Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-489/2024 04.07.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxx 1977-ci ildə Şamaxı rayonu, Məlikçobanı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Şamaxı rayonu, Məlikçobanı kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Şamaxı rayon Polis Şöbəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X7 izahatında göstərdi ki, vətəndaş Şəxs xx.xx.2024-cü il tarixdə saat 23:48 radələrində Şamaxı şəhəri, N.Nərimanov küçəsində ictimai qaydanı pozaraq uca səslə nalayiq ifadələr işlətmiş, polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat 23:48 radələrində Şamaxı şəhəri N.Nərimanov küçəsində "Gəncə Təndiri" mağazasının qarşısında oğlu Tofiqlə mübahisə edərkən polis əməkdaşları onlara yaxınlaşmışlar, onlara sakit olmağı bildirmişlər. O, isə sərxoş olduğu üçün polis əməkdaşları ilə mübahisə etmişdir. Sonra onu və oğlunu polis şöbəsinə gətirmişlər. Həmin vaxt sərxoş olduğundan polislərlə mübahisə etmiş və onlara əl atmışdır. Etdiyi əmələ görə çox peşmandır, polis əməkdaşlarından üzr istəyir və bir daha bu cür hərəkətlərə yol verməyəcəkdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı rayon Polis Şöbəsinin PPXBnin polis nəfəri X16 izahat verib bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat 23:48 radələrində Şamaxı şəhəri N.Nərimanov küçəsində Şamaxı RPŞ-nin PPXB-nin polis nəfərləri X6 və X11 ilə birlikdə xidmətdə olan zaman, "Gəncə Təndiri" mağazasının qarşısında iki nəfər şəxsin uca səslə nalayiq ifadələr işlədərək bir biri ilə mübahisə edərək və ictimai qaydanı pozmalarını görüb həmin şəxslərə yaxınlaşmışlar, özlərini təqdim edib, onlara etdikləri qayda pozuntusunun mahiyyətini izah etmişlər və ictimai qaydanı pozduqları üçün onları nizam-intizama dəvət etmişlər, lakin adları sonradan onlara məlum olan Şəxs və X4 onlarlada mübahisə etməyə başlamışlar "biz ata oğul özümüz söhbət edirik bizim işimizə qarışmayın" söyləyərək ünvanlarına nalayiq ifadələr işlətmişlər, onlar onları dəfələrlə nizam-intizama dəvət etsələrdə həmin şəxslər onların qanuni tələblərinə qəsdən tabe olmayaraq öz qanunsuz əməllərini davam etdirmişlər, bu zaman Şamaxı RPŞ-nin PPXBnin bölük komandirinin müavini Vahid Hacıyevə məlumat verərək onu köməyə çağırmışlar. Şamaxı RPŞ-nin PPXB-nin bölük komandirinin müavini Vahid Hacıyev köməyə gəldikdən sonra Şəxs və X2 rayon polis şöbəsinə gətirərkən adları sonradan onlara məlum olan X12 və X13 onlara qıraqdan müdaxilə etmişlər və onların qanuni fəaliyyətlərinə mane olaraq Şəxs və X2 rayon polis şöbəsinə gətirilməsinə şərait yaratmamışlar, onlar X8 və X9 qanuni tələblərinə pozmamaları üçün dəfələrlə xəbərdarlıq etmişlər və onları nizam-intizama dəvət etsələrdə onlarda onların qanuni tələblərinə qəsdən tabe olmamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı rayon Polis Şöbəsinin PPXBnin polis nəfəri X6 şahid Şamaxı rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri X16 ilə eyni məzmunlu izahat verdi. İş materiallarında olan xx.xx.2024-cü il tarixli AZA № 019701 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, inzibati xəta haqqında iş üzrə icraatın gedişatını təmin etmək məqsədi ilə Şəxs xx.xx.2024-cü il tarixdə saat 00:35 radələrində inzibati qaydada tutulmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Şamaxı rayon Məlikçobanı kənd sakini xx.xx.1977-ci il təvəllüdlü Şəxs törətdiyi İnzibati Xəta haqqında barəsində tədbir görülməsi üçün RPŞ-nə gətirilərkən sərxoşluq müayinəsindən keçməkdən və həkim müayinəsindən imtina ertmişdir. İş materiallarında olan Şamaxı rayon Polis Şöbəsinin PPXB-nin bölük komandirinin müavini, polis baş leytenantı Vahid Hacıyev tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 23:48 radələrində N.Nərimanov küçəsində xidmətdə olan PPXB-nin manqa komandiri Sayılov Elşən və polis nəfərləri Qəribov Əbil, Zərbəliyev Elmar həmin küçədə yerləşən “Gəncə “Təndiri”' adlı çörək evinin qarşısında iki nəfər şəxsin bir-birləri ilə mübahisə edərək uca səslə nalayiq ifadələr işlətmələrini və ictimai qaydanı pozduqlarını görüb həmin şəxslərə yaxınlaşıb, özlərini təqdim edərək həmin şəxslərin etdikləri qayda pozuntusunu izah etmişlər, onlar polis əməkdaşlarının tələbinə məhəl qoymayaraq öz qanunsuz hərəkətlərini davam etdiridikdə, əməkdaşlar həmin əraziyə onu köməyə çağırmışlar. O, hadisə yerinə yaxınlaşmış və əvvəlcədən orada olan iki nəfərin, adları sonradan onlara məlum olan Şəxs və X5 barəsində tədbir görülməsi üçün RPŞ-yə gətirmək istəyən zaman adları sonradan onlara məlum olan X10 və X1 vəziyyətdə onlara yaxınlaşaraq nalayiq ifadələr işlədərək onların qanuni fəaliyyətlərinə mane olaraq həmin şəxslərin RPŞ-yə gətrilməsinə şərait yaratmamışlar. Onllar həmin şəxslərə qanuni tələblərini pozmamaları üçün dəfələrlə xəbərdarlıq etmişlər və onları nizam intizama dəvət etsəkdə olan onların qanuni tələblərinə qəsdən tabe olmadıqları üçün həmin dörd nəfər şəxslər tərəflərindən RPŞ-yə gətirilmişlər. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsi özünün etirafedici izahatı ilə yanaşı, şahidlərin izahatları, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs əməlində məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətaların xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən hal kimi əməlindən peşman olmasını və məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəri ilə təqsirli bilinməli və ona İXM-nin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilsin və İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 12 (on iki) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 04 iyul 2024-cü il tarix, saat 00:35-dən hesablansın. Şəxs inzibati həbs müddətində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müəyyən etdiyi yerlərdə mühafizə altında saxlanılsın. Qərarın icrası Şamaxı rayon Polis Şöbəsinin inzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №3(074)-489/2024
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-489/2024
04.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver