Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-495/2024 10.07.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon Polis Şöbəsinin İTBnin sahə rəisi X2 oğlunun, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1970-ci ildə Şamaxı rayonu, Mərzəndiyə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Şamaxı rayonu, Mərzəndiyə kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şamaxı rayon Polis Şöbəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X4 izahatında göstərdi ki, xx.xx.2024-ci il tarixdə Şəxs qardaşı Zərərçəkmiş şəxs döyərək dərəcəsi təyin edilməyən xəsarət yetirməsi faktı alınmış izahatlar ilə MTE-nin 27 may 2024-cü il tarixli 131 saylı rəyi ilə öz təsdiqini tapmışdır. Lakin Şəxs əməli hazırkı qanunvericiliyə əsasən Azərbaycan Respublikasmm İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin əlamətləri olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, o, qardaşı Asif və mərhum qardaşı oğlu Məhəmmədlə qonşuluqda yaşayır, evləri yanbayan yerləşir, evlərinin qarşısında boş torpaq sahələri vardır. Həmin torpaq sahələrinin evinin qarşısına düşən müəyyən hissəsi onundur. 27 may 2024-cü il tarixdə yaşadıqları evin yaxınlığında qardaşı oğlu Məhəmmədlə söhbət edən zaman digər qapının qarşısında Asiflə digər qardaşı Novruz söhbət etmiş, bu zaman o da Məhəmmədlə onlara yaxınlaşmış, Novruzla Asifin mübahisə etdiyini görmüş, Asif əsəbi halda böyük qardaşı Novuzun ünvanına nalayiq söyüşlər söyməyə başlamış, o, isə dayana bilməyib şillə ilə birdəfə Asifin üzünə vurmuşdur. Qardaşı Novruz ürəyindən əməliyyat olduğu üçün bir necə ay olar ki, xəstə yatır və o böyük qardaşlarıdır. Ona görədə o, tez Novruzun getməsini demiş, bu zaman Asif əsəbi halda yenidən Novruzu və onu təhqir etməyə başlamış, Məhəmməd onların aralarına girmək istəyən zaman o, təpiklə Asifi vuraraq getməsini demiş və böyük qardaşları Novruzu niyə söydüyüyü bildirmiş, bu zaman qardaşı Novruz Asifin torpaq sahəsi istədiyini demiş, o, isə Asifə torpaq sahəsi üsütüdə adam qardaşını söyər demiş, əlindəki olan heyvan otarmaq üçün istifadə etdiyi qırmancla onun kürək nahiyəsinə vurmuş, sonra isə Məhəmməd və Novruz onların aralarına girmiş və ayırmışlar, Asif isə ondan uzaqlaşıb Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermidir. Həmin hadisə zamanı orada ondan, Məhəmməd, Novruz və Asifdən başqa heç kim olmamışdır. Baş vermiş hadisə təxminən bir necə dəqiqə ərzində davam etmişdir. Zərərçəkmiş şəxs Heyət oğlunun izahatında göstərdikləri yalan böhtan xarakterlidir, yuxarda göstərdiyi kimi nə Məhəmməd nə də ki Novruz Zərərçəkmiş şəxs Heyət oğluna qarşı heç bir qanunsuz hərəkətlər etməmişlər ona vurmamışlar, ona xəsarət yetirməmişlər, lakin o, Asif arasında dava-dalaş olmuş, Asif söyüş söydüyü üçün o, birinci şillə sonra isə təpik və əlində olan qırmancla Asifi vurmuşdur. Məhəmmədlə Novruz sadəcə olaraq onları ayırmışlar. O, etdiyi əmələ görə peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahat verib bildirdi ki, Mayis, Novruz Şahməmmədov qardaşı Məhəmməd Şahməmmədov isə qardaşı oğlu olmaqla, həmin şəxslərlə münasibəti yaxşı olmamış, aralarında mübahisə ədavət dava-dalaş olmuşdur. Həmin şəxslər onunla qonşuluqda yaşayırlar, evləri yanbayan yerləşir, evlərinin qarşısında boş torpaq sahələri vardır. Həmin torpaq sahələrini müəyyən hissəsi onundur. Lakin Məhəmməd və Mayisin evinin qarşısında olan boş torpaq sahələrinin müəyyən hissəsini onlar zəbt etmişlər, boşda qalan digər torpaq sahəsini o, istəsə də qardaşları və oğlu Məhəmməd zəbt etdikləri torpaq sahələrini ona verməmişlər, bu səbəbdəndə aralarında mübahisələr olmuşdur. 27 may 2024-cü il tarixdə qardaşları Novruz və Şəxsla qardaşı oğlu Məhəmməd yaşadığı ünvana gəlib, ona evin çölünə çağırmışlar, söhbət zamanı Novruz ona yaxınlaşıb, boşda qalan torpaq sahəsinin Məhəmmədin olduğunu demiş, o, isə həmin ərazilərdə torpaq sahəsinin olmadığı, boş torpaq sahəsinin ona verilməsini demiş, bu zaman Novruz əsəbləşib yumruqla göz nahiyəsinə vurmuş o, yerə əyilmiş, Məhəmməd onu arxaya itələmiş, o, isə yerə yıxılmış, bu zaman Novruz təpiklə ağzına sonra isə Mayis əlində olan heyvan otarmaq üçün düzəlmiş taxta qırmancla kürək və baş nahiyyəsinə zərbələr vurmağa başlamışdır. Sonra isə tez onların əlindən qaçıb evinin həyətinə girmiş və hadisə barədə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Məlumat əsasında yaşadığı evə polis əməkdaşları gəlmiş və o, ərizə ilə müraciət etmişdir. Həmin hadisə zamanı Mayis və Novruz, Məhəmməd adlı şəxslərə qarşı heç bir qanunsuz hərəkət etməmişdir. Həmin hadisə zamanı hadisə yerində ondan, Mayis və Novruz, Məhəmməd adlı şəxslərədən başqa heç kim olmamışdır. Baş vermiş hadisə təxminən bir neçə dəqiqə ərzində davam etmişdir. Baş vermiş hadisə zamanı Mayis və Novruz, Məhəmməd adlı şəxslər ona qarşı yuxarıda göstərdiklərimdən əlavə onu təhqir etmişdirlər. Hazırda Mayisla barışmamış, onun barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etdi. Eyni zamanda hadisə zamanı onu, yalnız Mayis deyil, Novruzunda döydüyünü bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Publik Hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 131 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs Heyət oğlunun almış olduğu xəsarətlər başın təpə nahiyyəsinin sıyrıqı, sağ gözün üst qapağı şişkinliyi, üst dodağının iç səthinin, sağ bazu, sağ və sol baldırlar nahiyyələrinin qançırları küt əşya təsirindən törənməklə, qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə kənar şəxs və şəxslər tərəfindən yetirilməsi mümkündür. Zərərçəkmiş şəxs almış olduğu xəsarət sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcələrinin təyin edilmir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şamaxı rayonu, Mərzəndiyyə kəndində qeydiyyatda olmaqla, yaşayan Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şamaxı rayonu, Mərzəndiyə kəndində qeydiyyatda olmaqla, və həmin ünvanda yaşayan X3 barədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinə verilmiş, qərarın surətləri X3 ilə Zərərçəkmiş şəxs verilməklə qəbul edilmiş qərardan narazı qaldıqları halda prossesual rəhbərliyi həyata keçirən prokurora və ya məhkəməyə şikayət etmək hüquqlarının olduğu onlara izah edilmiş, qərarın surəti prosessual rəhbərliyi həyata keçirən Şamaxı rayon prokuroruna göndərilmiş, toplanmış material saxlanması üçün Şamaxı rayon polis şöbəsinin arxivinə verilmişdir. İş materiallarında olan Şamaxı rayon Polis Şöbəsinin TQ-nin təhqiqatçısı, polis baş leytenantı Vüqar Mehraliyev tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli raportdan görünür ki, 27 may 2024-cü il tarixdə, saat 17:11-də Azərbaycan Respublikası DİN-nin 102 xidmətindən Şamaxı rayon polis şöbəsinin növbətçi hissəsinə daxil olmuş məlumatda Şamaxı rayonu, Mərzəndiyyə kəndində qeydiyyatda olmaqla, yaşayan Zərərçəkmiş şəxs Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək üç nəfər şəxs tərəfindən döyülməsi barədə məlumat verməsi göstərilmişdir. Vətəndaş Zərərçəkmiş şəxs 27 may 2024-cü il tarixdə Şamaxı rayon polis şöbəsinə ərizə ilə müraciət edərək həmin tarixdə Mias və Novruz Şahməmmədovun onu döyməsini göstərməklə, həmin şəxslər barədə qanuni tədbir görülməsini xahiş etmişdir. Araşdırma zamanı 27 may 2024-cü il tarixdə Şamaxı rayonu, Mərzəndiyə kəndində qeydiyyatda olmaqla, və həmin ünvanda yaşayan X1 Zərərçəkmiş şəxs sağlamlığa zərər vurmayan, dərəcəsi təyin edilməyən xəsarət yetirməsi fakt alınmış izahatlar ilə MTE-nin 19 iyun 2024-cü il tarixli 131 saylı rəyi ilə öz təsdiqini tapmışdır. Lakin Şəxs Zərərçəkmiş şəxs sağlamlığa zərər vurmayan, dərəcəsi təyin edilməyən xəsarət yetirməsi faktı hazırkı qanunvericiliyə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta hesab edilir. Odur ki, Şamaxı rayonu, Mərzəndiyyə kəndində qeydiyyatda olmaqla, yaşayan Zərərçəkmiş şəxs müraciəti əsasında Şamaxı rayonu, Mərzəndiyə kəndində qeydiyyatda olmaqla, və həmin ünvanda yaşayan X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surətinin rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinə verilmişdir. Məhkəmə hesab edir ki, İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, zərər çəkmiş şəxsin izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs əməlində məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını nəzərə alıb, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməli, onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 350 (üç yüz əlli) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №3(074)-495/2024
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-495/2024
10.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver