Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-491/2024 04.07.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X8 iştirakları ilə, xx xxx 1990-cı ildə Şamaxı rayonu, Məlikçobanı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Şamaxı rayonu, Məlikçobanı kəndində qeydiyyatda olan və yaşayan X8 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: X8 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Şamaxı rayon Polis Şöbəsində tərtib olunmuş xx.xx.2024cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X10 izahatında göstərdi ki, vətəndaş X15 xx.xx.2024-cü il tarixdə saat 23:48 radələrində Şamaxı şəhəri, N.Nərimanov küçəsində ictimai qaydanı pozmuş və polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X15 izahat verib bildirdi ki, xx.xx.2024-cü il tarixdə dayısı oğlunun toy məclisindən çıxdıqdan sonra xalasının şöbənin qarşısında vəziyyətinin pisləşməsini eşidib rayon polis şöbəsinin qarşısına gəlmişdir. Xalasını xəstəxanaya yola saldıqdan sonra, polis əməkdaşları ilə söhbət edərkən onu da polis şöbəsinə dəvət etmişlər. Verilmiş suallara cavab olaraq bildirdi ki, xalasının vəziyyəti pisləşəndə xalasının yoldaşı yanında olmuşdur. Lakin o da xalasını görmək üçün gəlmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri X22 izahat verib bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat 23:48 radələrində Şamaxı şəhəri N.Nərimanov küçəsində Şamaxı RPŞ-nin PPXB-nin polis nəfərləri X9 və X16 ilə birlikdə xidmətdə olan zaman, "Gəncə Təndiri" mağazasının qarşısında iki nəfər şəxsin uca səslə nalayiq ifadələr işlədərək bir biri ilə mübahisə edərək və ictimai qaydanı pozmalarını görüb həmin şəxslərə yaxınlaşmışlar, özlərini təqdim edib, onlara etdikləri qayda pozuntusunun mahiyyətini izah etmişlər və ictimai qaydanı pozduqları üçün onları nizam-intizama dəvət etmişlər, lakin adları sonradan onlara məlum olan X5 və X6 onlarlada mübahisə etməyə başlamışlar "biz ata oğul özümüz söhbət edirik bizim işimizə qarışmayın" söyləyərək ünvanlarına nalayiq ifadələr işlətmişlər, onlar onları dəfələrlə nizam-intizama dəvət etsələrdə onlar onların qanuni tələblərinə qəsdən tabe olmayaraq öz qanunsuz əməllərini davam etdirmişlər, bu zaman Şamaxı RPŞ-nin PPXB-nin bölük komandirinin müavini Vahid Hacıyevə məlumat verərək onu köməyə çağırmışlar, Şamaxı RPŞ-nin PPXB-nin bölük komandirinin müavini Vahid Hacıyev köməyə gəldikdən sonra X2 və X3 rayon polis şöbəsinə gətirərkən adları sonradan onlara məlum olan X17 və X18 onlara qıraqdan müdaxilə etmişlər və onların qanuni fəaliyyətlərinə mane olaraq X2 və X3 rayon polis şöbəsinə gətirilməsinə şərait yaratmamışlar, onlar X11 və X12 qanuni tələblərinə pozmamaları üçün dəfələrlə xəbərdarlıq etmişlər və onları nizam-intizama dəvət etsələrdə onlarda onların qanuni tələblərinə qəsdən tabe olmamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri X9 şahid Şamaxı rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri X22 ilə eyni məzmunlu izahat verdi. İş materiallarında olan xx.xx.2024-cü il tarixli AZA № 019702 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, inzibati xəta haqqında iş üzrə icraatın gedişatını təmin etmək məqsədi ilə X15 xx.xx.2024-cü il tarixdə saat 00:35 radələrində inzibati qaydada tutulmuşdur. İş materiallarında olan qeydiyyat nömrəsi 02981 saylı sərxoşluq vəziyyətinin alkotestr müayinəsindən görünür ki, X15 xx.xx.2024-cü il tarixdə müayinə vaxtı (1,026 promil) alkoqol sərxoşluğu aşkar olunmuşdur. İş materiallarında olan Şamaxı rayon Polis Şöbəsinin PPXB-nin bölük komandirinin müavini, polis baş leytenantı Vahid Hacıyev tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 23:48 radələrində N.Nərimanov küçəsində xidmətdə olan PPXB-nin manqa komandiri Sayılov Elşən və polis nəfərləri Qəribov Əbil, Zərbəliyev Elmar həmin küçədə yerləşən “Gəncə “Təndiri”' adlı çörək evinin qarşısında iki nəfər şəxsin bir-birləri ilə mübahisə edərək uca səslə nalayiq ifadələr işlətmələrini və ictimai qaydanı pozduqlarını görüb həmin şəxslərə yaxınlaşıb, özlərini təqdim edərək həmin şəxslərin etdikləri qayda pozuntusunu izah etmişlər, onlar polis əməkdaşlarının tələbinə məhəl qoymayaraq öz qanunsuz hərəkətlərini davam etdiridikdə, əməkdaşlar həmin əraziyə onu köməyə çağırmışlar. O, hadisə yerinə yaxınlaşmış və əvvəlcədən orada olan iki nəfərin, adları sonradan onlara məlum olan X5 və X7 barəsində tədbir görülməsi üçün RPŞ-yə gətirmək istəyən zaman adları sonradan onlara məlum olan X14 və X1 vəziyyətdə onlara yaxınlaşaraq nalayiq ifadələr işlədərək onların qanuni fəaliyyətlərinə mane olaraq həmin şəxslərin RPŞ-yə gətrilməsinə şərait yaratmamışlar. Onllar həmin şəxslərə qanuni tələblərini pozmamaları üçün dəfələrlə xəbərdarlıq etmişlər və onları nizam intizama dəvət etsəkdə olan onların qanuni tələblərinə qəsdən tabe olmadıqları üçün həmin dörd nəfər şəxslər tərəflərindən RPŞ-yə gətirilmişlər. Beləliklə, məhkəmə hesab edir ki, X15 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsi özünün etirafedici izahatı ilə yanaşı, şahidlərin izahatları, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci İnzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də, X15 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. X8 məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə X13 inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətaların xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, onun ailə vəziyyətini nəzərə alıb, hesab edir ki, X15 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəri ilə təqsirli bilinməli və ona İXMnin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X15 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilsin və İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 150 (yüz əlli) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №3(074)-491/2024
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-491/2024
04.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver