Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 3(074)-534/2025 08.12.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlu, X1 Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş 15 sentyabr 2025-ci il tarixli EQ/30685288 nömrəli, 15 sentyabr 2025-ci il tarixli EQ/30685110 nömrəli, 15 sentyabr 2025-ci il tarixli EQ/30685124 nömrəli, 15 sentyabr 2025-ci il tarixli EQ/30672829 nömrəli, 15 sentyabr 2025-ci il tarixli EQ/30681081 nömrəli, 15 sentyabr 2025-ci il tarixli EQ/30670858 nömrəli, 17 sentyabr 2025-ci il tarixli İXP/7435482 nömrəli, 20 sentyabr 2025-ci il tarixli EQ/30803287 nömrəli və 20 sentyabr 2025-ci il tarixli EQ/30691108 nömrəli inzibati tənbeh vermə haqqında qərarlarından verdiyi şikayət ərizəsi üzrə işin baxılmağa hazırlanması zamanı materialı nəzərdən keçirərək, m ü ə y y ə n e t d i: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, 15 sentyabr 2025-ci il tarixli EQ/30685288 nömrəli, 15 sentyabr 2025-ci il tarixli EQ/30685110 nömrəli, 15 sentyabr 2025-ci il tarixli EQ/30685124 nömrəli, 15 sentyabr 2025-ci il tarixli EQ/30672829 nömrəli, 15 sentyabr 2025-ci il tarixli EQ/30681081 nömrəli, 15 sentyabr 2025-ci il tarixli EQ/30670858 nömrəli, 17 sentyabr 2025-ci il tarixli İXP/7435482 nömrəli, 20 sentyabr 2025-ci il tarixli EQ/30803287 nömrəli və 20 sentyabr 2025-ci il tarixli EQ/30691108 nömrəli qərarlarını ləğv edərək inzibati xəta haqqında iş üzrə icraatlarına xitam verlməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı müəyyən olunmuşdur ki, X3 tərəfindən inzibati tənbeh vermə haqqında qərarlardan şikayət verilməsi üçün qanunla müəyyən edilmiş müddət ötürülmüşdür. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Qeyd olunan Məcəllənin 132.1.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcudluğu araşdırılır. Həmin Məcəllənin 138.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında qərardan şikayət və ya protest verilməmişdirsə, inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. X3 şikayət ərizəsində Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş 15 sentyabr 2025-ci il tarixli EQ/30685288 nömrəli, 15 sentyabr 2025-ci il tarixli EQ/30691108 nömrəli, 15 sentyabr 2025-ci il tarixli EQ/30685124 nömrəli, 15 sentyabr 2025-ci il tarixli EQ/30685110 nömrəli, 15 sentyabr 2025-ci il tarixli EQ/30681081 nömrəli, 15 sentyabr 2025-ci il tarixli EQ/30672829 nömrəli, 15 sentyabr 2025-ci il tarixli EQ/30670858 nömrəli inzibati tənbeh vermə haqqında qərarlarnı hansı tarixdə əldə etməsi ilə əlaqədar heç bir sübut əlavə etməmişdir. Eyni zamanda şikayətə əlavə olunmuş sənədlərdən görünür ki, inzibati xəta hadisəsi Şamaxı rayonunun ərazisində baş verməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasəninzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verirlir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair“ Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli qərarına əsasən qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Şərh olunanlara əsaslanaraq məhkəmə hesab edir ki, X3 onun barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarlardan şikayət verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddəti ötürdüyündən, onun həmin şikayətinə baxılmasından imtina olunmalı, X2 buraxılmış prosessual müddətin bərpası barədə vəsatətlə inzibati xəta hadisələrinin baş verdiyi müvafiq rayonun məhkəməsinə müraciət etmək hüququnun olması izah olunmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 130 və 132-ci maddələrini rəhbər tutaraq,məhkəmə qəraraalır: X1 Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş qəbul edilmiş 15 sentyabr 2025-ci il tarixli EQ/30685288 nömrəli, 15 sentyabr 2025ci il tarixli EQ/30685110 nömrəli, 15 sentyabr 2025-ci il tarixli EQ/30685124 nömrəli, 15 sentyabr 2025-ci il tarixli EQ/30672829 nömrəli, 15 sentyabr 2025-ci il tarixli EQ/30681081 nömrəli, 15 sentyabr 2025-ci il tarixli EQ/30670858 nömrəli, 17 sentyabr 2025-ci il tarixli İXP/7435482 nömrəli, 20 sentyabr 2025-ci il tarixli EQ/30803287 nömrəli və 20 sentyabr 2025-ci il tarixli EQ/30691108 nömrəli inzibati tənbeh vermə haqqında qərarlarından verdiyi şikayət geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №3(074)-534/2025
Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №3(074)-534/2025
08.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver