Məhkəmə qərarları › İş №3(074)-481/2023

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-481/2023

30.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-481/2023 30.11.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxxx 1972-ci ildə Sabirabad rayonu, Yenikənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şamaxı rayon Polis Şöbəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X2 izahatında göstərdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə Şamaxı şəhəri ərazisində yerləşən “Göyçə Restoranı” adlanan ərazidə polisin tələblərinə qəsdən tabe olmamışdır. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Əlavə olaraq bildirdi ki, polis əməkdaşlarına heç bir təmas olmamış, sadəcə polis əməkdaşları ondan mübahisəni dayandırmasını tələb etsələrdə o, digər şəxslərlə mübahisə etməkdə davam etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, xx.xx.2023-cü il tarixdə səhər saatlarında işlədiyi “Göyçə Restoranının sahibkarı Xəyyam adlı şəxs oğlu ilə birlikdə gələrək saat 17:00 radələrinədək icarə pulunu düzəltməyini istəmişdir. Daha sonra həmin şəxs 17:00 radələrində yenidən həmin yerə sərxoş vəziyyətdə gələrək onunla mübahisə yaratmağa başlamışdır. Daha sonra həmin şəxs 102 xidmətinə müraciət etdikdən sonra polis əməkdaşları qeyd olunan əraziyə yaxınlaşmışlar. Polis əməkdaşları hər ikisinidə sakitləşməyi tələb etmişlər. Lakin Xəyyam adlı şəxs və oğlu qəsdən onu əsəbiləşdirdikləri üçün polisin tələblərini pozaraq yenidən mübahisəni davam etdirmişdir. Etdiyi əməldən peşmandır, polis əməkdaşlarından üzr istəyir. Əlavə olaraq bildirdi ki, özü şəkər xəstəsidir, atası dialez xəstəsidir. Qeyd etdiklərini nəzərə alaraq, barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı rayon Polis Şöbəsinin İTB-nin polis sahə nəfəri X3 izahat verib bildirdi ki, xx.xx.2023-cü il tarixdə Şamaxı RPŞ-nin əməliyyat-istintaq qrupunun üzvü olan zaman Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə mübahisənin olması ilə bağlı müraciət ilə əlaqədar olaraq Şamaxı rayonu ərazisində yerləşən “Göyçə Restoranı” adlanan əraziyə yaxınlaşmışlar. Oraya yaxınlaşıb özlərini təqdim etdikdən sonra vətəndaşlardan sakitləşməsini və mübahisəni dayandırmasını tələb etmişlər. Lakin, adı onlara sonradan məlum olan vətəndaş Şəxs dəfələrlə mübahisəni dayandırmağı və sakitləşməsini tələb etsələr də, həmin şəxs öz hərəkətlərini davam etdirmişdir. Daha sonra vətəndaş Şəxs RPŞ-nə dəvət etdikdə o, heç bir etiraz etmədən onlarla RPŞ-nə gəlmişdir. İş materiallarında olan AZA 019677 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 20:10-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan Şamaxı rayon Polis Şöbəsinin İTB-nin polis sahə nəfəri Toğrul Ağayev tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə Şamaxı RPŞ-nin əməliyyat-istintaq qrupunun üzvü olan zaman Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə mübahisənin olması ilə bağlı müraciət ilə əlaqədar olaraq Şamaxı rayonu ərazisində yerləşən “Göyçə Restoranı” adlanan əraziyə yaxınlaşmışlar. Oraya yaxınlaşıb özlərini təqdim etdikdən sonra vətəndaşlardan sakitləşməsini və mübahisəni dayandırmasını tələb etmişlər. Lakin, adı onlara sonradan məlum olan vətəndaş Şəxs dəfələrlə mübahisəni dayandırmağı və sakitləşməsini tələb etsələr də, həmin şəxs öz hərəkətlərini davam etdirmişdir. Daha sonra vətəndaş Şəxs tərəflərindən RPŞ-nə gətirilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi özünün etirafedici izahatı ilə yanaşı, şahidlərin izahatları, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs əməlində məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci İnzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətaların xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını nəzərə alıb, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 8 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 29 noyabr 2023-cü il tarix, saat 20:10-dan hesablansın. Şəxs inzibati həbs müddətində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müəyyən etdiyi yerlərdə mühafizə altında saxlanılsın. Qərarın icrası Şamaxı rayon Polis Şöbəsinin inzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar