Məhkəmə qərarları › İş №3(074)-543/2024

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-543/2024

26.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-543/2024 26.08.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X9 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Şamaxı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1957-ci ildə Dəvəçi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, “ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Şamaxı Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Şamaxı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Şamaxı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 bildirdi ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)-1895/2018 saylı icra sənədinə əsasən, xx.xx.2013-cü il tarixli müqavilə üzrə 26785,48 manat əsas borc, 1124 manat cərimə borc, cəmi 27909,48 (iyirmi yeddi min doqquz yüz doqquz manat qırx səkkiz qəpik) manat və xx.xx.2016-cı il tarixli müqavilə üzrə 39799,91 manat əsas borcu, 1423 manat cərimə borcu, cəmi 41222,91 (qırx bir min iki yüz iyirmi iki manat doxsan bir qəpik) manat və məhkəmə xərcinə görə 984 (doqquz yüz səksən dörd) manat Şəxs tutularaq, “Azərbaycan Koka-Kola Bottlers LTD" MMC-yə ödənilməsi, xx.xx.2013-cü il tarixli müqavilə üzrə tutma Şəxs məxsus Şamaxı rayon Nağaraxana kəndində yerləşən 0.12 ha torpaq sahəsinə (ilkin satış qiyməti 16000 manat müəyyən edilməklə) və X1 məxsus Şamaxı rayon Nağaraxana kəndində yerləşən 0.12 ha torpaq sahəsinə (ilkin satış qiyməti 16000 manat müəyyən edilməklə), xx.xx.2016-cı il tarixli müqavilə üzrə tutma isə X2 məxsus olan Şamaxı rayon Şırvan kəndində yerləşən 0.115 ha torpaq sahəsinə (ilkin satış qiyməti 5750 manat müəyyən edilməklə) və X3 məxsus olan Şamaxı rayon Şirvan kəndində yerləşən 0.4793 ha torpaq sahəsinə (ilkin satış qiyməti 21500 manat müəyyən edilməklə) və Şamaxı rayon Muğanlı kəndində yerləşən 0.12 ha torpaq sahəsinə (ilkin satış qiyməti 15000 manat müəyyən edilməklə) yönəldilərək, ipoteka predmetlərinin açıq hərracdan satılmalıdır. İcra sənədi şöbənin icraatına daxil olduqdan sonra, icraata başlanılmış və icra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya tələbin könüllü icrası üçün bildiriş və inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıqlar təqdim edilmişdir. Şəxs borcundan qismən ödəniş etmiş və hazırda onun 68.116,39 manat məbləğində borcu qalmaqdadır. Eyni zamanda, ipoteka ilə yüklü edilmiş əmlaklar hərracdan satılmamış, bu səbəbdən həmin əmlaklar borcun əvəzi olaraq tələbkara təklif olunmuş, lakin tələbkar həmin əmlakları qəbul etməkdən imtina etmişdir. Qeyd olunanları nəzərə alaraq, Şəxs barəsində inzibati qaydada tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirdi ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən, xx.xx.2013-cü il tarixli müqavilə üzrə cəmi 27909,48 manat və xx.xx.2016-cı il tarixli müqavilə üzrə cəmi 41222,91 manat və məhkəmə xərcinə görə 984 manat pul ondan tutularaq, “Azərbaycan Koka-Kola Bottlers LTD" MMC-yə ödənilməli, xx.xx.2013-cü il tarixli müqavilə üzrə tutma ona məxsus Şamaxı rayon Nağaraxana kəndində yerləşən 0.12 ha torpaq sahəsinə və X1 məxsus Şamaxı rayon Nağaraxana kəndində yerləşən 0.12 ha torpaq sahəsinə, xx.xx.2016-cı il tarixli müqavilə üzrə tutma isə X2 məxsus olan Şamaxı rayon Şırvan kəndində yerləşən 0.115 ha torpaq sahəsinə və X3 məxsus olan Şamaxı rayon Şirvan kəndində yerləşən 0.4793 ha torpaq sahəsinə və Şamaxı rayon Muğanlı kəndində yerləşən 0.12 ha torpaq sahəsinə yönəldilərək, ipoteka predmetlərinin açıq hərracdan satılmalıdır. O, borcu ödəməkdən imtina etmir. Belə ki, qeyd edilmiş məbləğin ödənilməsi üçün Şamaxı rayon Nağaraxana kəndində yerləşən 0.12 ha torpaq sahəsinə Şamaxı rayon Şırvan kəndində yerləşən 0.115 ha torpaq sahəsinə və Şamaxı rayon Muğanlı kəndində yerləşən 0.12 ha torpaq sahəsinin üzərlərinə həbs qoyulmuş və açıq hərracdan satılması qərara alınmışdır. Lakin hazırki müddətə kimi, hərraclar keçirilməmişdir. Həmçinin, tələbkar həmin əmlakları qəbul etməkdən imtina etmişdir. Bundan başqa o, icra sənədi üzrə borcun tutulmasını ona məxsus olan əmək haqqından və əmək pensiyasından tutulmasına etiraz etmir. Bununla belə, icra sənədini icra etməkdən imtina etmir və hazırki, müddətə kimi borcundan hissə-hissə ödənişlər etməkdədir. Hazırda da, borcundan 500 manat məbləğində ödəniş etmişdir. Odur ki, məhkəmədən qərar qəbul edilərkən qeyd olunanların nəzərə alınmasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığı üçün, bu maddə ilə onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)-1895/2018 saylı icra sənədindən görünür ki, xx.xx.2013-cü il tarixli müqavilə üzrə 26785,48 manat əsas borc, 1124 manat cərimə borc, cəmi 27909,48 (iyirmi yeddi min doqquz yüz doqquz manat qırx səkkiz qəpik) manat və xx.xx.2016-cı il tarixli müqavilə üzrə 39799,91 manat əsas borcu, 1423 manat cərimə borcu, cəmi 41222,91 (qırx bir min iki yüz iyirmi iki manat doxsan bir qəpik) manat və məhkəmə xərcinə görə 984 (doqquz yüz səksən dörd) manat Şəxs tutularaq “Azərbaycan Koka-Kola Bottlers LTD" MMC-yə ödənilməsi, xx.xx.2013-cü il tarixli müqavilə üzrə tutma Şəxs məxsus Şamaxı rayon Nağaraxana kəndində yerləşən 0.12 ha torpaq sahəsinə (ilkin satış qiyməti 16000 manat müəyyən edilməklə) və X1 məxsus Şamaxı rayon Nağaraxana kəndində yerləşən 0.12 ha torpaq sahəsinə (ilkin satış qiyməti 16000 manat müəyyən edilməklə), xx.xx.2016-cı il tarixli müqavilə üzrə tutma isə X2 məxsus olan Şamaxı rayon Şırvan kəndində yerləşən 0.115 ha torpaq sahəsinə (ilkin satış qiyməti 5750 manat müəyyən edilməklə) və X3 məxsus olan Şamaxı rayon Şirvan kəndində yerləşən 0.4793 ha torpaq sahəsinə (ilkin satış qiyməti 21500 manat müəyyən edilməklə) və Şamaxı rayon Muğanlı kəndində yerləşən 0.12 ha torpaq sahəsinə (ilkin satış qiyməti 15000 manat müəyyən edilməklə) yönəldilərək, ipoteka predmetlərinin açıq hərracdan satılmalıdır. İş materiallarında olan İcraata başlamaq haqqında xx.xx.2019-cu il tarixli qərardan və həmin tarixli bildirişdən görünür ki, icra sənədi üzrə icraata başlanılmış və Şəxs icranı 10 gün müddətinə könüllü təmin etməsi təklif edilmişdir. İş materiallarında olan Şamaxı rayon İcra və Probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli “icra edilməyən və qismən icra edilən icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında” qərarı ilə Yasamal rayon Məhkəməsinin 2(004)-1895/2018 saylı 31 may 2018-ci il tarixli icra sənədinin Yasamal rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. İş materiallarında olan İcraata başlamaq haqqında xx.xx.2021-ci il tarixli qərardan və həmin tarixli bildirişdən görünür ki, icra sənədi üzrə icraata başlanılmış və Şəxs icranı könüllü təmin etməsi təklif edilmişdir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Ağsu şəhərində yerləşən 1,512 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Şəxs mülkiyyətindədir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Ağsu şəhərində yerləşən 1,16 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Şəxs mülkiyyətindədir. İş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış olan çıxarışdan görünür ki, Şəxs mülkiyyətində “KAMAZ 53212” yük markalı **-BF-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobil vardır. İş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış olan çıxarışdan görünür ki, Şəxs "xxxx" MMC-də çilingər, avadanlıqların təmiri üzrə vəzifəsində çalışır və aylıq əmək haqqı 350 manat təşkil edir. İş materiallarında olan qəbzlərdən görünür ki, Şəxs tərəfindən müxtəlif vaxtlarda xx.xx.2023-cü il tarixdə 500 manat, xx.xx.2023-cü il tarixdə 500 manat, xx.xx.2024-cü il tarixdə 1000 manat və xx.xx.2024-cü il tarixdə 500 manat olmaqla, “Azərbaycan Koka-Kola Bottlers LTD" MMC-nin hesabına ödənişlər etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd olunan qanun normalarından görünür ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətin yaranması üçün, inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementi kimi şəxsin hərəkətinin icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə yönəlməsi, subyektiv tərəfinin elementi kimi, şəxsin əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin etdiyi hərəkətləri qəsdən törətməsi zəruri şərtlər kimi müəyyən edilmişdir. İş materiallarından göründüyü kimi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs icra sənədini icra etməkdən imtina etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda, inzibati xəta haqqında başlanmış icraata xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İş materiallarında Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş əməllə yəni, icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi faktı öz təsdiqini tapmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığı üçün, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar