Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-515/2024 25.07.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxx 1964-cü ildə Şamaxı rayonu, Əngəxaran kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Şamaxı rayonu, Əngəxaran kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Şamaxı rayon Polis Şöbəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X8 izahatında göstərdi ki, xx.xx.2024-cü il DYPB-nin YPX-nin əməkdaşları tərəfindən **-KS-*** dövlət qeydiyyat nişanlı avtomobilin nömrəsinin üzərinə skoç bağlayaraq müdaxilə etməsini görmüşlər. Avtomobil barəsində Azərbaycan Respublikası İXM-nin 342.9-cu maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. Daha sonra saat 16:15 radələrində Şəxs Şamaxı RPŞ-nin inzibati binasına gələrək yaxın qohumuna əsassız protokol yazılmasını, protokoldan narazı olduğunu bildirmiş və nalayiq ifadələr işlətməyə başlamış, DYPB-nin rəisi və başqa əməkdaşlar onu nizam-intizama dəvət etsələr də, şəxs öz qərəzli hərəkətlərini davam etdirərək polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış və şöbənin iş fəaliyyətini pozmuşdur. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, xx.xx.2024-cü il tarixdə polis əməkdaşları qohumunun avtomobilin nömrəsinin üzərinə skoç bağlayaraq müdaxilə etməsini görmüb avtomobili saxlayaraq barəsində inzibati protokol tərtib edilmişdir. Daha sonra cəriməni yazan polis əməkdaşına zəng edərək xahiş etmişdir ki, xəstələri var Bakı şəhərinə qayıtmalıdırlar, nəqliyyat vasitəsinin sənədlərini götürsün və cəriməni ödəsin. Sonra Şamaxı RPŞ-nə gəlmiş, orada Vüsal adlı polis əməkdaşına yaxınlaşmış və vəziyyəti izah etmiş və o, ona bildirmiş ki, gözlə gəlsinlər. Çox gözlədikdən sonra otağa daxil olmuş orada mülki geyimdə olan vətəndaş onun üstünə qışqırmış və çıx bayıra demiş və onu itələyərək çölə çıxartmışdır. Sonradan onu itələyən şəxsin polis əməkdaşı olduğunu bilmişdir. Onun 61 yaşı var, onun yaşı nəzərə alınaraq barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş edir. Verilmiş suallara cavab olaraq bildirdi ki, polis şöbəsinə qohumuna yazılmış cəriməni ödəmək üçün getmişdir. Xəstəsini başqa avtomobillə aparmağı həmin fikirləşməmişdir. Şöbədə olarkən heç kimə qarşı nalayiq ifadə işlətməmişdir. Yanına getdiyi polis əməkdaşları ilə heç bir düşmənçiliyi yoxdur, niyə onun barəsində protokol yazılıb bilmir. Polis Şöbəsinə gedərkən içkili vəziyyətdə olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı rayon Polis Şöbəsinin DYPBnin YPX-nin inspektoru X3 izahat verib bildirdi ki, xx.xx.2024-cü il tarixdə Şamaxı şəhəri, N.Nərimanov küçəsində DYPB-nin YPX-nin inspektoru, polis baş serjantı Həsən Hacıyevlə xidmətdə olarkən sahibini əvvəldən tanımadıqları **-KS-*** dövlət qeydiyyat nişanlı avtomobilin nömrəsnin üzərinə skoç bağlayaraq müdaxilə etməsini görmüşlər. Avtomobili saxlayaraq sürücüyə etdiyi qayda pozuntusu izah edilmiş və inzibati protokol tərtib edilmişdir. Daha sonra saat 16:15 radələrində Şəxs Şamaxı RPŞ-nin inzibati binasına gələrək yaxın qohumuna əsassız protokol yazılmasını, protokoldan narazı olduğunu bildirmiş və nalayiq ifadələr işlətməyə başlamış, DYPB-nin rəisi və başqa əməkdaşlar onu nizam-intizama dəvət etsələr də, şəxs öz qərəzli hərəkətlərini davam etdirərək polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabesizlik göstərməyə davam etmişdir. Daha sonra Şəxs barəsində qanuni tədbir görülməsi üçün RPŞ-nə dəvət edilmişdir. Əlavə olaraq bildirdi ki, Şəxs tərəfindən dəfələrlə ona zəng olunaraq və içikili vəziyyətdə polis şöbəsinə gələrək qohumunun sənədlərini tələb etmiş və niyə onun barəsində protokolu tərtib edildiyi bildirilmişdir. Şəxs şöbədə onlara cəriməni ödəmək istəməsi barədə heç bir söz deməmişdir. O, kolidorda olarkən Şəxs ucadan nalayiq ifadələr işlətməsini eşitmiş Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı rayon Polis Şöbəsinin DYPBnin YPX-nin inspektoru X5 şahid Şamaxı rayon Polis Şöbəsinin DYPB-nin YPX-nin inspektoru X3 ilə eyni məzmunlu izahat verdi. İş materiallarında olan xx.xx.2024-cü il tarixli AZA № 01907 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, inzibati xəta haqqında iş üzrə icraatın gedişatını təmin etmək məqsədi ilə Şəxs xx.xx.2024-cü il tarixdə saat 17:00 radələrində inzibati qaydada tutulmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 81 saylı “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 18:20 radələrində sərxoş vəziyyətdə olmuşdur. İş materiallarında olan Şamaxı rayon Polis Şöbəsinin DYPB-nin rəisi, polis baş leytenantı Zamiq Nurəliyev tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 12:45 radələrində RPŞ- nin YPX inspektorları polis serjantı Həsən Hacıyev və polis baş serjantı X11 şəhəri ərazisində xidmətdə olarkən **- KS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü vətəndaş X1 idarə etdiyi həmin avtomaşının qeydiyyat nişanına skoç yapışqanı ilə müdaxilə etməsi səbəbindən əmədaşlar tərəfindən saxlanılmış, həmin skoç örtük sökülərək sürücü barəsində İXM- nin 342.9-cü mədəsinə əsasən inzibati protokol tərtib olunmuşdur. Bundan sonra saat 16:15 radələrində xidməti otağıında olarkən tanımadığı şəxs otağa daxil olub səs küy salıb ucadan nalayiq ifadələr işlədərək ona RPŞ-nin YPX inspektorları tərəfindən onun yaxın qohumu olan X2 haqsız olaraq protokol tərtib olunduğunu bildirmişdir. O, həmin vətəndaşı nizam intizama dəvət edib şikayəti ilə bağlı dinləmək istəsədə də o buna məhəl qoymayıb öz hərəkətlərinə davam etmiş, daha sonra RPŞ-nin inzibati binasının kalidorunda nalayiq ifadələr işlətməyə başlamışdır. Həmin şəxs RPŞ-nin PPXB-nin polis nəfərləri polis serjantı Orucov Rəhman və polis serjantı Əliyev Şaiq tərəfindən saxlanılmışdır. Saxlanılarkən həmin şəxsin Şamaxı rayon Əngəxaran kənd sakini Şəxs olduğu müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli aktdan görünür ki, vətəndaş Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1 -ci maddələri ilə tərtib edilmiş protokola və digər sənədlərə imza etməkdən imtina etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsi özünün etirafedici izahatı ilə yanaşı, şahidlərin izahatları, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətaların xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən hal kimi əməlindən peşman olmasını və məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəri ilə təqsirli bilinməli və ona İXM-nin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilsin və İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 8 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 24 iyul 2024-cü il tarixdən hesablansın. Şəxs inzibati həbs müddətində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müəyyən etdiyi yerlərdə mühafizə altında saxlanılsın. Qərarın icrası Şamaxı rayon Polis Şöbəsinin inzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №3(074)-515/2024
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-515/2024
25.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver