Məhkəmə qərarları › İş №3(074)-520/2025

Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №3(074)-520/2025

21.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 3(074)-520/2025 21.11.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlu, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı materialı nəzərdən keçirərək, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi haqqında Şamaxı rayon Polis Şöbəsində tərtib olunmuş protokol baxılması üçün Şamaxı rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə, protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, protokol düzgün tərtib edilmədiyindən və məhkəmə icraatı çərçivəsində isə tamamlanması mümkün olmadığından protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iş materiallarında olan MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, vətəndaş Şəxs Zərərçəkmiş şəxs həyətinə daxil olaraq su borusunu sındırmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Şamaxı rayonu Əngəxaran kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti Zərərçəkmiş şəxs və Şəxs verilməklə qəbul edilmiş qərardan narazı qaldığı halda prossesual rəhbərliyi həyata keçirən prokurora və ya məhkəməyə şikayət etmək hüququnun olduğu ona izah edilmiş, inzibati icraat işi açılması məqsədi ilə qəbul edilmiş qərarın surəti icra olunması üçün rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinə verilməklə Zərərçəkmiş şəxs müraciətində göstərilən su borusunun muftasını açılması və su borusunun bərkidilmiş xamutunu qıraraq onun əmlakını məhv edən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati qaydada tədbir görülmüş, qərarın surəti prosessual rəhbərliyi həyata keçirən Şamaxı rayon prokuroruna göndərilmiş, toplanmış material saxlanması üçün Şamaxı rayon polis şöbəsinin arxivinə verilmişdir. İş materiallarında olan Şamaxı RPŞ-nin TQ-nın təhqiqtçısı, polis kapitanı Ağa Məmmədov tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli raportdan görünür ki, “02” “noyabr” 2025-ci il tarixdə, saat 14:09-da Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “102” xidmətindən ********** nömrəli məlumatda, Şamaxı rayonu Əngəxaran kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Zərərçəkmiş şəxs (tel: ***-***-**- **) zəng edərək, qohumu Rəşad Elşad adlı şəxslərin vətəndaşın həyətinə daxil olaraq su borusunu sındırmalarını bildirmişdir. 02 noyabr 2025-ci il tarixində Şamaxı rayonu Əngəxaran kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Zərərçəkmiş şəxs müraciəti daxil olmuşdur. Müraciətində 01 noyabr 2025-ci il tarixində Şəxs və oğlu X2 rayonu Əngəxaran kəndindəki həyətyanı sahəsinə qonşusu Sahil Orucovun həyətindən keçməklə daxil olduqlarını,ona məxsus su borusunun muftasını açdıqlarını,su borusunun bərkidilmiş xamutunu qırmalarını və ərizəsi ilə bağlı qanunauyğun tədbir görülməsini xahiş etməsini göstərmişdir Araşdırma zamanı 01 noyabr 2025-ci il tarixində Şamaxı rayonu Əngəxaran kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Zərərçəkmiş şəxs X1 tərəfindən ziyan vurulması halı müəyyən edilməsədə Zərərçəkmiş şəxs məxsus su borusunun muftasını açılması və su borusunun bərkidilmiş xamutunun Şəxs tərəfindən qırılması, bununla da Zərərçəkmiş şəxs ümumilikdə 400-500 manat məbləğində maddi ziyanin dəyməsi faktı alınmış ərizə,izahatlar və keçirilmiş 02 noyabr 2025-ci il tarixli baxış protokolu,06 noyabr 2025-ci il tarixli video görüntülərə baxılması haqqında tərtib edilmiş protokollar ilə öz təsdiqini tapmış,nəticədə Zərərçəkmiş şəxs deməsinə görə ona ümumi 400-500 manat ziyan dəyməsi faktı müəyyən edilmişdir. Bu əməl isə hazırkı qanunvericiliyə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati xəta hesab edilir. Odur ki, Zərərçəkmiş şəxs müraciətində göstərilən su borusunun muftasını açılması və su borusunun bərkidilmiş xamutunu qıraraq onun əmlakını məhv edən Şəxs barəsində Azərbaycan Respublikası inzibati xətalar məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinə verilmişdir. Məhkəmə, protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, hesab edir ki, inzibati xəta haqqında material natamam olduğundan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokolda protokolun tərtib edildiyi tarix və yer, protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi, inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi, olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları, inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar, inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər, inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar göstərilməlidir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 106.0, 106.0.3 və 106.0.5-ci maddələrinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən digər məsələlərlə yanaşı inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsi, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanılıb-toplanılmaması məsələsini həll edir. Məhkəmə qeyd edir ki, 10 noyabr 2025-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarda zərərçəkmiş şəxsə hansı məbləğdə ziyanın vurulması dəqiq göstərilməyib, eyni zamanda inzibati icraat zamanı da zərərçəkmiş şəxsə vurulmuş ziyanın məbləği müəyyən edilərək göstərilməmişdir. Bundan əlavə inzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi yer və vaxt da göstərilməmişdir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, Şəxs barəsində İXM-in 232-1-ci maddəsi ilə olan inzibati xəta haqqında protokol düzgün tərtib olunmadığından, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər onu tərtib etmiş orqana – Şamaxı rayon Polis Şöbəsinə qaytarılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 43, 106 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər onu tərtib etmiş orqana Şamaxı rayon Polis Şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar