Məhkəmə qərarları › İş №3(074)-479/2023

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-479/2023

14.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-479/2023 14.12.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Yerüstü Nəqliyyat X1 İdarəsinin inspektoru X2 iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Azərbaycan Yerüstü Nəqliyyat X1 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat X1 İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Yerüstü Nəqliyyat X1 İdarəsinin inspektoru X4 izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 10:20 radələrində Şamaxı şəhəri N.Nərimanov küçəsi ərazisində QAZ 32217, **-KH-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin qeyri-qanuni sərnişindaşıma fəaliyyəti yerində aşkar edilmiş, sürücü qanunvericilikdə nəzərdə tutulmuş sənədləri təqdim etməmişdir. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Əlavə olaraq bildirdi ki, sərnişini çəkmək onların ixtiyarı yoxdur, amma yük olsaydı onlar fotoşəkil təqdim edə bilərdilər. Mikroavtobus şəhər daxili sərnişin daşıma kimi qeyd edilir, amma sürücü nəqliyyat vasitəsi ilə Ərçiman kəndinə sərfnişin daşıyır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Yerüstü Nəqliyyat X1 İdarəsinin inspektoru X3 izahat verib bildirdi ki, inzibati protokol sərnişin daşınan zaman tərtib edilmişdir. Nəqliyyat vasitəsinin təyinatı sərnişin daşımadır. Onlar həmin sürücünü dəfələrlə dövlətə vergini ödəməsi ilə bağlı xəbərdar etmişlər. Məhkəmə iclasının vaxt və yeri barədə məlumat verilməsinə baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəməyə gəlmədiyindən məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarında olan Azərbaycan Yerüstü Nəqliyyat X1 İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolundan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 10:20 radələrində Şamaxı şəhəri N.Nərimanov küçəsi ərazisində QAZ 32217, **-KH-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin qeyri-qanuni sərnişindaşıma fəaliyyəti yerində aşkar edilmiş, sürücü qanunvericilikdə nəzərdə tutulmuş sənədləri təqdim etməmişdir. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli akdan görünür ki, 29 noyabr 2023-cü il tarixdə Şamaxı şəhəri N.Nərimanov küçəsi ərazisində QAZ 32217, **-KH-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin qeyri-qanuni sərnişindaşıma fəaliyyəti yerində aşkar edilmiş, sürücü qanunvericilikdə nəzərdə tutulmuş sənədləri təqdim etməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 40 və həmçinin 24 aprel 2009-cu il 71 nömrəli qərarlarının tələblərinə uyğunluğu yoxlamışlar. Yoxlama zamanı sürücü Şəxs qanunsuz yəni (fərqlənmə nişanı) olmadan qeyri-qanuni sərnişindaşıma fəaliyyəti aşkar olunmuşdur. Həmçinin yoxlama zamanı nəaliyyat vasitəsinin sürücü qanunvericiliklə müəyyən olunmuş tələb olunan sənədləri təqdim etməkdən imtina etmiş və onların xidməti vəzifələrini yerinə yetirməyə mane olmuşdur. Sürücü törətdiyi inzabati xətanın mahiyyəti izah olunmuş və inzibati protokol tərtib olunacağı barədə xəbərdarlıq edilərək protokolla bağlı izahat vermək, protokola imza etməyi barədə xəbərdarlıq edilmişdir. Sürücü Şəxs inzibati protokolun surətini qəbul etməkdən və protokola imza etməkdən imtina etmişdir. Məhkəmə, inzibati xəta haqqında tərtib edilmiş protokolu və ona əlavə edilmiş sənədləri tədqiq edib hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsiri tam sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsinə əsasən avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi orqanın (qurumun) əməkdaşının xidməti vəzifəsinin yerinə yetirilməsinə mane olmağa, o cümlədən qanunvericiliklə müəyyən olunmuş tələb olunan sənədlərin təqdim edilməməsinə görə əlli manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törətdiyi inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs barəsində İXM-nin 552ci maddəsinin sanksiyasında nəzərədə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 50 (əlli) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar