Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-519/2025 21.11.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X7 oğlunun, Zərərçəkmiş şəxs, Müdafiəçi Vəkil, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qanuni nümayəndəsi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 2009-cu ildə Şamaxı rayonu, Əngəxaran kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, 11ci sinif şagirdi, Şamaxı rayonu, Əngəxaran kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şamaxı rayon Polis Şöbəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X11 izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə Şamaxı rayonu, Əngəxaran kəndində Şəxs babası Zərərçəkmiş şəxs döyərək dərəcəsi təyin edilməyən xəsarət yetirməsi faktı alınmış, izahatlar ilə MTE-nin xx.xx.2025-ci il tarixli 351 saylı rəyi ilə öz təsdiqini tapmışdır. Lakin Şəxs əməli hazırkı qanunvericiliyə əsasən Azərbaycan Respublikasmm İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin əlamətləri olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsi X3 iştirakı ilə dindirilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin xx xxxx 2009-cu il təvəllüdlü Şəxs izahat verib bildirdi ki, 12 avqust 2025-ci il tarixdə babası Zərərçəkmiş şəxs anasını şərləmişdir, guya anası Sahil Orucov ilə intim münasibətdə olarkən tutmuşdur. Bu səbəbdən həmin vaxtdan bugünədək Zərərçəkmiş şəxs ilə münasibətləri yaxşı deyildir. Aralarında bir neçə dəfə münaqişə olmuşdur. xx.xx.2025-ci il tarixdə saat 15:00 radələrində yaşadıqları evdə olarkən həyətdən mübahisə səsləri eşitmiş və həyətə çıxmışdır. Həyətə çıxdıqdan sonra görmüşdür ki, Zərərçəkmiş şəxs həyətdə anası və Nərminə ilə mübahisə edərək, onları nalayiq ifadələrlə təhqir edir. Bu zaman Elmirdə həyətə çıxmış və Zərərçəkmiş şəxs sakitləşdirməyə çalışmışdır. Zərərçəkmiş şəxs əlində olan əsanı qaldırıb Elmiri vurmaq istəyəndə Elmir əsadan tutmuşdur. Daha sonra oda Zərərçəkmiş şəxs sakitləşdirərək söyləyirmişdir ki, ”çıx get burada problem yaratma”. Lakin həmin vaxt Zərərçəkmiş şəxs əsanı onun üstünə qaldırıb onu vurmaq istəmiş, o, cəld əsadan tutmuş və söyləmişdir ki, “çıx get mən sənə nə edim ağsaqqal kişisən”. O, əsanı buraxanda Zərərçəkmiş şəxs yerə yıxılmışdır. Verilmiş suallara cavab olaraq bildirdi ki, babası onun üstünə əlində olan əsanı qaldırıb vurmaq istəyəndə o, əsadan tutmuş, əsanı buraxanda isə Zərərçəkmiş şəxs yerə yıxılmışdır. Elmir Zərərçəkmiş şəxs vurmamış, X13 üstünə əlində olan əsanı qaldırıb vurmaq istəyəndə Elmir əsadan tutmuş, yerə yıxılmamışdır. Babası Zərərçəkmiş şəxs həmin vaxt əlində əsa olmuş, ağac olmamışdır. Başqa onların heç bir mübahisələri olmamışdır. Başında olan xəsarət özü tərəfindən yetirilə bilər. O, babasının əsasını buraxanda yanı üstə yıxılmış, başı heç bir yerə dəyməmişdir. Zərərçəkmiş şəxs başqa heç kim vurmamışdır. Bbası anası və Nərminə Orucovanı nalayiq ifadələrlə təhqir etmişdir. Hadisə vaxtı orada o, anası Elnurə, Nərminə, Dilbər, Elmir, və Zərərçəkmiş şəxs olmuşdur, başqa heç kəs olmamışdır. Nə o, nə də Elmir onu vurmamışdır. Hadisə həyətdə baş vermişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qanuni nümayəndəsi X1 inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə eyni məzmunlu izahat verdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verib bildirdi ki, nəvəsi Ruslan Orucov ilə bir evdə yaşayırlar. Yaşadıqları evin həyətində qardaşı oğlu Sahil Orucovun evi vardır. Hər ikisinin yaşadıqları evin həyəti birdir, evləri ayıran hər hansısa hasar yoxdur. 12 avqust 2025-ci il tarixdə Sahil ilə gəlini Elnurəni intim münasibətdə olarkən görmüşdür. Lakin Elnurə və Sahil hər ikisi bunu inkar edirlər. xx.xx.2025-ci il tarixdə saat 15:00 radələrində Sahil Orucovun yaşadığı evə getmişdir ki, Sahil Orucov qurana əl bassın ki, Elnurə ilə intim münasibətdə olmayıblar. Lakin Sahil evdə olmamışdır. Bununla bağlı Ruslan və Elmir ilə aralarında münaqişə olmuşdur. Münaqişə zamanı Elnur Orucov və Elmir onu döymüşlər, əsas onu Elmir və Elnur başından yumruqla vurmuşlar. Münaqişə zamanı orada özü, Ruslan Orucov, Nərminə, Dilbər, Elmir, Elnurə olmuşdur. X22 və Elmir başından yumruqla vurmuşdur. Hadisə Şamaxı rayon Əngəxaran kəndində yerləşən yaşadıqları evin həyətində baş vermişdir. Hadisə təxminən 30 dəqiqə ərzində baş vermişdir. Onu Elmir də vurmuş, lakin hazırda ancaq nəvəsini gətirmişlər ki, onunla barışsın. Lakin o, şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 izahatında bildirdi ki, 12 avqust 2025-ci il tarixdə Zərərçəkmiş şəxs atasını şərləmişdir, guya atası Elnurə Orucova ilə intim münasibətdə olarkən tutmuşdur. Bu səbəbdən həmin vaxtdan bugünədək Zərərçəkmiş şəxs ilə münasibətləri yaxşı deyildir. xx.xx.2025-ci il tarixdə saat 15:00 radələrində yaşadıqları evdə olarkən həyətdən mübahisə səsləri eşitmiş və həyətə çıxmışdır. Həyətə çıxdıqdan sonra görmüşdür ki, Zərərçəkmiş şəxs həyətdə anası və Elnurə ilə mübahisə edərək, onları nalayiq ifadələrlə təhqir etmişdir. Bu zaman Ruslanda həyətə çıxmış və onlar Zərərçəkmiş şəxs sakitləşdirməyə çalışmışlar. Zərərçəkmiş şəxs əlində olan əsanı qaldırıb onu vurmaq istəyəndə o, əsadan tutmuşdur. Daha sonra Ruslanda Zərərçəkmiş şəxs sakitləşdirməyə çalışarkən Zərərçəkmiş şəxs əsanı Ruslanın üstünə qaldırıb onu vurmaq istəmiş, bu zaman Ruslan əsadan tutmuş və söyləmişdir ki, “çıx ged mən sənə nə edim ağsaqqal kişisən”. Ruslan əsanı buraxanda Zərərçəkmiş şəxs yerə yıxılmamışdır. O, Zərərçəkmiş şəxs vurmamışdır, Zərərçəkmiş şəxs onun üstünə əlində olan əsanı qaldırıb vurmaq istəyəndə o, əsadan tutmuşdur. Ruslan Zərərçəkmiş şəxs vurmamış, X10 üstünə əlində olan əsanı qaldırıb vurmaq istəyəndə Ruslan əsadan tutmuş, əsanı buraxanda Zərərçəkmiş şəxs yerə yıxılmamışdır. Zərərçəkmiş şəxs onun anasını və Elnurə Orucovanı nalayiq ifadələrlə təhqir etmişdir. Hadisə yaşadıqları evin həyətində baş vermişdir. Məhkəmə iclasında iştirak edən müdafiəçi Vəkil izahat verib bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs dediyinə görə o, babası Zərərçəkmiş şəxs vurmamış, sadəcə Zərərçəkmiş şəxs Ruslanın üstünə əlində olan əsanı qaldırıb vurmaq istəyəndə Ruslan əsadan tutmuş, əsanı buraxanda Zərərçəkmiş şəxs yerə yıxılmışdır. Heç bir xəsarət yetirməmişdir. Odur ki, hesab edir ki, heç bir inzibati xəta yoxdur və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Şamaxı rayon Polis Şöbəsinin TQ-nin təhqiqatçısı, polis baş leytenantı Mehdi Mikayılov tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli raportdan görünür ki, Şamaxı rayonu Əngəxaran kəndində yaşayan Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə Şamaxı rayon polis şöbəsinə ərizə ilə müraciət edərək, həmin tarixdə nəvəsi Ruslan Orucov tərədindən döyülməsini göstərərək, qanuni tədbir görülməsini xahiş etmişdir. Məlumat “Törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatı kitabı”nda 1128 nömrəsi ilə qeydiyyatdan keçirilərək icraatıma qəbul edilmişdir. Şamaxı rayonu Əngəxaran kəndində yaşayan X6 xx.xx.2025-ci il tarixdə saat 15:25-də Azərbaycan Respublikası DİN-nin 102 xidməti zəng mərkəzinə müraciət edərək, qayınatası Məlikalmın ona şər böhtan atmasına, təhqir etməsinə narazılıq etmişdir. Şamaxı rayonu Əngəxaran kəndində yaşayan Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə saat 16:59-da Azərbaycan Respublikası DİN-nin 102 xidməti zəng mərkəzinə müraciət edərək, döyülməsi barədə məlumat vermişdir. Aparılmış araşdırma zamanı Şamaxı rayonu Əngəxaran kəndində yaşayan Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə sol təpə nahiyyəsinin yumşaq toxumasının əzilməsi və alında siyrinti diaqnozu ilə Şamaxı rayon mərkəzi xəsətəxanasına müraciət etmişdir. Aparılmış araşdırma zamanı toplanmış material öyrənilməsi üçün Şamaxı rayon prokurorluğuna göndərilmiş və xx.xx.2025-ci il tarixdə yenidən icraatına qəbul edilmişdir. Aparılmış araşdırma zamanı Zərərçəkmiş şəxs X12 tərəfindən döyülməsi faktı alınmış izahatlar və MTE-nin 351 saylı rəyi ilə öz təsdiqini tapmışdır. Bu isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən inzibati xəta hesab edilmişdir. Odur ki, X12 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən inzibati tədbir görülməsi üçün qəbul edilmiş qərarın surətinin rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinə verilməsinə dair aidiyyəti üzrə göstəriş verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Publik Hüquqi şəxsin xx.xx.2025-ci il tarixli 351 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər - təpə nahiyyəsinin qançırı, alın nahiyyəsinin və sol baldırın sıyrıqları küt əşya təsirindən törənmişdir, xx.xx.2025-ci il tarixdə yetirilməsi istisna edilmir, dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şamaxı rayonu Əngəxaran kəndində yaşayan Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, X12 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən inzibati tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinə verilmiş, qərarın surəti Zərərçəkmiş şəxs və X9 verilməklə, qəbul edilmiş qərardan narazı qaldıqları halda prossesual rəhbərliyi həyata keçirən prokurora və ya məhkəməyə şikayət etmək hüquqlarının olduğu onlara izah edilmiş, qərarın surəti prosessual rəhbərliyi həyata keçirən Şamaxı rayon prokuroruna göndərilmiş, toplanmış material saxlanması üçün Şamaxı rayon polis şöbəsinin arxivinə verilmişdir. Məhkəmə hesab edir ki, İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Zərərçəkmiş şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, zərər çəkmiş şəxsin izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, əlilliyi olan uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs yetkinlik yaşına çatmamasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, babasına qarşı inzibati xətanı törətməsini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını nəzərə alıb, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməli, onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Fərdi qaydada fəaliyyət göstərən vəkil X5 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs dövlət hesabına göstərdiyi 3 saat hüquqi yardım göstərməsinə görə 33 (otuz üç) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Fərdi qaydada fəaliyyət göstərən vəkil X5 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs dövlət hesabına göstərdiyi 3 saat hüquqi yardım göstərməsinə görə 33 (otuz üç) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №3(074)-519/2025
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-519/2025
21.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver