Məhkəmə qərarları › İş №3(074)-501/2025

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-501/2025

13.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-501/2025 13.11.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1989-cu ildə Şamaxı rayonu, Ovculu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Şamaxı rayonu, Ovculu kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Şamaxı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şamaxı rayon İcra və Probasiya Şöbəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 izahat verib bildirdi ki, Şamaxı rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(074)-1267/2022 saylı icra vərəqəsinə əsasən, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********78873 Samsung Galaxy A12 markalı telefon üçün 98 manat ödənilməmiş hissə, 9 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********19979 İPhone 12 markalı telefon üçün 2010 manat ödənilməmiş hissə, 201 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********14758 X6 9 Pro markalı telefon üçün 561 manat ödənilməmiş hissə, 56 manat cərimə olmaqla ümumilikdə 2935 manat borc, 49.35 manat ödənilmiş dövlət rüsumu cavabdeh Şəxs alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalıdır. Bundan başqa, Şamaxı rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(074)- 414/2023 saylı vərəqəsinə əsasən, Şəxs 22 iyul 2022-ci il tarixli 713-BGL-0121-22 saylı kredit müqaviləsinə əsasən 1550,06 manat əsas borc, 50 manat cərimə borcu olmaqla ümumilikdə 1600,06 manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 38,23 manat pul tutularaq BOKT "xxxx" QSC-yə ödənilməlidir. Bundan başqa, Şamaxı rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(074)-301/2024 saylı vərəqəsinə əsasən, saylı icra vərəqəsinin surətindən görünür ki, Şəxs xx.xx.2023-cü il tarixli, 84nkADJ/23 nömrəli kredit müqaviləsi üzrə 3798 manat əsas, 408,24 manat faiz, 11,44 manat cərimə borcu olmaqla, cəmi 4217,68 manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi 62,18 manat pul tutularaq "xxxx" Kommersiya Bankı ASC-yə ödəniməlidir. Bundan başqa, Şamaxı rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8İ-4346 saylı vərəqəsinə əsasən, saylı icra qeydinin surətindən görünür ki, icra sənədi üzrə borclu Şəxs icra vrəqəsinin oğlundan 3575 manat tutularaq tələbkar Zərərçəkmiş şəxs4 xeyrinə ödənilməlidir. Lakin Şəxs borcunu ödəməmiş, borclunun əmlak və gəlirlərinin axtarışları heç bir nəticə verməmişdir. Borclu iş üzrə icra sənədləri üzrə heç bir ödəniş etməmişdir. Hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra sənədləri üzrə 11452,50 manat borcu vardır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verib bildirdi ki, onun icra sənədindən məlumatı olmuş, lakin maddi imkanı olmadığına görə ödəniş etməmişdir. Hazırda Bakı şəhərində işləyir. Ona möhlət verilsə hər ay 200-250 manat ödəniş edəcəkdir. Ailəsinə yeganə qazanc gətirən odur. Yenidən ailə qurmuş və həyat yoldaşı hamilədir. Bunu təsdiq edən sənədələri hazırda məhkəməyə təqdim edə bilmir. Odur ki, onun ailə vəziyyətini nəzərə alaraq ona borcunu ödəməsi üçün məhkəmədən möhlət verilməsini xahiş edir. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(074)- 1267/2022 saylı icra vərəqəsinin surətindən görünür ki, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********78873 Samsung Galaxy A12 markalı telefon üçün 98 manat ödənilməmiş hissə, 9 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********19979 İPhone 12 markalı telefon üçün 2010 manat ödənilməmiş hissə, 201 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********14758 X6 9 Pro markalı telefon üçün 561 manat ödənilməmiş hissə, 56 manat cərimə olmaqla ümumilikdə 2935 manat borc, 49.35 manat ödənilmiş dövlət rüsumu cavabdeh Şəxs alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalıdır. İş materiallarında olan Şamaxı rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarının və həmin tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, Şamaxı rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e- 2(074)-1267/2022 saylı icra sənədi üzrə icraata başlanılmış və borclu Şəxs tələbin 10 gün müddətində könüllü icra edilməsi təklif olunmuşdur. İş materiallarında olan borclunun axtarılması haqqında xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, xx.xx.1989-cu il təvəllüdlü, Şamaxı rayonu, Ovuclu kəndində qeydiyyatda olan Şəxs barəsində axtarış elan olunmuşdur. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(074)- 414/2023 saylı icra vərəqəsinin surətindən görünür ki, Şəxs 22 iyul 2022-ci il tarixli 713- BGL-0121-22 saylı kredit müqaviləsinə əsasən 1550,06 manat əsas borc, 50 manat cərimə borcu olmaqla ümumilikdə 1600,06 manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 38,23 manat pul tutularaq BOKT "xxxx" QSC-yə ödənilməlidir. İş materiallarında olan Şamaxı rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarının və həmin tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, Şamaxı rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e- 2(074)-414/2023 saylı icra sənədi üzrə icraata başlanılmış və borclu Şəxs tələbin 10 gün müddətində könüllü icra edilməsi təklif olunmuşdur. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(074)- 301/2024 saylı icra vərəqəsinin surətindən görünür ki, Şəxs xx.xx.2023-cü il tarixli, 84nkADJ/23 nömrəli kredit müqaviləsi üzrə 3798 manat əsas, 408,24 manat faiz, 11,44 manat cərimə borcu olmaqla, cəmi 4217,68 manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi 62,18 manat pul tutularaq "xxxx" Kommersiya Bankı ASC-yə ödəniməliidir. İş materiallarında olan Şamaxı rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarının və həmin tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, Şamaxı rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(074)-301/2024 saylı icra sənədi üzrə icraata başlanılmış və borclu Şəxs tələbin 10 gün müddətində könüllü icra edilməsi təklif olunmuşdur. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8İ-4346 saylı icra qeydinin surətindən görünür ki, icra sənədi üzrə borclu Şəxs icra vrəqəsinin oğlundan 3575 manat tutularaq tələbkar Zərərçəkmiş şəxs4 xeyrinə ödənilməlidir. İş materiallarında olan Şamaxı rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarının və həmin tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, Şamaxı rayon Məhkəməsinin 08xx.xx.2024-cü il tarixli, 8İ- 4346 saylı icra qeydii üzrə icraata başlanılmış və borclu Şəxs tələbin 10 gün müddətində könüllü icra edilməsi təklif olunmuşdur. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(074)- 1085/2023 saylı icra vərəqəsinin surətindən görünür ki, cavabdeh Şəxs 2400(iki min dörd yüz) manat pul və ödənilmiş 44(qırx dörd) manat dövlət rüsumu alınıb iddiaçı X3 verilməlidir. İş materiallarında olan Şamaxı rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarının və həmin tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, Şamaxı rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(074)-1085/2023 saylı icra sənədi üzrə icraata başlanılmış və borclu Şəxs tələbin 10 gün müddətində könüllü icra edilməsi təklif olunmuşdur. İş materiallarında olan “bir neçə icra sənədinin ümumi icraatda birləşdirilməsi” haqqında xx.xx.2025-ci il tarixli qərarın surətindən görünür ki, Şamaxı rayonu, Ovçulu kəndində qeydiyyatda olan Şəxs borclu olduğu, Şamaxı rayon icra və probasiya şöbəsinin icraatında olan Şamaxı Rayon Məhkəməsinin e- 2(074)-1267/2022 saylı, xx.xx.2022-ci il tarixli və Şamaxı Rayon Dövlət Notariat Ofisinin 8l 4346 saylı, xx.xx.2024-cü il tarixli icra sənədləri bir icraatda birləşdirilməsi qərara alınmışdır. Məhkəmə proses iştraçılarının izahatını dinləyib və inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmə qətnamələri ilə üzərinə qoyulmuş öhdəliyi üzürsüz səbəbdən yerinə yetirməyərək, qanunla müəyyən olunmuş müddətdə icra vərəqələrinin icrasını təmin etməmişdir. Hal-hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, onun tərəfindən yaranmış borcun lazımi qaydada ödənilməsinə laqeydlik göstərilmiş və icra sənədlərinin icrasına səhlənkar yanaşılmışdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən olunmamasını nəzərə alıb, hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 700 (yeddi yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar