Məhkəmə qərarları › İş №3(074)-486/2023

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-486/2023

06.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-486/2023 06.12.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokolları tərtib etmiş şəxslər Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X1 və Şamaxı RPŞ-nin DYYPB-nin YPX-nin inspektoru, polis baş serjantı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1976-cı ildə Nefçala rayonu, Boyat kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin, 333.2, 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.2, 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Şamaxı rayon Polis Şöbəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* saylı və xx.xx.2023-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokollar baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X3 izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə vətəndaş Şəxs saat 22:00 radələrində Şamaxı şəhəri, S.Ə.Şirvani küçəsində avtovağzal dairəsi istiqamətində spirtli içkinin təsiri altında nəqliyyat vasitəsini idarə etmiş, RPŞ-də ictimai qaydanı pozaraq ünvansız nalayiq ifadələr işlətmiş və polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Məhkəmə iclasında xx.xx.2023-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı RPŞ-nin DYPB-nin YPX-nin inspektoru, polis baş serjantı X4 izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 22:00 radələrində Şamaxı şəhəri, S.Ə.Şirvani küçəsində avtovağzal dairəsi istiqamətində xidmətdə olarkən, **-AL-*** dövlet qeydiyyat nişanlı "Mersedes" markalı avtomaşının sürücüsünün işıq cihazından düzgün İstifadə etmədiyi üçün tərəflərindən saxlanılmış və bu zaman ondan kəskin spirtli içki iyi geldiyi üçün sərxoş vəziyyətdə olması müəyyən edilmişdir. Bununla da o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, xx.xx.2023-cü il tarixdə Şamaxı şəhərində yerləşən “Forel” restoranında çaxır spirtli içkini qəbul etdikdən sonra özünə məxsus avtomaşınına əyləşərək Bakı şəhərinə getmək üçün yola çıxmışdır. Rayon ərazisində DYP əməkdaşları avtomobilinə saxla işarəsi vermişlər və o avtomobili saxlamışdır. Əməkdaş ona yaxınlaşaraq özünü təqdim etdikdən sonra içkili olduğu üçün alkotestrı üfürməyini bildirmiş, o, isə bundan imtina etmiş, daha sonra polislər onu RPŞ-nə dəvət etmişlər. RPŞ-də olan zaman içkili olduğundan səs küy salaraq ünvansız nalayiq ifadələr işlətmişdir. Polis əməkdaşları onu dəfələrlə nizam-intizama dəvət etsələrdə o, qərəzli hərəkətlərini davam etdirmişdir. Əlavə olaraq bildirdi ki, özü 3-cü qrup əlildir və xərçəng xəstəsidir. Etdiyi əməldən peşmandır. Qeyd etdiklərini nəzərə alaraq, barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. İş materiallarında olan Şamaxı RPŞ-nin DYPB-nin YPX-nin inspektoru, polis baş serjantı Ziya Güliyev tərəfindən tərtib edilmiş raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 22:00 radələrinde Şamaxı şəhəri, S.Ə.Şirvani küçəsində avtovağzal dairəsi istiqamətində xidmətdə olarkən, **-AL-*** dövlet qeydiyyat nişanlı "Mersedes" markalı avtomaşının sürücüsünün işıq cihazından düzgün istifadə etmədiyi üçün tərəflərindən saxlanılmış, sürücüyə yaxınlaşıb özünü təqdim etdikdən sonra ondan kəskin spirtli içki iyi gəldiyi üçün sürücü Şəxs həmin avtomaşın ilə birlikdə rayon polis şöbəsinə gətirilmişdir. Avtomaşın duracağa yerləşdirilərək baxış keçirilmiş və akt tərtib olunmuşdur. Sürücü alkotester müayinəsindən keçməkdən imtina etmiş ve rayon polis şöbəsinin daxilində uca səslə nalayiq ifadələr işlətmişdir, ona etdiyi inzibati xətanın mahiyyəti izah olunaraq dəfələrlə nizamintizama dəvət olunsada, o buna mehəl qoymayaraq öz qanunsuz hərəkətlərinə davam etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli AZA № 019678 saylı inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 22:00 radələrində inzibati qaydada tutulmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qeydiyyat nömrəsi 02532 saylı sərxoşluq vəziyyətinin alkotestr müayinəsindən görünür ki, Şəxs müayinə vaxtı 1,454 promil alkoqol sərxoşluğu aşkar olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 00:44 radələrində idarə etdiyi “BMW X-5” minik markalı **-KU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Azərbaycan Respublikası İXMnin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, Şəxs 3-cü dərəcəli əlildir. Məhkəmə, inzibati xəta haqqında tərtib edilmiş protokolu və ona əlavə edilmiş sənədləri tədqiq edib, proses iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2, 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsiri tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsinə əsasən Bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə nəqliyyat vasitələrini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, beş yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-1-ci İnzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə Şəxs əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətaların xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi əməlindən səmimi peşmançılığını və məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alıb, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2, 510 və 535.1-ci maddəri ilə təqsirli bilinməli və ona İXM-nin 333.2 və 535.1-ci maddələrinin sanksiyasının hədləri daxilində nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.2, 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilsin və İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsinin sanksiyası çərçivəsində nəqliyyat vasitəsini idarə etmək hüququ 2 (iki) il müddətinə məhdudlaşdırılmaqla, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 150 (yüz əlli) manat məbləğində cərimə edilsin və o, məhkəmə zalında dərhal həbsdən azad edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar