Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-520/2023 18.12.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X9 Murtuza oğlunun sədrliyi, Məmmədli İsmayıl Elşən oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Zərərçəkmiş şəxs, Şamaxı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 iştirakı ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında, 11 avqust 1987-ci ildə Şamaxı rayonu İ Çaylı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, Şamaxı rayonu Çaylı kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Şamaxı rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Şamaxı rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən, Şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 19 aprel 2023-cü il tarixli 2(003)-13/2023 saylı icra sənədinin icrası ilə əlaqədar, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu barədə Şamaxı rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X1 tərəfindən MN ******* nömrəli, 18 dekabr 2023-cü il tarixli İnzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında dindirilmiş Şamaxı rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X4 bildirdi ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 19 aprel 2023-cü il tarixli 2(003)-13/2023 saylı icra sənədinə əsasən, xx.xx.2017-ci il təvəllüdlü X6, xx.xx.2019-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2023-cü il tarixdən başlayaraq Şəxs Zərərçəkmiş şəxs xeyrinə hər ay hər uşağa görə 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment ödənilməlidir. İcra sənədi şöbənin icraatına daxil olduqdan sonra, icraata başlanılmış və icra sənədinin icrasını təmin etmək məqsədi ilə, borclu Şəxs tələbin könüllü icrası barədə bildiriş təqdim edilmiş və inzibati məsuliyyətə cəlb olunacağı haqqında xəbərdarlıqlar olunmuşdur. Borclunun əmlak və gəlirlərinin axtarışları heç bir nəticə verməmişdir. Hazırda borclunun icra sənədi üzrə 2905 manat aliment borcu yaranmışdır. Lakin, borclu yaranmış borcunu ödəməyə imkanının olmamasını əsas gətirərək, icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və bununla da, icra sənədinin icrasından yayınmışdır. Qeyd olunanları nəzərə alaraq, Şəxs barəsində inzibati qaydada tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs göstərdi ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 19 aprel 2023-cü il tarilxi 2(003)- 13/2023 saylı icra sənədinə əsasən, xx.xx.2017-ci il təvəllüdlü X6, xx.xx.2019-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2023-cü il tarixdən başlayaraq iddiaçı Şəxs cavabdeh Zərərçəkmiş şəxs xeyrinə hər ay hər uşağa görə 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment ödənilməlidir. Lakin, maddi imkan olmadığından aliment borcu yaranmışdır. İşləyib gəlir əldə etdiyi təqdirdə, yaranmış aliment borcunu ödəməyi öhdəsinə götürür. Odur ki, qərar qəbul edərkən, qeyd olunanları nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərdi ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 19 aprel 2023-cü il tarilxi 2(003)-13/2023 saylı icra sənədinə əsasən, xx.xx.2017-ci il təvəllüdlü X6, xx.xx.2019-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2023-cü il tarixdən başlayaraq iddiaçı Şəxs cavabdeh Zərərçəkmiş şəxs xeyrinə hər ay hər uşağa görə 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment ödənilməlidir. Hal-hazıradək Şəxs borcundan hər hansı bir məbləğdə pul ödəməmişdir. O, icra sənədi üzrə borcun ödənilməsini tələb edərək, tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə Şəxs barəsində inzibati qaydada tədbir görülməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 19 aprel 2023-cü il tarilxi 2(003)-13/2023 saylı icra vərəqəsindən görünür ki, xx.xx.2017-ci il təvəllüdlü X6, xx.xx.2019-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2023-cü il tarixdən başlayaraq iddiaçı Şəxs cavabdeh Zərərçəkmiş şəxs xeyrinə hər ay hər uşağa görə 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment ödənilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra, icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə, inzibati cərimə və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, inzibati həbs tətbiq olunur. Eyni zamanda, həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs Dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Məhkəmənin bu qənaəti həmçinin onunla da əsaslandırılır ki, Şəxs nəinki məhkəmə qərarı ilə müəyyən edilmiş məbləğdə, hətta daha az - maddi imkanı çata biləcəyi məbləğdə belə ödəniş etməmişdir. Bu, onun məhkəmə qərarının icrasına biganə yanaşdığını və qərarı qərəzli olaraq üzrsüz səbəbdən icra etmədiyini təsdiq edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən, bu Məcələnin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə hesab edir ki, məhkəmə qərarı qanuni qüvvəsinə minən vaxtdan ötən müddət ərzində borcun ödənilməsini təmin etməmiş şəxsin inzibati qaydada 500 manatdan 1000 manatadək miqdarda cərimə edilməsi ağlabatan və inzibati tənbeh tədbirinin məqsədinə nail olunması baxımından yetərli vasitə hesab oluna bilməz. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati qaydada həbs növündə cəza təyin olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40.0.1, 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 8 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsetmənin əvvəli 18 dekabr 2023-cü il tarixdən, saat 17:00-dan hesablansın. Qərarın icrası Şamaxı Rayon Polis Şöbəsinin inzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №3(074)-520/2023
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-520/2023
18.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver