Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 3(074)-473/2023 22.12.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin direktoru X6, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin səlahiyyətli nümayəndəsi X5 iştirakları ilə, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı şəhər İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti Bakı şəhər İdarəsi Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə MN ******* nömrəli, 15 noyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin səlahiyyətli nümayəndəsi X9 izahat verib bildirdi ki, həmin şəxslərin dediyinə görə də işlər Laçın rayonu ərazisində olmuşdur. İnzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi məsələsinə məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin direktoru X13 izahat verib bildirdi ki, işçilər tərəfindən işlər Laçın rayonunun Zerti kəndində yerinə yetirilmişdir. İş materiallarında olan MN ******* nömrəli, 15 noyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, X3, X2, X14, X10, X16, X4 Şəxs MMC-nin tərəfindən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixinədək müddətdə müxtəlif tarixlərdə əmək müqavilələri Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada (yazılı əmək müqaviləsi) hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmişdirlər. İş materiallarında olan MN ******* nömrəli, 27 noyabr 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3, X2, X14, X10, X16, X1 Seymur Tərlan oğlu tərəfindən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixinədək müddətdə müxtəlif tarixlərdə əmək müqavilələri Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada (yazılı əmək müqaviləsi) hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmişdirlər. Vəzifəli şəxs X13 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək, 4000 (dörd min) manat məbləğində cərimə edilmişdir. Məhkəmə inzibati xəta haqqında materialı və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti Bakı şəhər İdarəsi tərəfindən Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair material aidiyyəti üzrə baxılması üçün Laçın Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarından görünür ki, inzibati xəta hadisəsi Laçın rayonu ərazisində törədilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Həmin Məcəllənin 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən aşağıdakı məsələləri həll edir. İşin baxılması onun səlahiyyətinə aiddirmi, işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən hallar mövcuddurmu, inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi, işin icraatını rədd edən hallar mövcuddurmu, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmışdırmı, işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslər məlumatlandırılıbmı, iş üzrə vəsatətlər və etiraz etmə vardırmı. Həmin Məcəllənin 114.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İXM-nin 110 və 114-cü maddələrini rəhbər tutaraq, qəraraaldı: Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi haqqında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti Bakı şəhər İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Laçın Rayon Məhkəməsinə göndərilsin. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №3(074)-473/2023
Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №3(074)-473/2023
22.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver