Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-480/2023 12.12.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Şikayət vermiş şəxs X3 iştirakı ilə, Şamaxı RPŞ-nin polis mayoru X2 xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X5 məhkəməyə müraciət edərək, Şamaxı RPŞ-nin polis mayoru X2 xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati işin icraatına xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 17 noyabr 2023-cü il tarixdə saat 16-00 radələrində ona məxsus VAZ 2107 markalı ** LK *** dövlət nömrə nişanlı avtomobil Ərçiman yolunda hava dumanlı olduğundan yol kənarında olan daşa dəymiş və karder sıradan çıxmışdır. Həmin vaxt avtomaşını Elçin adlı şəxs idarə etmiş və oda avtomaşında olmuşdur. Bir müddət sonra evakuatora zəng vurmuş və o, bildirmişdir ki, axşam gəlib avtomaşını ustaya aparacaqdır. Ona görə də, onlar evə getmişlər və avtomaşın yolun kənarında qalmışdır. Təxminən saat 22:00 radələrində ona məlum olmuşdur ki, yol polisi avtomaşını şöbəyə aparmışdır. Həmin vaxt o əmisinin evində olmuş və yemək yeyərək, içki qəbul etmişdir. Bir müddət sonra şöbəyə getmiş və hadisəni olduğu kimi danışmışdır. Lakin şöbədə onu qanunsuz olaraq akoqol testindən keçirtmişlər, avtomaşını idarə etmiş Elçini ora dəvət etməmişlər və araşdırma aparmamışlar. Daha sonra məlum olmuşdur ki, barəsində qanunsuz olaraq inzibati protokol tərtib edilmiş, İXM-nin 333.1 və 327.1 maddələri ilə qərar qəbul edilmişdir. Qərar qanunsuzdur və ləğv edilməlidir. Belə ki, qərarda göstərilmişdir ki, güya onlar onu avtomaşını idarə etdiyi vaxt, saat 23:53 radələrində sərxoş vəziyyətdə saxlamışlar. Halbuki, avtomaşın həmin vaxt polis şöbəsində duracaqda olmuş və nasaz olduğundan idarə edilməsi mümkün deyildir. Hadisə isə saat 16:00 radlərində olmuşdur. Onun sərxoş vəziyyətdə saat 23-53 avtomaşını idarə etməyi mümkün deyildir. Protokolun və qərarın qanunsuz olması aydındır. Bundan əlavə hadisə 16:00 olmuş, avtomaşını Elçin adlı şəxs idarə etmiş, həmin vaxt onlar içkili olmamışlar, hadisə yerində müayinə aparılmamış, protokol və qərar qanunsuz olaraq, İXM-nin tələblərinə uyğun olmadan tərtib olunmuş, araşdırma aparılmamış, natamam sənədlər tərtib edilmiş, inzibati xətanın kim tərəfindən törədilməsi müəyyən edilmədən, onu qanunsuz müayinə etmişlər. Halbu ki, avtomaşını o, idarə etsəydi və içkili vəziyyətdə olsaydı, şöbəyə getməzdi. İnzibati xətanın onun tərəfindən törədilməsi sübuta yetirilməmişdir. Məhkəmə iclasında iştirak edən X5 şikayətə uyğun izahat verərək onun təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Əlavə olaraq məhkəməyə disk təqdim edərək bildirdi ki, avtomobil xarab olandan sonra onun yaxınlıqda olan restoranın həyətinə aparıb özü isə çıxıb getmişdir. Polis avtomobili restoranın həyətindən evakuatorla aparmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahat verib bildirdi ki, Avaxıl kəndindən gəlirlərmiş, Ərçiman yolunda tikinti işləri gedirmiş, hava dumanlı olduğundan idarə etməni itirib, maşını vurmuşdur. Sonra maşını orada saxlayıb, çıxıb getmişlər. Hadisə olan vaxt saat 4-5 olardı. Onlar hadisə vaxtı içkili olmamışlar. O hər zaman Kənan Mirzəyevin avtomobilini idarə edir. Hadisədən sonra onlar bir yerdə olmamışlar, sadəcə Kənan Mirzəyev ona zəng vurub, demişdir ki, maşını gəlib aparıblar. Səlahiyyətli orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, səlahiyyətli nümayəndənin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 xx.xx.2023-cü il tarixdə saat 23:53 radələrində “Vaz 21074” minik markalı, **-LK-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən İnzibati Xətalar Məcəlləsinin 333.1 və 327.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətdiyinə görə təqsirli bilinərək, 400 manat cərimə edilmişdir. X5 tərəfindən məhkəməyə təqdim edilmiş 1 ədəd diskdə olan videogörüntüyə baxış keçirilmiş və baxış zamanı müəyyən olunmuşdur ki, havanın qaranlıq vaxtı bir nəfər polis forməsı geyinmiş şəxs restorana bənzər bir obyektin qapılarını açır və həmin vaxt orada ağ rəngli “Vaz 21074” minik markalı avtomobil olması görünür. Həmin vaxt qapının yanında evekuator dayandığı görünür. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin məcəllənin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə-qırx manat məbləğində cərimə edilir. İş materiallarından görünür ki, 17 noyabr 2023-cü il tarixdə X1 vəziyyətdə avtomobil idarə etməsinə dair səlahiyyətli orqan tərəfindən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, X3 həmin vaxt sərxoş vəziyyətdə avtomobil idarə edib-etməməsi araşdırılmalı və bundan sonra müvafiq qərar qəbul edilməlidir. Bundan başqa şikayət ərizəsində və məhkəmə iclasında X5 bildirmişdir ki, 17 noyabr 2023-cü il tarixdə avtomobili o, yox X8 idarə etmişdir. Məhkəmə hesab edir ki, qərarın təsviri hissəsində göstərilən hallar aradırılmalı və nəticəsindən asılı olaraq müvafiq qərar qəbul edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə dair, Azərbaycan Respublikasının İXM-nin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 135.1.1, 135.1.4 və 135.1.6-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi və bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında işin yenidən baxılması üçün Şamaxı Rayon Polis Şöbəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100, 134 və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət qismən təmin edilsin. Şamaxı RPŞ-nin polis mayoru X2 xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin, inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Şamaxı Rayon Polis Şöbəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №3(074)-480/2023
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-480/2023
12.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver