Məhkəmə qərarları › İş №3(074)-54/2023

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-54/2023

06.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-54/2023 06.03.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon Polis Şöbəsinin İTBnin sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1981-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şamaxı rayon Polis Şöbəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X3 izahatında göstərdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 08:30 radələrində Şamaxı şəhəri, S.Ə.Şirvani küçəsində polis əməkdaşlarına qarşı müqavimət göstərmiş və qanuni tələblərinə tabe olamamışdır. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, xx.xx.2023-cü il tarixdə Şamaxı şəhərində yaxın qohumarından birinin ölümü ilə bağlı yas mərasiminə dostu Fuad ilə birlikdə gəlmişdir. xx.xx.2023-cü il tarixdə Şamaxı şəhərində marketə gedən zaman əsəbi və gərgin vəziyyətdə olmuşdur. Bu zaman polis əməkdaşları onlara yaxınlaşaraq özlərini təqdim etmişlər. Polis əməkdaşları ondan şəxsiyyət vəsiqəsini istədikdə onlarla aqressiv danışmış, buna görə onları Şamaxı Rayon Polis Şöbəsinə dəvət etmişlər. Bu zaman şöbəyə getmək istəməmiş lakin sonradan şöbəyə getmişdir. Törətdiyi əməldən peşmandır. Bir daha bu cür əməllər törətməyəcəyinə söz verir. Odur ki, barəsində qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi Mirzəyev Mir-Rəşad Eldaroviç izahat verib bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 08:30 radələrində Şamaxı RPŞ-nin sahə rəisi Qorxmaz Eynullayev ilə birlikdə Şamaxı şəhəri S.Ə.Şirvanı küçəsində xidmətdə olan zaman iki nəfər şəxsin özünü şübhəli aparması səbəbindən yaxınlaşıb özlərəni təqdim etdikləri zaman həmin şəxs onlara qarşı müqavimət göstərərək əl-qol hərəkətləri etməyə başlamış, həmin şəxsləri sakitləşdirib dəfələrlə nizamintizama dəvət etslər də, həmin şəxslər onların qanuni tələblərinə tabe olmadıqları üçün tərəflərindən RPŞ-nə gətirilmişdir. Həmin şəxslərin Şəxs və Şəxs olduğu məlum olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı RPŞ-nin İTB-nin polis sahə rəisi X2 şahid Şamaxı RPŞ-nin İTB-nin polis sahə rəisi Mirzəyev Mir-Rəşad Elşadoviç ilə eyni məzmunlu izahat verdi. İş materiallarında olan Şamaxı RPŞ-nin İTB-nin polis sahə rəisi, polis baş leytenantı Mir-Rəşad Mirzəyev tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 08:30 radələrində Şamaxı RPŞ-nin sahə rəisi Qorxmaz Eynullayev ilə birlikdə Şamaxı şəhəri S.Ə.Şirvanı küçəsində xidmətdə olan zaman iki nəfər şəxsin özünü şübhəli aparması səbəbindən yaxınlaşıb özlərəni təqdim etdikləri zaman həmin şəxs onlara qarşı müqavimət göstərərək əl-qol hərəkətləri etməyə başlamış, həmin şəxsləri sakitləşdirib dəfələrlə nizam-intizama dəvət etslər də, həmin şəxslər onların qanuni tələblərinə tabe olmadıqları üçün tərəflərindən RPŞ-nə gətirilmişdir. Həmin şəxslərin Şəxs və Şəxs olduğu məlum olmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi özünün etirafedici izahatı ilə yanaşı, şahidlərin izahatları, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi və məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, onun barəsində İXM-nin 535.1-ci maddəsinin sansiyasında nəzərədə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar