Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-482/2023 01.12.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon Polis Şöbəsinin İTBnin sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1987-ci ildə Şamaxı rayonu, Bağırlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, fərdi əməklə məşğul olan, Şamaxı rayonu, Bağırlı kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şamaxı rayon Polis Şöbəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X3 izahatında göstərdi ki, Şəxs xx.xx.2023-cü il traixdə Şamaxı rayonu Şəhriyar qəsəbəsi ərazisində Şəxs məxsus “Ford” markalı **-XV-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə qanunsuz küçə ticarəti ilə məşğul olduğu və polis tərəfindən saxlanılan zaman polisin qanuni tələbinə məhəl qoymayaraq tabesizlik göstərmişdir. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 09:30 radələrində özünə məxsus “Ford tranzit” markalı **-XV-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Şamaxı rayon Şəhriyar qəsəbəsi ərazisində qanunsuz olaraq küçə ticarəti ilə məşqul olduğu zaman, həmin vaxt ərazidə xidmət aparan PPX-nin əməkdaşları ona yaxınlaşaraq ərazidə qanunsuz ticarət etdiyini bildirmişlər və bu səbəbdən RPŞ-nə dəvət etmişlər. Sonra o əsəbi halda olduğu üçün polis əməkdaşları ilə aralarında mübahisə yaranmış, o, öz avtomobilinə minmiş polis əməkdaşlarından biri də onun avtomobilinə əyləşmiş, RPŞnə gəldiyi zaman Bakı Yevlax yolunun kəsişməsindən Şamaxı şəhəri istiqamətinə keçərək Azpetrol Yanacaqdoldurma məntəqəsi istiqamətində avtomobili sürdüyü zaman dayanıqlı vəziyyətdə olan avtomobilin sahibi avtomobilin qapısını açdığı üçün, onun qapsına vurmuşdur. Sonra digər polis əməkdaşları hadisə yerinə gəlmişlər və həmin yerə YPX-nin əməkdaşlarını dəvət etdikdən sonra onu və avtomobilini RPŞ-nə gətirmişlər. Hal-hazırda etdiyi əməldən peşmandır və bu kimi hallara yol verməyəcəyinə söz verir. Odur ki, barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı rayon Polis Şöbəsinin PPXBnin polis nəfəri, polis serjantı X2 izahat verib bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 09:30 radələrində postaçı yoldaşı PPXB-nin manqa komandiri polis baş serjantı Vüsal Ağacanov və polis serjantı Cəlal Adgözəlov ilə xidməti zərurət ilə bağlı Şəhriyar qəsəbəsi istiqamətində hərəkətdə olan zaman Şəhriyar qəsəbəsində adı sonradan onlara məlum olan Şamaxı rayon Bağırlı kənd sakini Şəxs “FORD TRANZİT” markalı, **-XV-*** dövlət nömrə nişanlı avtomaşınla qanunsuz küçə ticarəti ilə məşğul olduğunu görmüş, həmin şəxsə yaxınlaşaraq hərəkətlərinin qanunsuz olduğunu izah etmək istəyərkən vətəndaş Şəxs polisin ünvanına nalayiq ifadələr işlədərək onlara gedin işinizlə məşğul olun deyərək öz qanunsuz hərəkətlərinə davam etmişdir. Onlar həmin şəxsi dəfələrlə nizam-intizama dəvət etsələrdə Şəxs onların qanuni tələblərini qəsdən pozduğu üçün tərəflərindən Şamaxı rayon polis şöbəsinə gətirilməsi üçün o, vətəndaş Şəxs öz avtomaşına əyləşib yolda sürətlə sürərək onun ehtiyatlı sür xəbərdalığına məhəl qoymayaraq təhlükəli manevr etmiş sərt şəkildə “Azpetrol YDM”-nin avtomaşınların yanacaq doldurmaq üçün dayandığı dar keçiddən keçməyə çalışmışdır. Bu zaman orada dayanmış vəziyyətdə olan digər nəqliyyat vasitəsinin sürücü tərəfdən qapısına çırpılmış və bu hadisədən sonra avtomaşından düşüb uca səslə yenidən nalayiq ifadələr işlətməyə başlamışdır. Hadisənin rəsmiləşdirməsi üçün həmin yerə DYPB-nin əməkdaşları davət edilmişdir. Bundan sonra vətəndaş Şəxs barəsində qanuni tələb görülməsi üçün rayon polis şöbəsinə gətirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri, polis serjantı X4 və Şamaxı rayon Polis Şöbəsinin PPXB-nin manqa komandiri, polis baş serjantı X6 şahid Şamaxı rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri, polis serjantı X2 ilə eyni məzmunlu izahat verdi. İş materiallarında olan Şamaxı rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri, polis serjantı Xəlil İbrəhimxəlilov tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 09:30 radələrində postaçı yoldaşı PPXB-nin manqa komandiri polis baş serjantı Vüsal Ağacanov və polis serjantı Cəlal Adgözəlov ilə xidməti zərurət ilə bağlı Şəhriyar qəsəbəsi istiqamətində hərəkətdə olan zaman Şəhriyar qəsəbəsində adı sonradan onlara məlum olan Şamaxı rayon Bağırlı kənd sakini Şəxs “FORD TRANZİT” markalı, **-XV-*** dövlət nömrə nişanlı avtomaşınla qanunsuz küçə ticarəti ilə məşğul olduğunu görmüş, həmin şəxsə yaxınlaşaraq hərəkətlərinin qanunsuz olduğunu izah etmək istəyərkən vətəndaş Şəxs polisin ünvanına nalayiq ifadələr işlədərək onlara gedin işinizlə məşğul olun deyərək öz qanunsuz hərəkətlərinə davam etmişdir. Onlar həmin şəxsi dəfələrlə nizam-intizama dəvət etsələrdə Şəxs onların qanuni tələblərini qəsdən pozduğu üçün tərəflərindən Şamaxı rayon polis şöbəsinə gətirilməsi üçün o, vətəndaş Şəxs öz avtomaşına əyləşib yolda sürətlə sürərək onun ehtiyatlı sür xəbərdalığına məhəl qoymayaraq təhlükəli manevr etmiş sərt şəkildə “Azpetrol YDM”-nin avtomaşınların yanacaq doldurmaq üçün dayandığı dar keçiddən keçməyə çalışmışdır. Bu zaman orada dayanmış vəziyyətdə olan digər nəqliyyat vasitəsinin sürücü tərəfdən qapısına çırpılmış və bu hadisədən sonra avtomaşından düşüb uca səslə yenidən nalayiq ifadələr işlətməyə başlamışdır. Hadisənin rəsmiləşdirməsi üçün həmin yerə DYPB-nin əməkdaşları davət edilmişdir. Bundan sonra vətəndaş Şəxs barəsində qanuni tələb görülməsi üçün rayon polis şöbəsinə gətirilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli MN № ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə Şamaxı rayonu Şəhriyar qəsəbəsi ərazisində Şəxs məxsus “Ford” markalı **-XV-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə qanunsuz küçə ticarəti etdiyi müəyyən edilmişdir. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli MN № ******* saylı qərardan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixli MN № ******* saylı protokola əsasən, xx.xx.2023-cü il traixdə Şamaxı rayonu Şəhriyar qəsəbəsi ərazisində Şəxs məxsus “Ford” markalı **-XV-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə qanunsuz küçə ticarəti etdiyi müəyyən edildiyinə görə İXM-nin 454-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və həmin maddə ilə səlahiyyətli orqan tərəfindən 80 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, MN № ******* nömrəli inzibati xəta haqqında protokol üzrə 80 manat cərimə tam şəkildə ödənilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi özünün etirafedici izahatı ilə yanaşı, şahidlərin izahatları, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz İnzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi və məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, onun barəsində İXM-nin 535.1-ci maddəsinin sansiyasında nəzərədə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №3(074)-482/2023
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-482/2023
01.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver