Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-539/2024 13.08.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X4 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Şamaxı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1984-cü ildə Şamaxı rayonu, Çarhan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Şamaxı rayonu, Çarhan kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Şamaxı Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Şamaxı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Şamaxı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 bildirdi ki, Şamaxı Rayon Məhkəməsinin 2(074)-14/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən, Şəxs 145780 ABŞ dolları məbləğində borc pul və gecikdirilmiş vaxt üçün qanunvericiklə nəzərdə tutulmuş illik beş faiz olmaqla 303 ABŞ dolları, ümumi 146083 ABŞ dolları icra vaxtı manata olan məzənnə ilə alınıb iddiaçı Ali Ersenə ödənilməlidir. İcra sənədi şöbənin icraatına daxil olduqdan sonra, icraata başlanılmış və icra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya tələbin könüllü icrası üçün bildiriş və inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıqlar təqdim edilmişdir. Borclu Şəxs icra sənədi üzrə borcunu hissə-hissə olmaqla ödəmək niyyətindədir. Şəxs hazır ki, müddətə kimi 146083 ABŞ dolları məbləğində borcu qalmaqdadır. Qeyd olunanları nəzərə alaraq, Şəxs barəsində inzibati qaydada tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirdi ki, Şamaxı Rayon Məhkəməsinin 2(074)-14/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən, ondan 145780 ABŞ dolları məbləğində borc pul və gecikdirilmiş vaxt üçün qanunvericiklə nəzərdə tutulmuş illik beş faiz olmaqla 303 ABŞ dolları, ümumi 146083 ABŞ dolları icra vaxtı manata olan məzənnə ilə alınıb iddiaçı Ali Ersenə ödənilməlidir. O, borcu ödəməkdən imtina etmir. Belə ki, ona məxsus olan Şamaxı rayonu, Nüydü kəndində yerləşən torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. Bununla belə, icra sənədini icra etməkdən imtina etmir, lakin borcunu hissə-hissə ödəməyi öhdəsinə götürür. Odur ki, məhkəmədən qərar qəbul edilərkən qeyd olunanların nəzərə alınmasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığı üçün, bu maddə ilə onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin 2(074)-14/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsindən görünür ki, Şəxs 145780 ABŞ dolları məbləğində borc pul və gecikdirilmiş vaxt üçün qanunvericiklə nəzərdə tutulmuş illik beş faiz olmaqla 303 ABŞ dolları, ümumi 146083 ABŞ dolları icra vaxtı manata olan məzənnə ilə alınıb iddiaçı Ali Ersenə ödənilməlidir.İş materiallarında olan Şamaxı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 xx.xx.2024-cü il tarixli İcraata başlamaq haqqında qərarının təsdiq edilmiş surətindən görünür ki, Şamaxı Rayon Məhkəməsinin 2(074)-108/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata başlanılmış və tələbin könüllü icrası haqqında borclu Şəxs bildiriş göndərilmişdir. İş materiallarında olan Şamaxı rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərarının həmin tarixli tələbin könüllü icrası haqqında bildiriş surətindən görünür ki, Şamaxı rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(074)-14/2018 saylı icra sənədi üzrə icraata başlanılmış və borcluya tələbin 10 gün müddətinə icra edilməsi təklif olunmuşdur. İş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(074)-123/2023 saylı qərardaddan görünür ki, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(074)-14/2018 saylı icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs mülkiyyətində olan Şamaxı rayonu, Nüydü kəndində yerləşən 3,3239 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 2,3239 ha hissəsinin üzərinə həbs qoyulmuşdur. İş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış olan çıxarışdan görünür ki, Şəxs "xxxx" MMC-də işçi, tədarük vəzifəsində çalışır və aylıq əmək haqqı 370 manat təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd olunan qanun normalarından görünür ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətin yaranması üçün, inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementi kimi şəxsin hərəkətinin icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə yönəlməsi, subyektiv tərəfinin elementi kimi, şəxsin əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin etdiyi hərəkətləri qəsdən törətməsi zəruri şərtlər kimi müəyyən edilmişdir. İş materiallarından göründüyü kimi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs icra sənədini icra etməkdən imtina etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda, inzibati xəta haqqında başlanmış icraata xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İş materiallarında Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş əməllə yəni, icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi faktı öz təsdiqini tapmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığı üçün, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №3(074)-539/2024
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-539/2024
13.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver