adları çəkilən şəxslər onların ailəsinə dəymiş ziyanı ödəməmişlər. Əlavə olaraq bildirdi ki, o, 3 baş inəklərini Şamaxı rayonu, Şəhriyar qəsəbəsində X6 bir naxırçı kimi həvalə etmişdir. Sadiq onların yanlarında yaşayır. Sadiqlə o evlərinin qarşısıda inəklərini bir-birlərinə verib axşam evlərinin qarşısında təhvil alırlar. Hədisə baş verən gün Sadiq heyvanları gətirən zaman avtomaşın inəkləri vurmuş və Sadiqlə sürücünün atası inəkləri kəsib ətini satmışlar. Məhkəmə iclasında iştirak edən müdafiəçi X3 izahat verib bildirdi ki, naxırçının və Şəxs dediklərindən aydın olur ki, Zərərçəkmiş şəxs avtomobili yüksək sürətlə idarə etmiş və hadisə baş vermişdir. Halbuki həmin yolda mal-qara keçidini göstərən nişan və surət həddinin 40 olmasını göstərən nişanlar mövcuddur. Belə olan halda sürücünün hadisənin qarşısını almaq üçün hansı hərəkətləri etməsi aydınlaşdırılmayıb. Çünki Zərərçəkmiş şəxs tərəfindən avtomobil müəyyən edilmiş sürətlə idarə etsəydi bir inəyi vurandan sonra avtomobili dayandıra bilərdi. Həmçinin həmin yerdə əyləc izinin olmaması ona deməyə imkan verir ki, sürücü hadisənin qarşısını almaq üçün heç bir hərəkət etməyib. Həmçinin Şəxs orada olmasa da heyvanların yanında naxırçının olması heyvanların nəzarətsiz olmamasını göstərir. Həmçinin sürücünün hadisənin qarşısını almağa çalışmaması ona gətirib çıxarır ki, yola çıxmış heyvanı vurmaq olar. Qeyd edilənləri nəzərə alaraq işin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahat verib bildirdi ki, xx.xx.2023cü il tarixdə 19:00 radələrində Şamaxı rayonu, Şəhriyar qəsəbəsində öz yaşadığı evdən mağazaya getmək üçün VAZ 2106 minik markalı **-NA-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olarkən əks istiqamətdən gələn avtomobil uzaqvuran işiqlardan istifadə edərək hərəkət etmiş, yolun hərəkət hissə ilə hərəkət edən 3 baş iri buynuzlu heyvan hürkərək 1 baş iri buynuzlu heyvan avtomobilinə qabaq sağ hissəsinə çırpılmış, avtomobilinə ziyan olmuşdur. Hadisə zamanı avtomobildə tək olmuş heç bir bədən xəsarəti almamışdır. Hadisə zamanı avtomobilinə çırpılan heyvan hadisə yerində ölmüşdür və heyvanlar örüşdən gələn tərəfdən kəsilmişdir. Heyvanları örüşdən gətirən qəsəbənin örüşünə gedən tanımadığı şəxsdir. Ona dəymiş ziyanın ödənilməsi üçün ona köməklik edilməsini xahiş etdi., Əlavə olaraq bildirdi ki, hadisə olanda o, maşını saxlamamış, aparıb qapıda saxlamış, sonra hadisə yerinə gəlmiş və o, gələndə artıq 2 baş heyvanın kəsildiyini görmüşdür. Vuranda heyvanı görmüş, heyvan qaça-qaça gəlib maşınına dəymişdir. Hərəkətdə olanda zaman avtomobilin surəti 50-60 km/saat olmuşdur. Onun avtomobili idarə etmək üçün etibarnaməsi olmuşdur. Etibarnamənin müddəti bitdiyindən xx.xx.2023-cü il tarixdə yenidən almışdır. Heyvanları çoban kəsmişdir, heyvanlar kəsiləndən sonra onun valideynləri gəlmişlər. Qəsəbədə surət 60 km/saatdır. O, 1 baş heyvanı vurmuşdur, o birisilər sual altındadır, bilmir niyə kəsilib, onlardan xəbəri yoxdur. Heyvanları qıraqda kəsmişlər. Heyvanın qəssaba aparıb o satmışdır. İki heyvanı 500 manata satmışdır. Ona görə ki, heyvanın sahibi demiş ki, ona belə heyvan lazım deyildır. O, vurmadığı heyvanı aparıb satmasının səbəblərini izah edə bilmir. Həmin vaxt bunu fikirləşməmişdir. Heyvanları təxminən 40 metrdən görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 17:40 radələrində Şamaxı rayonu, Şəhriyar qəsəbəsində heyvan növbəsində o, olmuşdur. Saat 17:40 radələrində qəsəbənin sakinləri örüşündən gələn heyvanları örüşdən qəbul etdiyi yerdə gəlib təhvil götürürlər. Həmin gün heyvanları Nizami adlı şəxs təhvil götürəndə qarşılamamışdır. Heyvanlar sərbəst həyətlərinə gedirdi. O, da yaşayış evi yaxında olduğu üçün həmin yoldan evinə getmişdir. Bu zaman VAZ 2106 minik markalı **- NA-*** dövlət qeydiyyat nişanlı avtomaşın yüksək sürətdə hərəkət edərək 2 baş iri buynuzlu heyvanı vurmuşdur. Onlardan hər ikisidə hadisə yerində ölmüşlər. Sürücü avtomobili saxlamadan getmiş, o, sürücüyə heyvanları vurduğunu bildirsə də, sürücü avtomobildən düşmədən qayıdacağını bildirmişdir. Bir müddət sonra sürücünün anası və yaxınları hadisə yerinə yaxınlaşmışlar, yaxın qonşulardan heyvanları kəsmək üçün bıçaq gətirmişlər. Həmin bıçaqla sürücünün və onun valideynlərinin təkidi ilə heyvanları kəsmiş, sonra heyvanları çətirə bükərək yaxınlıqda olan həyətə apararaq qəssablara satmaq məqsədi ilə vermişlər. Əlavə olaraq bildirdi ki, yanında iki uşağı olmuş, avtomobilin sürətlə gəldiyini gördüyündən uşaqlarına yoldan tez keçmələrini söyləmişdir. Avtomobil o qədər sürətlə gəlmişdir ki, onları vurmasından ehtiyat etmişdir. Sürücü əgər heyvanları vurmasaydı bəlkə onun uşaqlarını vuracaqdı. Həmin vaxt qarşı tərəfdən başqa maşın hərəkət etməmiş, o maşının gəldiyini hardasa 200 metrdən görmüşdür. Hər 3 inəyi Zərərçəkmiş şəxs vurmuşdur. O, həmin vaxt avtomobildən düşsəydi bunu görərdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsa da, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Şamaxı rayonu Yol patrul xidməti baş inspektor, polis kapitanı X4 məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə əsasən səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan materiala baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan İXP ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şamaxı rayonu Şəhriyar qəsəbəsində yaşayan xx.xx.1969-cu il təvəllüdlü Şəxs sahibsiz heyvanları sutkanın qaranlıq vaxtı asvalt yolda VAZ 2106 minik markalı **-NA-*** dövlət qeydiyyat nişanlı avtomobilə çırpılaraq maddi ziyan vurulmuşdur. İş materiallarında olan qeydiyyat nömrəsi 02458 saylı sərxoşluq vəziyyətinin alkotestr müayinəsindən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə müayinə vaxtı (0,000 promil) alkoqol sərxoşluğu aşkar olunmamışdır. Məhkəmə, protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, proses iştirakılarının dinlədikən sonra hesab edir ki, inzibati xəta haqqında material natamam olduğundan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75.0, 75.0.1, 75.0.3, 75.0.4 və 75.0.7-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 106.0, 106.0.3 və 106.0.5-ci maddələrinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən digər məsələlərlə yanaşı inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilibedilməməsi, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanılıbtoplanılmaması məsələsini həll edir. Məhkəmə ilk növbədə qeyd edir ki, tərtib edilmiş protokolda hadisə şahidləri göstərilməyib. Halbuki həmin zaman heyvanları otarmaqdan gətirən X7 orada olmuşdur. Eyni zamanda protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin izahatları göstərilməyib. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.6 və 100.1.7-ci maddəsinə əsasən olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları inzibati xəta haqqında protokolda göstərilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Bundan başqa iş materiallarında olan Yol-nəqliyyat hadisəsinin sxemi onu tərtib etmiş şəxs tərəfindən imzalanmayıb. Bundan əlavə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən təqdim edilmiş fotoşəkillərdən görünür ki, həmin yolda mal-qara olmasını göstərən 1.24 xəbərdarlıq nışanı olmuşdur. Belə olan halda sürcünün həmin nişana əməl edib etməməsi baş vermiş hadisə ilə sürücünün və ya mal-qaranı nəzarətsiz qoymuş şəxsin əməlləri arasında səbəbli əlaqənin olması müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsinə əsasən Bu Məcəllənin 338.4 və 338.5-ci maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-yüz manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir. “Yol Hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun: 1-ci maddəsinin 33-cü bəndinə əsasən yol hərəkəti iştirakçısı — hərəkət prosesində piyada, nəqliyyat vasitəsinin sürücüsü, sərnişin, velosipedçi, mal-qara ötürən qismində iştirak edən, habelə avtomobil yollarından, küçələrdən, dəmiryol keçidlərindən və ya nəqliyyat vasitələri ilə adamların və yüklərin daşınması üçün nəzərdə tutulmuş digər yerlərdən istifadə edən şəxsdir. 1-ci maddəsinin 38-ci bəndinə əsasən mal-qara ötürən— mal-qaranı, yük və ya minik heyvanlarını yoldan keçirən şəxsdir. 50-ci maddəsinin 1-ci hissəsinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. 36-cı maddəsinin 1-ci bəndinin 3-cü hissəsinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar Beləliklə, məhkəmə qeyd olunanları inzibati xəta haqqında materialın natamamlığı kimi qiymətləndirməklə, işə baxılarkən bu natamamlığın aradan qaldırılmasını qeyri-mümkün hesab edir və belə olduğu təqdirdə, məhkəmənin gəldiyi qənaətə görə, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər onu tərtib etmiş orqana geri qaytarılmalı dır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 106 və 109-cu maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında material geri qaytarılsın. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №3(074)-471/2023
Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №3(074)-471/2023
06.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver