Məhkəmə qərarları › İş №3(074)-479/2024

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-479/2024

25.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-479/2024 25.06.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon Polis Şöbəsinin İTBnin sahə rəisi X8 oğlunun, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1959-cu ildə Şamaxı rayonu, Quşçu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şamaxı rayon Polis Şöbəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X12 izahatında göstərdi ki, xx.xx.2024-ci il tarixdə Şəxs Zərərçəkmiş şəxs sağlamlığa zərər vurmayan, dərəcəsi təyin edilməyən xəsarət yetirməsi faktı alınmış izahatlar ilə MTE-nin 29 may 2024-cü il tarixli 126 saylı rəyi ilə öz təsdiqini tapmışdır. Lakin Şəxs əməli hazırkı qanunvericiliyə əsasən Azərbaycan Respublikasmm İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin əlamətləri olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, 20 may 2024-cü il tarixində yaşadığı Şamaxı şəhəri, A.Məmmədağa küçəsi ev 14-də olduğu zaman yağış çox gəldiyindən onlardan aşağıda yaşayan Güldəstəgilin evinə su axmış, heç bir səbəb olmadan Güldəstə əlində lapatqa ilə çənimizə vurmuş, suyun çəndən axdığını demiş, lakin o vurduğu zaman çən deşilməmişdir. Buna baxmayaraq onun səsinə yoldaşı çıxmış, sonrada o, çıxmışdır. Yolda nə qədər izah etsələrdə ki, su çəndən yox yağışdan gəlir. Buna heç bir məhəl qoymamış, nalayiq sözlər işlətmiş, ona daş atmışdır. Həmin atdığı daşda ona yox arvadı Xədicəyə dəymişdir. Oda yalnız Güldəstəyə getməsi üçün daşı qapılarının yanında olan çənə vurmuşdur. Mübahisədən sonra onlar evə keçmişlər.Odur ki, məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahat verib bildirdi ki, Şəxs ilə son bir ildir ki, qonşuluqda onlarla mübahisə yaradır. Dəfələrlə aralarında mübahisəliri olmuşdur. 20 may 2024-cü il tarixində Əmirağanın arvadı Xədicə adlı şəxsə gedib xahiş etmiş ki, suyu yola axıtsın onun evinə axıtmasın. Lakin o, nə qədər desə də, hə dedi onun dediyini etməmişdir. o,da gedib şlaq götürüb kanazasiya axıtmaq istədiyi vaxt Şəxs gəlmiş mübahisə yaratmış, nalayiq sözlər işlətmişdir. Sonra yerdəki daşı götürüb ona tərəf atmış oda sol əlini qaldırmış ki, başına dəyməsin həmin atdığı daşda onun sol əlinə dəymişdir. Buna görədə polisə məlumat vermişdir. Həmin hadisə zamanı Əmirağa adlı şəxsə qarşı heç bir qərəzli, qanunsuz hərəkət etməmişdir. Şəxs onu daşla vurmuşdur. Birdə nalayiq sözlər işlətmişdir. Başqa heç bir hərəkət etməmişdir. Hazırda onunla barışmamış, onun barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Publik Hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 126 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış oluğu xəsarət-sol əlin arxa səthinin bir ədəd qançırı küt əşya təsirindən törənmişdir, yetirilmə müddəti xx.xx.2024-cü il tarixə uyğun gəlir. Zərərçəkmiş şəxs almış olduğu xəsarət sağlamığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, ünvan 2 ünvanda yaşayanlar Şəxs,X5,Şamaxı rayonu Quşçu kəndində qeydiyyatda olan və Aşıq Məmmədağa küçəsində yaşayanlar X4 və Zərərçəkmiş şəxs qarşılıqlı müraciətləri əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, ünvan 2 ünvanda yaşayan Şəxs barədə Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinə verilmiş, qərarın surətləri Şəxs ilə Zərərçəkmiş şəxs qızma verilməklə qəbul edilmiş qərardan narazı qaldıqları halda prossesual rəhbərliyi həyata keçirən prokurora və ya məhkəməyə şikayət etmək hüquqlarının olduğu onlara izah edilmiş, qərarın surəti prosessual rəhbərliyi həyata keçirən Şamaxı rayon prokuroruna göndərilmiş, toplanmış material saxlanması üçün Şamaxı rayon polis şöbəsinin arxivinə verilmişdir. Həmin qərardan görünür ki, MTE-nin 29 may 2024-cü il tarixli 126 saylı ekspert rəyində Zərərçəkmiş şəxs almış olduğu xəsarət-sol əlin arxa səthinin bir ədəd qançırı, küt əşya təsirindən,törənməklə qərarda göstərilən tarixdə yəni 20 may 2024-cü il tarixdə kənar şəxs tərəfindən, yetirilməsinin mümkün olduğunu, Zərərçəkmiş şəxs almış olduğu xəsarət sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqlarından dərəcələrinin təyin edilməməsi göstərilmişdir. İş materiallarında olan Şamaxı rayon Polis Şöbəsinin TQ-nin təhqiqatçısı, polis baş leytenantı Ağa Məmmədov tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli raportdan görünür ki, vətəndaş Şəxs 20 may 2024-cü il tarixdə Şamaxı rayon polis pöbəsinə ərizə ilə müraciət edərək Güldəstə adlı qadın onları daşladığını,suyun axıdılması ilə bağlı mübahisə yaratdığını və ərizəsi ilə bağlı qanuna uyğun tədbir görülməsini xahiş etməsini göstərmişdir. X1 22 may 2024-cü il tarixdə Şamaxı rayon polis pöbəsinə ərizə ilə müraciət edərək qonşusu Kərbalayı(Güldəstə) tərəfindən evlərinə basqın edildiyini,nalayiq sözlər işlədildiyini, təhqir edildiyini və ərizəsi ilə bağlı qanuna uyğun tədbir görülməsini xahiş etməsini göstərmişdir. X1 24 may 2024-cü il tarixdə Şamaxı rayon polis pöbəsinə ərizə ilə müraciət edərək Güldəstə adlı qadın tərəfindən daşla vurularaq xəsarət yetirilməsi və ərizəsi ilə bağlı qanuna uyğun tədbir görülməsini xahiş etməsini göstərmişdir. Vətəndaş Zərərçəkmiş şəxs 20 may 2024-cü il tarixdə Şamaxı rayon polis pöbəsinə ərizə ilə müraciət edərək Şəxs onu daşla vurmasını, ərizəsi ilə bağlı qanuna uyğun tədbir görülməsini xahiş etməsini göstərmişdir. Vətəndaş Zərərçəkmiş şəxs 22 may 2024-cü il tarixdə Şamaxı rayon polis pöbəsinə ərizə ilə müraciət .edərək Şəxs əvvəldən aralarında münaqişə səbəbindən nəvəsi Muradı boğmağa cəhd etməsi və ərizəsi ilə bağlı qanuna uyğun tədbir görülməsini xahiş etməsini göstərmişdir. Araşdırma zamanı 20 may 2024-cü il tarixdə Şəxs Zərərçəkmiş şəxs sağlamlığa zərər vurmayan, dərəcəsi təyin edilməyən xəsarətlər yetirməsi fakt alınmış izahatlar və MTE-nin 29 may 2024-cü il tarixli 126 saylı rəyi ilə öz təsdiqini tapmışdır. X6 Əmirağa Gülü oğlunu öldürməklə hədələməsi, Şəxs Murad Feyzullayevi boğmaq istəməsi,Şəxsgilin evinə Hikmət Feyzullayevin basqın etməsi, X2 məxsus mobil telefona Hikmət Feyzullayevin ziyan vurması, Zərərçəkmiş şəxs X3 xəsarət yetirməsi, faktları alınmış izahatlar və MTE-nin 29 may 2024- cü il tarixli 130 saylı rəyləri ilə öz təsdiqini tapmamışdır. Lakin Şəxs əməlləri hazırkı qanunvericiliyə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta hesab edilir. Odur ki, ünvan 2 ünvanda yaşayanlar Şəxs, X5,Şamaxı rayonu Quşçu kəndində qeydiyyatda olan və Aşıq Məmmədağa küçəsində yaşayanlar X4 və Zərərçəkmiş şəxs qarşılıqlı müraciətləri əsasında Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surətinin rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinə verilmişdir. Məhkəmə iclasında təqdim edilmiş video görüntüyə baxış keçirilərkən müəyyən olunmuşdur ki, Şəxs ilə Zərərçəkmiş şəxs əvvəlcə mübahisə edir, daha sonra isə Şəxs ilə Zərərçəkmiş şəxs daş atır. Məhkəmə hesab edir ki, İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, zərər çəkmiş şəxsin izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, yaşını, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alıb, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməli, onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar