Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 3(074)-542/2025 23.12.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X2, X4 X6 Xidmətinin İnzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından və İnzibati xəta haqqında MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli protokolundan verilmiş şikayəti nəzərdən keçirib, müəyyənetdi: X7 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, X6 Xidmətinin İnzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli qərardadının və İnzibati xəta haqqında MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli protokolunun qanunsuz və ədalətsiz olduğuna görə, onun xeyrinə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 61.1.6-cı maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qəbul edilmiş qərardan şikayət vermək hüququ var; 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 128.2.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; İş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin 3(074)-308/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, X6 Xidməti tərəfindən vəzifəli şəxs X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında İnzibati xəta haqqında MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. Vəzifəli şəxs X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 1500 (bir min beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 3(105)- 614/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə X4 şikayəti təmin olunmayaraq, Şamaxı Rayon Məhkəməsinin 3(074)-308/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında İnzibati xəta haqqında MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli protokola əsasən işə mahiyyəti üzrə Şamaxı Rayon Məhkəməsi tərəfindən xx.xx.2025-ci il tarixdə baxılmış və həmin qərar qanuni qüvvəyə minmişdir. Hazırda isə X1 xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardaddan və İnzibati xəta haqqında MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli protokoldan şikayət ərizəsi ilə məhkəməyə müraciət etmiş, halbuki, inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardaddan və inzibati xəta haqqında protokoldan şikayət verilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Belə olan halda, X7 tərəfindən verilmiş şikayət geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 109 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X4 X6 Xidmətinin İnzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından və İnzibati xəta haqqında MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli protokolundan verilmiş şikayəti geri qaytarılsın. Hakim: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №3(074)-542/2025
Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №3(074)-542/2025
23.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver