Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-512/2024 17.07.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X4, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxxx 1986-cı ildə Özbəkistan Respublikası. Sır- Dərya vilayətində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Şamaxı rayon Polis Şöbəsində tərtib olunmuş xx.xx.2024cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X8 izahatında göstərdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 18:35 radələrində Şamaxı rayonu, Mədrəsə qəsəbə ərazisində ictimai qaydanı pozaraq nalayiq ifadələr işlətmiş və polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verib bildirdi ki, xx.xx.2024-cü il tarixdə Şamaxı şəhərində yerləşən mağazaların birindən spirtli içki olan "Jaguar” alıb içdikdən sonra yaşadığı Mədrəsə qəsəbəsinə getmişdim. Avtobusla gedən zaman adını bilmədiyi həmkəndlisi onunla mübahisə etmiş və o, evinə çatdıqdan sonra övladını və yoldaşını götürüb onunla mübahisə edən həmkəndlisinin ünvanına getmiş, bu barədə DİN-nin 102 xidmətinə müraciət etmiş, daha onunla mübahisə edən həmkəndlisinin ünvanında kobud sözlər işlətmişdir. Bundan sonra polis əməkdaşları onu RPŞ-nə gətirmişlər. Polis əməkdaşları ilə arasında heç bir başqa mübahisə olmamışdır. Etdiyi əmələ görə çox peşmandır, içkili vəziyyətdə olmuş, ailəlidir, 3 uşağı var və uşaqlarından birinin bu gün ad günüdür nəzərə alınmasını məhkəmədən xahiş edir. İçkili və əsəbi olduğundan və həmkəndlisi ona nalayiq ifadələr işlətdiyindən oda onu söymüşdür. Məhkəmə iclasında iştirak edən müdafiəçi X5 izahat verib bildirdi ki, Şəxs sadəcə həmkəndlisi ilə mübahisə etmiş, etdiyi əmələ görə çox peşmandır, içkili vəziyyətdə olmuş, ailədir, 3 uşağı var və uşaqlarından ən kiçiyinin bu gün 1 yaşı tamam olur. Qeyd edilənləri nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı rayon Polis Şöbəsinin TB-nin təhqiqatçısı X7 izahatında bildirdi ki, xx.xx.2024-cü ıı tarixdə saat 18:15 radələrində Şamaxı RPŞnin əməliyyat-istimtaq qrupundan olan zaman RPŞ-nin növbətçi hissəsinə Azərbaycan Respublikası DİN-nin 102 xidmətindən daxıl olmuş məlumat əsasında əməliyyat-istintaq qrupunun üzvləri polis nəfəri, polis baş serjantı Famil Məmmədov və sürücü polis nəfəri Qədir Səfərovla birlikdə rayonun Mədrəsə qəsəbəsinə qetmişlər. Hadisə yerində olarkən adı sonradan onlara məlum olan vətəndaş Şəxs ilk öncə izahat yazmaq üçün ona verilən qələmi izahat yazdıqdan sonra yerə atmış, daha sonra ictimai qaydanı pozaraq uca səslə onların ünvanına nalayıq ifadələr işlədərək onları təhqir etməyə başlamış, onlar həmin şəxsə ictimai qaydanı pozmamağı bildirib nizam-intizama dəvət etslərdə, vətəndaş Şəxs öz qərəzli bərəkətlərini davam etdirimiş, polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Daha sonra onlar vətəndaş Şəxs barəsində qanuni tədbir görülməsi üçün RPŞ-nə gətirmişlər. İş materiallarında olan Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə polis nəfəri, polis baş serjantı Famil Məmmədov tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 18:15 radələrində Şamaxı RPŞ-nin əməliyyat-istimtaq qrupundan olan zaman RPŞ-nin növbətçi hissəsinə Azərbaycan Respublikası DİN-nin 102 xidmətindən daxıl olmuş məlumat əsasında əməliyyat-istintaq qrupunun üzvləri polis baş leytenantı Şəmşir Şirinov və sürücü polis nəfəri Qədir Səfərovla birlikdə rayonun Mədrəsə qəsəbəsmə getmişlər. Hadisə yerində olarkən adı sonradan onlara məlum olan vətəndaş Şəxs ictimai qaydanı pozaraq uca səslə Şəmşir Şirinov və Qədir Səfərovun ünvanına nalayıq ifadələr işlədərək onları təhqir etməyə başlamış, onla həmin şəxsə ictimai qaydanı pozmamağı bildirib nizam-intizama dəvət etslərdə, vətəndaş Şəxs öz qərəzli bərəkətlərini davam etdirimiş, polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Daha sonra onlar vətəndaş Şəxs barəsində qanuni tədbir görülməsi üçün RPŞ-nə gətirmişlər. İş materiallarında olan xx.xx.2024-cü il tarixli AZA 019706 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, inzibati xəta haqqında iş üzrə icraatın gedişatını təmin etmək məqsədi ilə Şəxs xx.xx.2024-cü il tarixdə saat 20:10 radələrində inzibati qaydada tutulmuşdur. İş materiallarında olan qeydiyyat nömrəsi 03043 saylı sərxoşluq vəziyyətinin alkotestr müayinəsindən görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə müayinə vaxtı (1.564 promil) alkoqol sərxoşluğu aşkar olunmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsi özünün etirafedici izahatı ilə yanaşı, şahidin izahatı, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci İnzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Məhkəmə Şəxs əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi, Şəxs inzibati xətanı sərxoş halda törətməsini məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətaların xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, onun ailə vəziyyətini nəzərə alıb, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəri ilə təqsirli bilinməli və ona İXM-nin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Fərdi qaydada fəaliyyət göstərən vəkil X3 barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs dövlət hesabına 7 saat hüquqi yardım göstərməsinə görə 42 (qırx iki) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilsin və İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 150 (yüz əlli) manat məbləğində cərimə edilsin. Fərdi qaydada fəaliyyət göstərən vəkil X3 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs dövlət hesabına göstərdiyi 7 saat hüquqi yardım göstərməsinə görə 42 (qırx iki) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №3(074)-512/2024
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-512/2024
17.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver