Məhkəmə qərarları › İş №3(074)-491/2023

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-491/2023

07.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-491/2023 07.12.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxx 2005-ci ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evlisubay, orta təhsilli, Şamaxı rayonu, Şəhriyar qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Şamaxı rayon Polis Şöbəsində tərtib olunmuş xx.xx.2023cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X12 izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 20:09 radələrində Şamaxı rayonu, Şəhriyar qəsəbəsi ərazisində vətəndaş Şəxs ictimai qaydanı pozaraq, uca səslə səs-küy salmış və polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verib bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 19:50 radələrində əmisi X1 məxsus VAZ-2106 markalı **-BC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini onun icazəsini aldıqdan sonra götürüb anası X9 ilə birlikdə çörək almaq üçün qəsəbə ərazisində yerləşən marketə getmişlər, çörək aldıqdan sonra anası ona bildirmişdir ki, məktub var və onu fermaya aparmaq lazımdır. Bundan sonra onlar məktubu vermək üçün ferma istiqamətində hərəkət etmişlər. Həmin vaxt nəqliyyat vasitəsinin idarəetməsini itirərək yolun kənarına çıxmış və avtomaşın orada ilişərək qalmış, dərhal əmisi X2 zəng edərək başına gələn hadisəni bildirmiş, təxminən 5 dəqiqə sonra əmisi oraya gəlmiş, həmin vaxt ətraflarına qəsəbə sakinləri yığışaraq onlara köməklik göstərmişlər. Daha sonra oraya YPX-nin və PPX-nin əməkdaşları yaxınlaşmış, bundan sonra polis əməkdaşları ile anası X9, əmisi X3 və onun arasında anlaşılmazlıqlar yaranmış və polis əməkdaşları onları barələrində qanuni tədbir görülməsi üçün RPŞ-nə gətirmişlər. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı rayon Polis Şöbəsinin DYPB-nin YPXnin inspektoru, X10 izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 20:09 radələrində Şamaxı RPŞ-nin DYPB-nin YPX-nin baş inspektoru Ruxsar Məmmədovla birlikdə Şamaxı rayonu Şəhriyar qəsəbəsində xidməti ərazidə olan zaman VAZ-2106 markalı **-BC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yolun kənarında çuxura düşməsini, ətrafa kütlənin yığışmasını görüb oraya yaxınlaşmışlar. Həmin vaxt vətəndaş X9 ona yaxınlaşaraq avtomobilin ona məxsus olmasını bildirmiş, onlar özlərini təqdim edərək sakit olmasını Rəna Məmmədovaya bildirmiş, həmin vaxt Rəna Məmmədova ictimai qaydanı pozaraq uca səslə səs-küy salmağa başlamış, bundan sonra X11 və X3 da ictimai qaydanı pozaraq uca səslə səs-küy salmışlar, dəfələrlə nizam-intizama dəvət edərək ictimai qaydanı pozmamağı bildirsələrdə, onlar öz qərəzli hərəkətlərini davam etdirərək polisin qanuni tələblərinə qəsdən tabe olmayaraq ictimai qaydanı pozur və nalayiq ifadələr işlətmişlər. Daha sonra onlar Rəna Məmmədovanı, Şəxs və Ağaxan Qəhrəmanovu RPŞ-nə aparmaq üçün oraya PPXB-nin əməkdaşlarını dəvət etmişlər və onların köməkliyi ilə onları RPŞ-nə gətirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı rayon Polis Şöbəsinin DYPB-nin YPXnin Baş inspektoru, polis baş serjantı X6, Şamaxı rayon Polis Şöbəsinin PPXB-nin bölük komandiri X4, Şamaxı rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri, polis serjantı X13 şahid Şamaxı rayon Polis Şöbəsinin DYPB-nin YPX-nin inspektoru, X10 ilə eyni məzmunlu izahat verdi. İş materiallarında olan Şamaxı rayon Polis Şöbəsinin DYPB-nin YPX-nin Baş inspektoru, polis baş serjantı Ruxsar Məmmədov tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 20:09 radələrində Şamaxı RPŞ-nin DYPB-nin YPX-nin inspektoru Samir Hacıyevlə birlikdə Şamaxı rayonu Şəhriyar qəsəbəsində xidməti ərazidə olan zaman VAZ-2106 markalı **-BC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yolun kənarında çuxura düşməsini, ətrafa kütlənin yığışmasını görüb oraya yaxınlaşmışlar. Həmin vaxt vətəndaş X9 ona yaxınlaşaraq avtomobilin ona məxsus olmasını bildirmiş, onlar özlərini təqdim edərək sakit olmasını Rəna Məmmədovaya bildirmiş, həmin vaxt Rəna Məmmədova ictimai qaydanı pozaraq uca səslə səs-küy salmağa başlamış, bundan sonra Şəxs və X3 da ictimai qaydanı pozaraq uca səslə səs-küy salmışlar, dəfələrlə nizam-intizama dəvət edərək ictimai qaydanı pozmamağı bildirsələrdə, onlar öz qərəzli hərəkətlərini davam etdirərək polisin qanuni tələblərinə qəsdən tabe olmayaraq ictimai qaydanı pozub və nalayiq ifadələr işlətmişlər. Daha sonra onlar Rəna Məmmədovanı, Şəxs və Ağaxan Qəhrəmanovu RPŞ-nə aparmaq üçün oraya PPXB-nin əməkdaşlarını dəvət etmişlər və onların köməkliyi ilə onları RPŞ-nə gətirmişlər. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qeydiyyat nömrəsi 02533 saylı sərxoşluq vəziyyətinin alkotestr müayinəsindən görünür ki, Şəxs müayinə vaxtı 0,000 promil alkoqol sərxoşluğu aşkar olunmamışdır. İş materiallarında olan TP ******* nömrəli xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə VAZ-2106 markalı **-BC-*** qeydiyyat nişanlı avtomobili idarə edərkən İXM-nin 332.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və həmin maddə ilə səlahiyyətli orqan tərəfindən 100 manat məbləğində cərimə edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsi özünün etirafedici izahatı ilə yanaşı, şahidlərin izahatları, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci İnzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Məhkəmə Şəxs əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətaların xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, onun ailə vəziyyətini nəzərə alıb, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəri ilə təqsirli bilinməli və ona İXMnin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilsin və İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar