Məhkəmə qərarları › İş №3(074)-540/2025

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-540/2025

16.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-540/2025 16.12.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X1, Şamaxı rayon prokurorunun köməkçisi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxxx 1965-ci ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay,orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Şamaxı rayon Polis Şöbəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X3 izahatında göstərdi ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 18:30 radələrində ünvan 1 ünvanında ictimai qaydanı pozması və polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verib bildirdi ki, xx.xx.2025-ci il tarixdə ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində spirtli içki qəbul etdikdən sonra DİN-nin 102 xidmətinə zəng edərək operatoru söyüb təhqir etməyə başlamışdır. Daha sonra polis əməkdaşları ünvanına gəlmişlər, həmin vaxtı özünü idarə edə bilmədiyi üçün polis əməkdaşlarının da ünvanına nalayiq ifadələr işlətmişdir. Daha sonra polislər barəsində qanuni tədbir görülməsi üçün onu RPŞ-nə gətirmişlər. Etdiyi əməldən peşmandır. İçkili olduğu üçün hərəkətlərini dərk etməmişdir. Üzündəki xəsarətlər ayağı burxulub divara dəyib, polis əməkdaşları tərəfindən ona qarşı heç bir xəsarət yetirİlməmişdir. Verilmiş suallara cavab olaraq bilidrdi ki, 102 xidmətinə müraciət etmə səbəbi Şamaxı rayon polis şöbəsinin əməkdaşı Samir Xanaliyev tərəfindən qanunsuz olaraq hər taksi fəaliyyəti ilə məşğul olan sürücülərə hər ay 20 manat ödəniş etmələrini bildirmişlər, yəni «20 manat tas qoyulmuşdur ». Sürücülər tərfindən ayna əməkdaşına hər taksi fəaliyyəti ilə məşğul olan sürücülər tərəfindən 20 manat yığılıb verilmişdir. Şamaxı rayon Prokururluğuna bununla bağlı şikayət etmiş, amma ona bildirmişlər ki, 102 xidmətinə müraciət etsin. Məhkəmə iclasında iştirak edən Şamaxı rayon prokurorunun köməkçisi X4 izahat verib Şəxs barəsində inzibati cərimə növündə inzbati tənbeh tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis baş leytenantı Ruslan Eyvazov tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 18:20 radələrində RPŞ-nin növbətçi hissəsindən daxil olmuş məlumat əsasında əməliyyat-istintaq qrupunun üzvləri polis baş leytenantı Əkbər Xəlilov və polis baş serjantı Mirdadaş Tağıyevlə birlikdə ünvan 2 ünvanına getmişlər. Ünvanda adı sonradan onlara məlum olan Şəxs ictimai qaydanı pozaraq uca səslə nalayiq ifadələr işlədərək səs-küy salmışdır. Onlar həmin şəxsə özlərini təqdim edib ictimai qaydanı pozmamağı bildirdimişlər, lakin Şəxs öz qərəzli hərəkətlərini davam etdirib polislərin ünvanına da söyüşlər söyərək təhqir etməyə davam etmişdir. Onlar Şəxs dəfələrlə nizam-intizama dəvət etsələr də, Şəxs polisin qanuni tələbinə qəsdən tabe olmayaraq ictimai qaydanı pozmağa davam ietmişdir. Daha sonra onlar həmin şəxsi barəsində qanuni tədbir görülməsi üçün RPŞ-nə gətirmişlər. İş materiallarında olan xx.xx.2025-ci il tarixli AZA 023907 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, inzibati xəta haqqında iş üzrə icraatın gedişatını təmin etmək məqsədi ilə Şəxs xx.xx.2025-ci il tarixdə saat 19:00 radələrində inzibati qaydada tutulmuşdur. İş materiallarında olan qeydiyyat nömrəsi 00018 saylı sərxoşluq vəziyyətinin alkotestr müayinəsindən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə müayinə vaxtı (2.659 promil) alkoqol sərxoşluğu aşkar olunmuşdur. İş materiallarında olan Şəxs məxsus vəsiqənin surətindən görünür ki, Şəxs ikinci dərəcəli ömürlük əlildir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsi özünün etirafedici izahatı ilə yanaşı, şahidin izahatı, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci İnzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətaların xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, onun ailə vəziyyətini nəzərə alıb, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəri ilə təqsirli bilinməli və ona İXM-nin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilsin və İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 150 (yüz əlli) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar