Məhkəmə qərarları › İş №3(074)-487/2024

Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №3(074)-487/2024

11.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 3(074)-487/2024 11.07.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi Şikayət vermiş şəxs X2 iştirakı ilə, Şamaxı Rayon Polis X7 Xidmətinin 03 noyabr 2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət vermək üçün prosessual müddətin bərpa edilməsi haqqında X2 vəsatətinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şamaxı Rayon Polis X7 Xidmətinin 03 noyabr 2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.5.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 40 manat cərimə edilmişdir. Qərardan narazı qalan X5 şikayət verərək, Şamaxı Rayon Polis X7 Xidmətinin 03 noyabr 2023-cü il tarixli, TP ******* nömrəli qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Eyni zamanda, X5 vəsatətlə Şamaxı rayon Məhkəməsinə müraciət edərək, Şamaxı Rayon Polis X7 Xidmətinin 03 noyabr 2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət vermək üçün prosessual müddətin bərpa edilməsi xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, Şamaxı rayon Polis X7 Xidməti tərəfindən xx.xx.2023-cü il tarixdə X2 barəsində TP6090156 nömrəli inzibati xəta haqqında qərar çıxarılmışdır. Şamaxı rayon Yol Patrul Xidmətinin baş inspektoru polis kapitanı xx.xx.2023cü il tarixdə tərtib etdiyi TP6090156 nömrəli qərarı poçt vasitəsilə Şamaxı rayon Həmyəli kəndində yaşayan X4, rəsmi olaraq qanuna müvafiq qaydada ünvanlamamışdır. Uzun müddət, heyvanlarının avto-nəqliyyat vasitəsi ilə vurularaq məhv edilməsi barədə Şamaxı rayon Yol Patrul Xidmətindən heç bir sənəd və məlumat almağa müvafiq olmayan X5 məcbur qalaraq xx.xx.2024-cü il tarixdə rayon polis X7 Xidmətinə heyvanlarını yol-nəqliyyat hadisəsi nəticəsində vurub öldürən sürücünün barəsində hansı qanuni tədbirin görüldüyü ilə maraqlanmaq məqsədilə hadisə yerində olmuş Şamaxı rayon Yol Polis Xidməti baş inspektoru polis kapitanı X1 müraciət etmişdir. Rayon Yol Patrul Xidmətinin baş inspektoru polis kapitanı X3 bildirmişdir ki, onun qoyunlarını vurub öldürərək məhv edən ”Mersedes-90” markalı avtonəqliyyat vasitəsinin sürücüsü yox, o özü günahkardır və xx.xx.2024-cü ildə TP6090156 nömrəli qərarı ona vermişdir. Həmin qərardan narazı qalan X5 dərhal, yəni həmin gün Şamaxı rayon Məhkəməsinə müraciət edərək Şamaxı rayon polis X7 Xidmətinin xx.xx.2023-cü il tarixli qərarın əsassız, qanunsuz, qərəzli və son dərəcə ədalətsiz hesab edərək ləğv edilməsini xahiş etmişdir. Odur ki, barəsində tərtib olunmuş protokol və qərarlardan şikayət etmə müddəti buraxmamış hesab edilməli və şikayət etmə müddəti bərpa olunmalıdır. Məhkəmə iclasında iştirak edən X5 şikayətin məzmununa uyğun izahat verərək vəsatəti təmin edilərək Şamaxı Rayon Polis X7 Xidmətinin 03 noyabr 2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət vermək üçün prosessual müddətin bərpa edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, onun həmin qərardan xx.xx.2024-cü il tarixdə məlumatı olmuş, xx.xx.2024-cü il tarixdə isə Şamaxı Rayon Polis Şöbəsinə getmişdir ki, qərarı alsın. Mart ayında atası, sonra isə anası rəhmətə getmiş və başı qarışıq olmuşdur, polis əməkdaşı Vahid Zərbaliyev də onu aldatmışdır. Ona vurulmuş ziyanın ödənilməsi üçün mülki qaydada iddia qaldırmış və mülki işdə olan sənədləri polis şöbəsindən almışdır. Qərarın ona xx.xx.2024-cü il tarixdə təqdim edilməsi ilə bağlı heç bir sübutu yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə onlardan vəsatət daxil olmamışdır. Bu səbəbdən məhkəmə, səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan inzibati xəta haqqında işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq və müddətin bərpasına dair vəsatəti nəzərdən keçirərək hesab edir ki, vəsatət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Məhkəmə iş materiallarını, habelə X5 tərəfindən şikayətin verilməsi üçün nəzərdə tutulmuş müddətin buraxılması səbəbi kimi istinad etdiyi halları araşdıraraq hesab edir ki, valideynlərinin ölməsi barədə hər hansı bir sübut ərizəyə əlavə edilməsə də, hətta belə olsa belə qərardan şikayət verilməsi üçün uzun müddət keçdiyindən, inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsinin qaydaları və müddəti qərarın məzmununda izah edildiyindən, habelə şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizədə müddətin buraxılması hər hansı bir digər üzrlü hesab edilə biləcək hallarla izah edilmədiyindən ərizə təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 130 və 132-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Vəsatət təmin edilməsin. X2 Şamaxı Rayon Polis X7 Xidmətinin 03 noyabr 2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət verməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpa edilməsi barədə vəsatəti təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar