Məhkəmə qərarları › İş №3(074)-48/2025

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-48/2025

31.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-48/2025 31.01.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol polisi İdarəsi tərəfindən qəbul edilmiş 03 oktyabr 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin 03 oktyabr 2024-cü il tarixli nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1 və 332.3-cü maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 400 manat cərimə edilmişdir. İnzibati tənbeh haqqında qərardan narazı qalan X2 şikayət verərək həmin qərarın ləğv edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2033-cü il tarixinədək onun etibarnamə ilə istifadəsində HYUNDAİ ELANTRA minik markalı, **-BJ-*** dövləl qeydiyyat nişanlı minik avtomobili vardır. xx.xx.2024-cü il tarixli etibarnamədən görünür ki. həqiqətən də mülkiyyətçi X4 ona 9 il 5 ay 15 gün müddətinə etibarnamə vermiş və bu əsasla o, “HYUNDAİ ELANTRA” minik markalı, **-BJ- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edir. X3 Çıxarılmış xx.xx.2024-cü il tarixdə onun adına yazılmış inzibati xəta üzrə cərimə qərarından görünür ki, guya həmin tarixdə o, nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs kimi nəqliyyat vasitəsini idarə edib dayanma, durma qaydalarını pozduğuna görə İXM-nin 346.1 və 332.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmiş və buna görə onun adına 400 (dörd yüz) manat cərimə yazılmışdır. Halbuki, onun nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmamış və həmçinin o dayanma, durma qaydalarını da pozmamışdır. Digər tərəfdən isə onu cərimə edən orqan sübutları ona təqdim etməkdən imtina etmiş, bu inzibati xəta üzrə foto və ya videogörünttinü ona təqdim etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş məlumat verilməsinə baxmayaraq, şikayət vermiş şəxs və səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən, məhkəmə inzibati xəta haqqında işə şikayət vermiş şəxsin və səlahiyyətli orqanın nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayəti və iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, xx.xx.2024-cü il tarixli EQ/23954605 nömrəli protokola əsasən, X2 xx.xx.2024cü il tarixdə saat 21:22 radələrində “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.1 və 332.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Şamaxı RPŞ-nin xx.xx.2025-ci il tarixli, 3-13-108/2-1185/2025 saylı məktubundan görünür ki, X2 xx.xx.2024-cü il tarixdə törətdiyi qayda pozuntusu ilə əlaqədar İXM-nin 327.7-ci maddəsi ilə sürücülər tərəfindən bir il ərzində 20 və daha çox bal toplanmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ 6 ay müddətində məhdudlaşdırılmışdır. X1 nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırıldığı üçün törətdiyi hər bir qayda pozuntusu İXM-nin 332.3-cü maddəsi əsas gətrilərək 400 manat məbləğində cərimə yazılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxs ona verilmiş xüsusi hüquqdan istifadə qaydasını kobud şəkildə və ya müntəzəm pozduqda həmin hüquq bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda iki aydan iki ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 27.2-ci maddəsinə əsasən bu Məcəllənin 327.7-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 27.4-ci maddəsinə bu Məcəllənin 327.7-ci maddəsində göstərilən balla qiymətləndirilən xətaların yol verilməsinə görə sürücülər bir il ərzində 20 və daha çox bal topladıqda, inzibati cərimə tətbiq edilmədən onların nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılır. Həmin Məcəllənin 327.7-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-1, 327.1-2, 327.2 - 327.6, 327.8, 328.2, 328.3, 328.4, 331, 333.1, 333-1.1, 342.7, 343.1, 343-1.1 və 346.2–346.9-cu maddələrində müəyyən edilmiş balla qiymətləndirilən xətaları törətməklə sürücülər tərəfindən bir il ərzində 20 və daha çox bal toplanmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı ay müddətinə məhdudlaşdırılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1 və 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qəbul edilən qərarlardan biri də qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılmasıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, X1 xx.xx.2024-cü il tarixdə törətdiyi qayda pozuntusu ilə əlaqədar nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırıldığından barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X2 tərəfindən verilmiş şikayət təmin edilməsin. X1 inzibati tənbeh edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol polisi İdarəsinin 03 oktyabr 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar