Məhkəmə qərarları › İş №3(074)-48/2023

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-48/2023

24.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-48/2023 24.02.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon Polis Şöbəsinin İTBnin sahə rəisi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1991-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şamaxı rayon Polis Şöbəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X5 izahatında göstərdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 18:15 radədələrində Şamaxı şəhəri, Avtovağzal dairəsində polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olamamsı aşkar edilmişdir. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, o, xx.xx.2023-cü il tarixdə işlə əlaqədar Şamaxı rayonuna gəlmiş, burada, yəni Şamaxı rayonunda Avtovağzal deyilən ərazidə əvvəllər münasibətlərinin normal olmadığı şəxs ona zəng vurmuş, o, da ona əsəbiləşərək yüksək səslə nalayiq ifadələr işlədərkən polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər, ona ictimai yerdə yüksək səslə danışmağın qanuna zidd olduğunu dəfələrlə izah etsələr də o, onların tələblərinə məhəl qoymaraq öz hərəkətlərimi şüurlu şəkildə davam etdirmiş və polis əməkdaşlarının qanuni tələblərinə tabesizlik göstərmiş və bundan sonra polis əməkdaşları onu Rayon Polis Şöbəsinə dəvət etmişlər və onlar polis əməkdaşları ilə birlikdə RPŞ-nə gəlmişlər. Törətdiyi əməldən peşmandır. Bir daha bu cür əməllər törətməyəcəyinə söz verir. Odur ki, barəsində yüngül tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı X1 izahat verib bildirdi ki, 23 fevral 2023-cü il tarixdə saat 18:15 radələrində Şamaxı rayon Polis Şöbəsinin PPXB-nin polis nəfərləri Nail Şixəliyev və Elşən Sayılovla birlikdə xidmətdə Şamaxı şəhəri, Avtovağzal dairəsi ərazisində bir nəfər şəxsin telefonda uca səslə danışaraq nalayiq ifadələr işlətməsini görmüşlər və həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər, yaxınlaşan zaman həmin şəxsi nizam-intizama dəvət etsələrdə şəxs öz qanunsuz hərəkətlərini davam etdirərək polisin qanuni tələblərini pozub onlara müqavimət göstərmişdir. Daha sonra onlar həmin şəxsi barəsində qanuni tədbir görülməsi üçün RPŞ-nə dəvət etmişlər və həmin şəxs ilk öncə öz qərəzli hərəkətlərini davam etdirsə də sonradan onlarla birlikdə RPŞ-nə gəlmişdir. RPŞ-də məlum olmuş ki, polisin qanuni tələblərinə tabe olmayan şəxs Şəxsdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı RPŞ-nin PPXB-nin polis nəfərləri, polis serjantları X3, X4 şahid Şamaxı RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı X1 ilə eyni məzmunlu izahat verdi. İş materiallarında olan Şamaxı RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı X4 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli raportdan görünür ki, 23 fevral 2023-cü il tarixdə saat 18:15 radələrində Şamaxı rayon Polis Şöbəsinin PPXB-nin polis nəfərləri Elşən Sayılov və Cəmil Bəyalıyevlə birlikdə xidmətdə Şamaxı şəhəri, Avtovağzal dairəsi ərazisində bir nəfər şəxsin telefonda uca səslə danışaraq nalayiq ifadələr işlətməsini görmüşlər və həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər, yaxınlaşan zaman həmin şəxsi nizam-intizama dəvət etsələrdə şəxs öz qanunsuz hərəkətlərini davam etdirərək polisin qanuni tələblərini pozub onlara müqavimət göstərmişdir. Daha sonra onlar həmin şəxsi barəsində qanuni tədbir görülməsi üçün RPŞ-nə dəvət etmişlər və həmin şəxs ilk öncə öz qərəzli hərəkətlərini davam etdirsə də sonradan onlarl birlikdə RPŞ-nə gəlmişdir. RPŞ-də məlum olmuş ki, polisin qanuni tələblərinə tabe olmayan şəxs Şəxsdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli AZ № 008104 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, inzibati xəta haqqında iş üzrə icraatın gedişatını təmin etmək məqsədi ilə Şəxs xx.xx.2023-cü il tarixdə saat 18:35 radələrində inzibati qaydada tutulmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi özünün etirafedici izahatı ilə yanaşı, şahidlərin izahatları, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz Qeyd edilən Məcəllənin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi və məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, onun barəsində İXM-nin 535.1-ci maddəsinin sansiyasında nəzərədə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 150 (yüz əlli) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar